Bilgəh

Müəllif: Lamiyə.
Şərhlər: 3
Baxılıb: 420
Paylaş:
Səs ver:
(səs: 0)
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.

Tarixi
Bilgəh vaxtilə Bakının qədim kəndlərindən biri olub. Bilgəh sözünün mənası "Piləgah" sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer, ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə burada çox əski zamanlarda barama becərirmişlər.

Mədəniyyəti
Bilgəhdəki qayaüstü təsvirlər hələ orta əsrlərdə burada şəhər mədəniyyətinin inkişafından xəbər verir. Bilgəhdən keçən Avropa səyyahları da xatirələrində bu kəndin adını çəkirlər. Orta əsrlərə aid abidələrin bugünə qədər qalan qalıqları da bu qədim yaşayış məskəninin şərəfli keçmişindən xəbər verir.

Coğrafiyası və iqlimi
Bakının şimal-şərqində, Abşeron yarımadasının şimalında, Xəzər dənizinin sahilində yerləşən Bilgəh kəndi Maştağa, Nardaran, Kürdəxanı kəndləri ilə əhatə olunub. Əhalisinin sayı təqribən 11 mindən çoxdur. Tarixi abidələrlə zəngin olan Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf etmişdir. Əncir, üzüm, nar və püstə bağları həmçinin geniş zəfəran plantasiyaları ilə zəngin olmuşdur. Bilgəh tarixən həm də liman şəhəri kimi fəaliyyət göstərmişdir. Bilgəh həm də sağlam iqliminə, saf ab-havasına, təbiətinə görə fərqlənir. Vaxtilə SSRİdə şöhrət tapmış, Bilgəhdə Xəzərin sahilinə yaxın "Şirin su" deyilən yerdə bu gün də fəaliyyətini davam etdirən şəfa ocağının - Bilgəh Kardioloji Sanatoriyasının bünövrəsi 1936-cı ildə qoyulmuş və müharibədən sonra, 1950-ci ildə istifadəyə verilmişdir. Çağdaş zəmanəmizdə də burada hər il minlərlə vətəndaşımız müalicə olunur.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 420
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
getmiwem bir defe))

getmiwem bir defe))
6 oktyabr 2017 12:08
3
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
_ŞN_
bizim baga yaxindi uwaqliqim demek olarki ele oralarda kecib denizine cox gederdik nostaljiye qapildim lap)
19 sentyabr 2017 16:22
2
Offline
BARBI
Gozel ve gezmeli yerdi.Sefali havasi var
19 sentyabr 2017 13:50
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri