Hamiləliyin iyirmi dördüncü həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 28 305
Səs ver:
(səs: 1)
Qadın
Uşaqlığınızın dibi indi göbəyinizdən azacıq yuxarıda yerləşir.

Vaxtından əvvəl doğumun əlamətləri ilə tanışlıq vacibdir ki, (üç dəfə tüpürüb qapını döyəcləyək) heç kimi qəfil yaxalamasın.

Vaxtındanəvvəl doğum çox vaxt yay aylarında baş verir ki, bu da hamilə qadının həddən çox maye itirməsi ilə bağlıdır. Ona görə də əgər yay aylarıdırsa və hamiləliyinizin birinci rübünün sonudursa, maye qəbulu rejiminə diqqətlə yanaşmaqda davam edin.

Vaxtındanəvvəl doğum hallarının əlamətləri:
• Uşaqlığın saatda 5 dəfə  və daha çox yığılması.
• Cinsiyyət yollarından alqırmızı qanın gəlməsi.
• Üzün və əllərin şişkinliyi, preklampsiya əlamətləri.
• Sidik ifrazı zamanı ağrılar.
• Cinsiyyət yollarından qəflətən şəffaf sulu mayenin axması.
• Kürəkdə (beldə) monoton sızıltılı ağrılar.
• Çanağın aşağı hissəsində yüksək təzyiq.

Bu əlamətləri (müxtəlif ahəngdə) hiss etdikdə təcili həkimə müraciət olunmalıdır.

Gələcək uşaq
Döl dərialtı qonur piy toxumaları toplamaqdadır. Qonur piy yüksək energetik dəyərə malikdir – onun sərf olunmasından orqanizmdə yüksək dərəcədə istilik və ATF (həyatverici prosesləri təhciz edən xüsusi maddə) yaranır.

Yenidoğulmuş, xüsusən vaxtındanəvvəl doğulmuş körpələr bədənlərinin hərarətini çətinliklə tənzim edirlər. Buna görə də onlar soyuğa qarşı çox həssasdırlar və bu son dərəcə təhlükəlidir. Hamiləliyin bu həftəsində doğulmuş körpələrin yaşama şansı sıfıra bərabərdir. Həkimlərin fövqaladə səyləri nəticəsində nadir hallarda sağ qalmış belə körpələr 13 14 həftə xüsusi isti inkubatorda qalmışlar.

Bax buna görə də körpəniz qonur piyin toplanması ilə belə fəal məşğuldur.

Dölün çəkisi bu həftə  600 qramdır, boyu – 30 santimetr.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 28 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri