Bəzz qalası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 695
Səs ver:
(səs: 3)
Bəzz qalası - İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.

Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir[1].

Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb"

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər

Bəzz qalası haqqında elmi araşdırmalar, məqalələr və s. mövcuddur. Tahir Navahı "Bəzz qalası" adlı Azərbaycanın ilk dini-bədii romanını yazıb[4]. Bəzz qalasına dair akademik Ziya Bünyadovun elmi araşdırmaları var[5][6]. Tədqiqatçı E. Rayt (E. M. Wright) öz elmi məqaləsində (Babak of Badhdh and al-Afshin during the years A.D. 816-841.) Bəzz qala-şəhərini Xürrəmilər hərəkatının Azərbaycandakı mərkəzi hesab edir. Ət-Təbəri isə öz əsərində yazır ki, Bəzz qalası "Babəkin şəhər və vilayəti" olub. Əl-Biruni yazır ki, "Bəzz - Babək əl-Xürrəminin ölkəsidir".

Bəzz qalası xürrəmilərin rəhbərlərindən olan xırda feodal Cavidana mənsub idi. Bəzz qalası üsyançı xürrəmilərin mərkəzi idi. Cavidanın vəfatından sonra xürrəmilər hərəkatına Babək başçılıq etmişdir. Ərəblər 837-ci ildə sərkərdə Afşinin başçılığı ilə Bəzz qalasını mühasirəyə almışdılar. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında döyüş oldu və bu, orta əsrlər tarixinin ən qanlı savaşlarından birinə çevrildi. Bu savaşda ərəblər 100 min, xürrəmilər isə 80 min nəfər döyüşçü itirdilər. Çətinliklə də olsa, ərəblər qalanı tuta bildilər və 8 min nəfərə qədər mühafizəçini əsir götürdülər. Babəkin ailə üzvləri və yaxın qohumları da əsirlər arasında olmuşdur.
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 4 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri