Hamiləliyin iyirmi birinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 22 789
Səs ver:
(səs: 4)
Qadın
Körpənizin cinsiyyəti haqqında fikir söyləyənlər yəqinki, əfsanə və xalq deyimlərinə əsaslanırlar. Bəzi hamilələr də maraqlarını üstələyə bilmirlər və yorucu hesablamalara qatılırlar. Digərlərini isə bu, əksinə qıcıqlandırır.

Dölün cinsiyyətinin proqnozu üçün müxtəlif sistemlərdən (Çin diaqramı, yaxud populyar qəzet və jurnallarlda dərc olunan tövsiyələr) istifadə cazibədar görünə bilər, lakin əksər halda bu öncəgörmələrin dəqiqliyi yüksək deyil.

Əgər dölün cinsiyyəti sizi çox maraqlandırırsa və körpəniz sizinlə əməkdaşlıq etmək istəmirsə (yəni, ultrasəs müayinələrində bədənin müvafiq tərfi üstə çevrilmirsə), o zaman özünüzü məşğul etmək üçün başqa şeylər var.

Gələcək uşaq
Döl ana bətnində isdəiyi kimi hərəkət edir. Bu o deməkdir ki, bu gün o, başıaşağı oyaq qala bilər, sabah səhər – döşəməyə paralel şəkildə yatar, axşam başını uşaqlığın dibinə dayaya bilər. Bu anlarda sizin nələr hiss etdiyiniz həyəcanla mayallaq aşan gələcək varisinizi qətiyyən maraqlandırmır. Adətən, döl hamiləliyin bu rübünün sonunda hər hansı bir vəziyyətdə dayanır (mama həkimlər bunu uzanma adlandırırlar). Lakin bəzən elə də olur ki, döl daha artıq müddətə qədər rahat hərəkət etməkdə davam edir.

İndi körpənizin çəkisi 370 qramdır.

Körpənin baş barmağına «bağlılığının» daha bir sübutu.
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 22 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri