Hamiləliyin on yeddinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 25 565
Səs ver:
(səs: 1)
Qadın
Uşaqlığınızın dibi (yəqin sizin üçün uşaqlığın dibini üst saymaq asan olardı) qasığ birləşməsi ilə göbək arasındakı məsafədə yerləşir. Əgər siz «qasıq birləşməsinin» harada yerləşdiyini bilmirsinizsə, izah edirik: barmaqlarınızı astaca göbəyinizdən aşağıya doğru sürüşdürün, tezliklə əliniz sümüyə toxunacaq. Bu, qasırğa birləşməsidir.

Sizin orqanizminiz qanın sirkulyasiyası həcmini artırır. Bu, körpənin oksigenə və qida maddələrinə artan tələbatını ödəmək üçündür. Sizin ürəyinizin də işi artıb (geniş həcmdə qanı vurmaq üçün daha artıq güc lazımdır. Ona görə də ürəyin nasos funksiyası 20% artır. Siz bunun fərqinə varmaya bilərsiniz. Ona görə də tərləmə və cinsiyyət orqanının sekresiyası (cinsiyyət yollarının ifrazatı)  güclənirsə, təəccüblənməyin – bütün bunlar bədəninizdə «gəzən» əvvəlki vaxtlardan daha artıq mayenin nəticəsidir. Bu təzahürlər gigeyenik diqqət tələb edir. Lakin təhlükəli deyil.

Alfa – fetoproten (bax: əvvəlki həftə) yaddan çıxarılmamalıdır.

Gələcək uşaq
Dölün çəkisi təxminən 140 qramdır. Bu həftə heç bir yeni struktur yaranmamışdır. Əvəzində körpə nəyi varsa istifadə etməyi öyrənir. Sizin yaxınlığınızdakı gurultulu səslərə reaksiya verir. Bir çox elmi işlərə istinadən, ananın qarın boşluğunun üzərinə yerləşdirilmiş xüsusi dinamik səs siqnalları verərkən dölün hərəkət aktivliyinin necə dəyişdiyini ultrasəs skanerdə görmək olar. Bu, o deməkdir ki, körpənizin aktiv estetik inkişaf vaxtıdır.

Bu həftədən başlayaraq «dinləyicilərin xahişi ilə konsert» təşkil edən. İstənilən ifaçı işə yarıyır. Musiqinin müşayiəti ilə, ya da onsuz özünüz oxuyun. Müxtəlif repertuarlara müraciət edin- xalq musiqisindən populyar musiqiyədək. Atanı da buraya cəlb edin, oxumaq istəməsə, şeir söyləsin, ya da sadəcə körpə ilə «söhbət etsin». Atanın səsi doğuşdan da qabaq körpənin yaddaşına hopmalıdır. Audioaparatlardan səmərəli istifadə edin. Körpəniz hələki musiqi səslərinin və fonlarının gözəllik və hormaniyasını qiymətləndirmək iqtidarında deyil, bununla belə tələsin – bir azdan onunla oynamaqdan böyük zövq alacaqsınız. İki aydan sonra siz əsil bilici və xiridarla üz –üzə dayanacaqsınız. (onu dinləmək üçün təqdim olunmuş «proqrama» cavab olaraq atdığı təkan və dümsüklər hər şeyi aydın ifadə edir).
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 25 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri