Hamiləliyin beşinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 17 340
Səs ver:
(səs: 2)
Qadın
Ötən həftə səhhətinizdə baş vermiş dəyişikliklərə yeniləri əlavə oluna bilər: baş ağrıları, siyimə hallarının çoxalması, yuxululuq, iştahın azalması, ürəkbulanma, hətta qusma. Birdən –birə turşu və marinadlara meyl etmənizin səbəbi özünüzə də bəlli olmaya bilər. Bütün bunlar hamiləliyin  erkən toksikozunun əlamətləridir. Səbəb olrqanizminizdə baş verən hormonal dəyişikliklərdir.

Ədalət naminə demək lazımdır ki, hamilə qadınların çoxu bu əlamətlərin heç birini hiss etməyə bilər. Onlar hamiləliyin erkən dövrünü xalq arasında  da uşağa –qalmanın əsas əlaməti sayılan ürəkbulanma və qusma baş vermədən keçirəcəklər. Siz bu  «kiçik sevinclərdən» məhrum olmusunuzsa, sizə yalnız həsəd aparmaq olar. Əgər belə deyilsə, səbrli olun: 12 həftədən sonra rahatlayacaqsınız. Bəzi qadınlar erkən toksikozu adi hal sayırlar və bunu diqqətə almırlar. Siz də belə davranın. Lakin toksikoz sizi çox narahat edirsə, mütəxəssisə müraciət edin və özünümüalicəyə qəti yol verməyin.

I-ci  həftənin tövsiyələri əvvəlki kimi aktualdir.

Gələcək uşaq
Bu həftə rüşeym nəzərəçarpacaq dəyişikliklərə məruz qalır. Əvvala, onun forması dəyişir – artıq körpə öncəki dairəvi lövhəyə bənzəmir, daha çox 1.5-2.5 mm –lik yaraşıqlı silindiri andırır. Həkimlər bu halda onu embrion adlandırardılar.

Həftə ərzində qaraciyər və mədəaltı vəzinin bünövrəsi qoyulacaq. Yuxarı tənəffüs yollarının – qırtlaq və nəfəs yolunun, həmçinin ürəyin başlanğıcı da bu həftəyə düşür. Sinir borucuğunun (hələlik yalnız orta hissələrdə) qovuşması (bağlanması) baş verir. Sinir borucuğu mərkəzi sinir sisteminin təməlidir, buna görə də onun vaxtında qapanması vacib məsələlərdən sayılır. Bu hadisədə qəbul edilmiş fol turşusu (multivitaminlərin tərkibində və ayrılıqda) önəmli rol oynayır.

Daha bir vacib hadisə: bu həftə embrionun qonoblastları – oğlanın və ya qızın spermatozoid və ya yumurta hüceyrələrinin sələfləri peyda olur. Başqa sözlə – körpəniz sizin gələcək oğlan və ya qız nəvələrinizin ilkinliyini daşıyır! Təəccüblüdür, elə deyilmi? Və bütün dünyada çox sevilən ecazkar oyuncağı – rus matryoşkasını xatırladır.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 17 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri