Lex qalası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 665
Səs ver:
(səs: 0)
Lex qalası — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən erkən orta əsrlər dövrünə aid qala.

Adı qalanın formasını tamamlayır. Qalanın beli dəvə boynuna oxşayır. Kəlbəcər qalalarını tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş və bununla da həmin yollara nəzarət olunurmuş. "Lex" qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib. Bu palıdların hər birinin diametri 30-40 santimetrdi. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür.

Qala uca dağ zirvəsində inşa edilib. Yerli qaya daşlarından inşa olunan qalanın müdafiə məqsədi ilə tikildiyi güman edilir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri