Hamiləliyin iyirmi ikinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 32 109
Səs ver:
(səs: 0)
Qadın
Əhvalınız əvvəlki kimi yaxşı olmalıdır.

Hamiləlik zamanı cinsi yaxınlıq ər –arvad arasında bəzən çox müzakirə olunur, bəzən də bu barədə heç danışılmır. İnsanların əksəriyyətinin bu dövr üçün seks barədə düzgün təsəvvürü yoxdur. Bunu müzakirə etməyin tam vaxtıdır.

Ümumiyyətlə, hamiləliyin ilk rübündə toksikozun əldən saldığı qadınlarda seksual fəallıq aşağı düşür. Kişilərdə isə bu əvvəlki səviyyəsində qalır. Ona görə də hamiləliyin ilk 12 həftəsində cinsəl həyat alternativ formada (adi vaginal yaxınlıq vacib deyil) davam edə bilər.

İkinci rübün gəlişi və qadının əhvalının yaxşılaşması ilə onun seksuallığı arta bilər.

Cinsi həyat (libido) artır. Hamilənin orqanizmində qan dövranı gücləndiyi üçün qadının xarici cinsiyyət orqanının sekresiyası güclənir və erogen sahələrin həssaslığı artır. Bunun nəticəsində cinsi yaxınlıq zamanı qadının orqazm hissi ehtimalı artır. Bəzi qadınlar multiorqazma nail orlurlar. Statistik hesablamalara görə, qadınların böyk əksəriyyəti orqazmı ilk dəfə bu dövrdə hiss etmişlər. Kişilərə gəldikdə isə, bir çoxu narahatlıq hiss edirlər – cinsi akt döl üçün təhlükəli deyilmi? Bəzi gələcdək ataları «dilsiz şahidin varlığı» faktı sıxır, yəni məhəbbət aktı zamanı «qonşuluqda» dölün olması.

Şübhələrinizi aradan qaldırmaq üçün demək lazımdır, bu dövrdə cinsi yaxınlığı məhdudlaşdırmaq üçün çox az səbəb var. Bu səbəblər barədə yəqin ki, ginekoloqunuz sizi xəbərdar etmişdir. Əgər bu məsələ ilə bağlı narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.

Bütün başqa hallarda «olsun, olmasın» dilemması yoxdur. Əlbəttə ki, olsun. Əvvala, döl qişa ilə, dölyanı sularla etibarlı qorunur, adi cinsi aktla dölə xətər yetirmək mümkün deyil. İkinci, arzuolunmaz hamiləliyin ər –arvadı əsas məsələdən  qətiyyətlə ayırdığı anlar o qədər də çox olmur.

Nəhayət, valideyinlərinin məhəbbət aktından dölün nə hiss etdiyini yüz faiz bilmək mümkün deyil və onun da bu hadisədən bir şey anlaması ehtmalı azdır. Əgər körpə bir şey anlasa, bunu böyüklərdən daha düzgün və daha təbii qəbul edəcək. Əslində bu, harmoniyasına görə həyat bəxş edən təbiətin ən möhtəşəm aktıdır. Onun üçün də, burada utanılacaq heç bir şey yoxdur.

Gələcək uşaq
Döl böyüməkdə davam edir və özünü ana bətnindən xaricdəki həyata hazırlayır. Bu həftə artım var – sizin oğlunuzun və ya qızınızın qaşları çıxmışdır!

Dölün çəkisi təqribən 420 qramdır, boyu 27,5 santimetrdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 32 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri