Surxayxan qalası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 788
Səs ver:
(səs: 1)
Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin əsas nümunələrindən biri olan Surxayxan qalası Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə, Filfilli kəndinin şimalında, Xaçmaz keçidində, Qalaçayın sağ sahilindədir.

Qala düzbucaqlı formada inşa edilmişdir. Divarlarının eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 metr olan qala divarları qayanın düz uçurumunda bənd edilmişdir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülmüşdü. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qıırmızı kərpicdən inşa edilmişdir. Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olmuşdur. Otaqların üstü taçbənd formada tamamlanmış, yan divarları isə müdafiə məqsədilə 1 metr hündürə qaldırılmışdır. Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qöyulmuşdur. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülmüşdür. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla dolmuşdur.

Bütün müdafiə qalaları kimi, Surxayxan qalasının da gizli yolu olmuşdu. Bu yol, adətən, mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulurdu. Yeraltı gizli yol Surxayxan qalasında uçurum hissəsindəki divarda qurulmuşdur.

Qalaya yeraltı su kəməri də çəkilmişdi. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qala Qazıqumuq hökmdarı Surxay xan tərəfindən tikilmiş, Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıdılmışdı.

Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılmışdır. Qalanın ətrafında mövcud olan yaşayış evlərinin qalıqları Surxayxan qalasının son orta əsrlərə aid qala-şəhər olduğunu bildirsə də, abidə bu günədək geniş tədqiq olunmamışdır
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri