Hamiləliyin otuz doqquzuncu həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 25 643
Səs ver:
(səs: 2)
Qadın
Artıq siz orqanizminizdəki dəyişikliyin xüsusiyyətlərini dəqiq müəyyən edə bilərsiniz. Gəlin doğuşun əlamətlərini müzakirə edək.

Döl getdikcə çanağın dərinliyinə, yəni uşaqlığın dibinə enir. Tənəffüsünüz yüngülləşəcək. Əgər bu, sizin ilk doğuşunuz deyilsə, o zaman hazır olun – doğuş «qaşla –göz arasındadır». Uşaqlıq yolu yumşalmağa başlayıb. Həkimlər bu vaxt uşaqlıq yolunu barmaqla yoxlayırlar, lakin uşaqlıq yolunun «yetişməsi» heç də həmişə doğuşun başladığına dəlalət etmir.

Doğuş ərəfəsində bu əlamətləri diqqətdə saxlayın.
• Cinsiyyət yollarından qanqarışıq ifrazatın gəlməsi.
• Selikli tıxacın çıxması (yenə oradan).
• Çəkinin bir qədər azalması.
• Nəcisin durulaşması.
• «Yuvalama instiktinin» təzahürü (sakit, dinc yerə çəkilmək kimi xüsusi davranış belə adlanır).

Lakin bu əlamətlər də doğuşun başladığını tam dəqiq göstərmir.

Dözümlü olun! Demək olar ki, hər şey bitmişdir.

Gələcək uşaq
Mekon (yadınızdadırmı?) adlandırılan ilk nəcis, adətən. uşağın doğuşunun ilk günündə xaric olunur. Bu, suvağabənzər maddə tünd rəngdə olub qətranı xatırladır.

Təxminən, körpələrin üçdəbirində  mekon doğuşqabağı dölyanı  sulara ifraz olunur. Bu, çox vaxt hamiləliyin son müddətində dölün oksigen çatışmazlığı hiss etməsindən irəli gəlir. Dölyanı sularla mekon dölün ağciyərlərinə düşə bilər. Beləki, dölətrafı sularda mekona rast gəlinsə, narahat olmayın, həkimlər doğum salonunda lavaj adlanan xüsusi tədbir keçirəcəklər. Bu körpənin bronxlarının təmizlənməsi üçündür və çağa dövründə ağırlaşma riskini azaldır.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 25 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri