Hamiləliyin iyirminci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 11 715
Səs ver:
(səs: 1)
Qadın
Uşaqlıq getdikcə yuxarıya qalxmağa başlayır və qarnınız bir qədər irəliyə çıxır. Hamiləlik müddəti ilə həmahəng bu hadisə vüsət almağa başlayacaq. Ola bilsin ki, tənəffüsünüzdə bir qədər çətinlik yaransın, çünki qarın boşluğundakı daxili orqanlar diafraqmanı yuxarıya basır və bununla da ağciyərlərinizin rahat hərəkət etməsinə mane olur. Döl aşağıya – çanaq nahiyyəsinə düşməyincə, bu, belə olacaq. İlk hamiləlikdə bu, doğuşdan bir neçə həftə əvvəl, sonrakı hamiləliklərdə bilavasitə doğum ərəfəsində baş verir.

Sidiyə tez tez çıxmalısınız, yəqin ki, bunu təsəvvür etmək çətindir, eləmi?

Siz hamiləliyinizin orta həddinə çatmısınız! Təbriklərimizi qəbul edin və həyat yoldaşınızdan hədiyyə istəyin – şübhəsiz, sizin buna haqqınız çatır!

Gələcək uşaq
Selikli narın tüklərdən və dəri hüceyrələrindən döldə anadangəlmə sürtkü yaranır. Bu ağ krem rəngli maddə körpənizin bədəninin müəyyən hissəsini, o cümlədən bükümlərini örtür. Bu maddənin vəzifəsi dölün dərisini qorumaqdır. Bəzən sürtkü uşaq doğulana qədər qalır və körpənin ilk tualeti zamanı steril salfetlərlə təmizlənir.

Hərəkət aktivliyinə müvafiq olaraq artıq körpənin yatıb –yatmamadığını müəyyən edə bilərsiniz.

İndi dölün çəkisi 290 qrama yaxındır, boyu isə, təxminən 25 sm.          

Bu həftə dölün xarici görünüşü belədir. Diqqətlə baxın: dölün cinsiyyəti haqqında nə düşünürsünüz?
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 11 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri