Goranboy rayonu

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 5 902
Səs ver:
(səs: 0)
Goranboy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km.-dir.
Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir.

Etimologiyası
"Goranboy" sözünü alimlər müxtəlif cür izah edirlər. Həqiqətə yaxın olan isə "Goranboy" sözünün Strabonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan "gel", "ger" tayfasının adı ilə bağlanmışdır. Yəni Goranın (Gelan, Geran) gel, ger tayfasının yaşadığı, məskunlaşdığı yer, ərazi mənasında işlədiyini bildirirlər.

Tarixi
Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi.
Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı , Şabran və
Şəmkirl ə eyni səviyyədə idi. 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi rayonun ərazisindən keçən Kürəkçay çayının sahilində, 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsi isə rayonun
Gülüstan kəndində imzalanmışdır. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə inzibati ərazi bölgüsü və rayonların yaradılması ilə əlaqədar Goranboy kəndi mərkəz olmaqla yaradılmışdır. Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla Goranboy rayonu yaradılmışdır. Goranboy rayonu əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, 288 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 2016-cı il aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində Gülüstan kəndi Azərbaycan Ordusu erməni işğalçılarına Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilərdən tam geri alınıb.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri