Qadın
Hamiləliyin, necə deyərlər, «mənzilbaşına»
çatmısınız. İndi doğuş başlasa, çətin ki, həkimlər onu saxlamağa
çalışsın. Körpənizi dünyaya gətirməyə hazırlaşdığınız doğum evi barədə
ətraflı məlumat almağa çalışın. Yaxşı olar ki, əriniz və ya
qohumlarınızdan kiminsə doğuşda iştirak edə biləcəyi yer olsun. Bu
barədə bir az sonra danışacağıq. İndi isə uşağın döşlə
qidalandırılmasından söhbət açacağıq.
Əcnəbi «həmkarlarından»
fərqli olaraq, bizim qadınların əksəriyyəti ana südü ilə qidalanmanın
nəinki təbii vasitə, həm də faydalı olduğundan xəbərdardılar. Ana
südünün üstünlüklərinin sadəcə sadalanması süni qidalanmanı kölgədə
buraxır. Qısaca xatırladırıq : ana südü ilə bəslənən uşaqlar infeksion
xəstəliklərə az yoluxurlar, allergiyadan az əziyyət çəkirlər, belə
uşaqlarda qəfil ölüm sindromu riski azdır, dişlər düzgün formalaşır,
üstəgəl – gələcəkdə daha yüksək intellektə malik olurlar!
Uşaq
əmizdirən ananın ruh yüksəkliyi coşqun olur ki, bu da onun sağlamlığına
yüksək təsir göstərir. Tədqiqatlar göstərir ki, uşaq əmizdirən
qadınlarda süd vəzisinin xərçəngi riski xeyli aşağı olur. Bu siyahını
uzatmaq da olar.
İndi uşaq qidası üçün istənilən ərzaq əldə etmək
olar. Bu ərzaqın əksəriyyəti yüksək texnologiya ilə hazırlanır və ana
südünə yaxın balanslaşdırılmış tərkibə malikdir. Bu ərzaqların əsasını
inək və ya soya südləri təşkil edir. Müdrik təbiət (Yaradan da deyə
bilərsiniz) inək südünü buzovlar üçün «hazırlamışdır», insanların
çağaları üçün deyil. Yaşlı nəslin nümayəndələri etiraz edə bilərlər ki,
bəs, əvvəllər inək südü ilə qidalanma həkimləri narahat etmirdi və
uşaqlarla da qorxulu heç nə baş vermirdi. Buna nə cavab vermək olar?
Hər şey dəyişir, o cümlədən biologiya və təbabət barədə insanların
biliyi də. Ona görə də uşaqların fərqli qidalanmaları barədə
diskussiyasını kənara qoyaq və orqanizmimizdə körpə üçün ideal qida ana südü yaratmaq imkanını sizə bəxş etmiş Müdrik Təbiətə etibar edək.
Əgər
hər hansı bir obyektiv səbəbdən ana südü ilə qidalandırmaq mümkün
deyilsə, süni qidaya çox diqqətlə yanaşılmalıdır. Bu məsələdə hər şeyin
önəmi var: qidanın tərkibi, hazırlanma texnologiyası, körpəni
qidalandırma qaydası və s. Ona görə də bu məsələdə mütləq mütəxəssisin
(həkim – pediatr, hətta uşaq dietoloqu).
Gələcək uşaq
Döl tənəffüs hərəkətləri edir. Nəfəs aldıqda ağciyərlərə daxil olan amniotik maye nəfəsini buraxdıqda xaric olur.
Hərdən
körpə hıçqırır. Körpənin hərəkətlərinə diqqət yetirməyə çalışın. Bir
müddət keçəcək, inanın, siz onun üçün darıxacaqsınız!