Pirallahı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 546
Səs ver:
(səs: 0)
Tarixi
Pirallahı – Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelaqa aid olan və Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşən ən böyük adadır.

Əvvəlcə Pirallahının adı rus dilinə tərcümə olunaraq ("bojya svyatınya") "Svyatoy" formasını almışdır. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırılmışdır.

1990-cı ildə rəsmən köhnə adı bərpa edilmişdir.

21 dekabr 2012-ci ildə yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir.

Coğrafiyası və iqlimi
Pirallahı adası Abşeron yarımadasından şərqdə Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0.2 km-dən 4 km-ə qədərdir.

Pirallahı adasında yeni neft yataqlarının istismara başlanması, 2-ci dünya müharibəsi illərinə təsadüf edir. Neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasına dövlət səviyyəsində maraq daha da artır.

1939-cu ildə Azərneftyağ sənaye Nazirliyi tərəfindən Moskva şəhərində “Damba” körpüsünün tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941–ci ildə başlanmış, 1944–cü ildə başa çatmışdır.

1941–ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. Bu vaxta qədər ada ilə sahil arasında gəmi və katerlərdən istifadə olunub.

Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan vermişdir ki, adada yeni obyeklərin tikintisi aparılsın, yaşayış evləri salınsın.

Çilov - Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Adanın sahəsi 11,4 (1100,40 ha) km2 dir. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis (fars adıdır) adlanıb.

Neft Daşları -dünyanda ilk neft platformasıdır. Sahəsi 600,0 ha təşkil edir . Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Hələ XIX əsrin əvvələrində (1798-1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı.

Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur.

Əhalisi
16392 nəfər.

Yerli əhali əsasən azərbaycanlılar olsa da, burada ləzgi, tatar, rus, avar, və başqa xalqların nümayəndələri də yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş 232 ailə-884 nəfər soydaşımız hazırda rayonun pansionat, sanatoriya və uşaq düşərgələrində, bağ sahələrində məskunlaşmışlar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri