Sumuq qala

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 785
Səs ver:
(səs: 2)
Sumuq qala — Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsi. XVIII əsrdə inşa olunmuşdur. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul məsələn Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir.

Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında "Qorxma mən səninləyəm" filmi ilə məşhurdur. Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynamışlar.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri