Gəncə qalası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 701
Səs ver:
(səs: 1)
Gəncə qalası — Gəncə şəhərində qala.

Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 sentyabr 1588/9 şəvval 996 tarixində alınır. Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşasına başlanmasına əmr verir (3 sentyabr 1588/11 şəvval 996). Qırx günə 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 61 cm.) uzunluğunda, 10 Zira yüksəkliyində və 3 Zira qalınlığında qala inşa olunur. Səlatini Səbuktəkindən qalma xarab bir məscid sürətlə təmir edilmiş və ilk cümə namazı 14 oktyabr 1589/23 zilqadə 997 tarixində bu məsciddə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur.

Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qala tikilərkən isə Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb.

XVI əsrin sonu, XVII əsrin əvvəllərində Gəncə şəhəri dörd hissədən Bayır şəhər, Şəhristan, İçqala və Narınqaladan ibarət idi.
1871-ci ildə çəkilmiş foto. Müəllif Yemakovdur. Şəklin neqativi Tbilisi Tarix Muzeyində, Yermakovun şəxsi arxivindədir. Fotonun azacıq fərqli bir nüsxəsi isə Bakıda Əlyazmalar İnstitunda saxlanılır. Hər iki yerdə şəklin altında rusca yazılmışdır: «Нуха; Мечеть и банья». Lakin Qala divarlarına bitişik tikilinin üzərində lövhə var və o lövhədə rusca yazılmışdır: «Цейхгауз елиcаветпольского местного батальона (Yelisavetpolun yerli batalionunun silah anbarı)», buna görə də şəkildəki qalanın Gəncə qalası olması ehtimal edilə bilər.)

1868-ci ildə Gəncə Qafqazın quberniya mərkəzinə çevrildikdən sonra şəhərin yeni baş planı tərtib olunur. 1873-cü ildə təsdiq olunmuş baş plana əsasən qala divarları sökülür, yerində Avropa sayağı məhəllələr salınır. Hazırda Gəncə Qalasının çox kiçik hissəsi Şirəlibəy bürcü bugünki nəsillərə yadigar qalmışdır. 2007-ci ilin bu qala divarında bərpa işləri aparılmışdır.

Ümumiyyətlə isə 17-19 əsrlər ərzində Gəncənin 72 məhəlləsi olub: 1)Çölək, 2)Sadıllı, 3)Şəmbiatlı, 4)Sarvanlar, 5)Mollacəlilli, 6)Misgərlər, 7)Seyidli, 8)Ayalmaz, 9)Arazbar, 10)Dəmirçilər, 11)Qacarlar, 12)Qazbinlər, 13)Sofulu, 14)Haxlı, 15)Tatabad, 16)Toyuqçular, 17)Şahsevənlər, 18)Qıllılar, 19)Sutökülən, 20)Qaramanlı, 21)Gorqi, 22)Noraşen, 23)Şərəfxanlı, 24)Tapqışlaq, 25)Şamlı, 26)Qırkilimşi, 27)Xocalı, 28)Şabanlı, 29)Xələni, 30)Qazaxlar, 31)Qızılhacılı, 32)Qırıxlı, 33)Talalı, 34)Carlılar, 35)Toxanlı, 36)Üçtəpə, 37)Qərb qayalı, 38)Mollacəmilli, 39)Caqarlar, 40)Şöylü bəyli, 41)Özümbəyli, 42)Təbrizli, 43)Şayır görən, 44)Səbzəvad, 45)Allahdad, 46)Ərəbli, 47)İyirmidörd, 48)Balabağban, 49)Əttarlar, 50)Dulusçular, 51)Cuhudlar, 52)İmamlı, 53)Kilsəkənd, 54)Hacıməlikli, 55)Qulacadərəsi, 56)Hacıməlikli, 57)Şıx düzü, 58)Quruqobu, 59)Qarməmmədli, 60)Daş körpü, 61)Xarba yeri, 62)Qala, 63)Xanlıqlar, 64)Dördyol, 65)Şərbaflar, 66)Aşıqlar, 67)Böyük bağban, 68)Çaylı, 69)Haçayeri, 70)Boyaqçılar, 71)Sədən, 72)Sabirabad
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri