Bürclərin problemlərini gülməli şəkildə həll etmə metodları :)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 4 563
Səs ver:
(səs: 2)
Qoç - Əgər problem qoça üz veribsə, istənilən problemi həll edəcək. Özü. Qürurla və səssiz halda.

Buğa - Buğa problemi həll edəcək, sonra el aləmə bu barədə çar çəkəcək. Sonra qəzetlərə elan verəcək, bütün dünya bu barədə bilməlidir.

Əkizlər - Əkizlər problemi bölüşəcəklər. Qoç tapıb problemi ona sırımağa çalışacaqlar. Qoçu razı sala bilməsələr, atacaqlar Oxatanin üstünə.

Xərçəng - Başlayacaq ağlaşma qurmağa. O səsin kəssin deyə kimsə problemi öz üzərinə götürəcək. Əgər bunu heç kim etməsə, özü gözəl şəkildə öz problemini həll edəcək. Zirildamaq nəyə lazım idi, aydın deyil.

Şir - Şir hamını çağıracaq. Özü probleminin öhdəsindən gələcək. Sonra çağırdığı tamaşaçılara baş əyib, avtoqraf paylayıb səhnəni tərk edəcək.

Qız - Qız məyus olacaq. Xüsusəndə əgər o bu problemi planlamamışdısa. Fikirləşəcək. Həllini tapacaq. Həll edəcək. Nəticə çıxaracaq.

Tərəzi - Tərəzi problemi ölçəcək. Sonra yenə ölçəcək. Belə qərara gələcək ki, nəsə problem çox oldu. Şir ya Qoçu xamlayıb onlara ötürəcək. Qıza ötürmək cəhdi boşa çıxacaq, Qızlarda problem də, qrafik üzrədir axı.

Əqrəb - Əqrəb əhvalını pozmadan, keyifli bir şəkildə problemini özü həll edəcək.

Oxatan - Məyus olacaq. Sonra əhvali yüksələcək. Başlayacaq uzun uzadı gülməyə. Keçmiş problemlərini də yadına salacaq. Əgər problem özü özünə həll olunmasa, ötürəcək başqasına.

Oğlaq - Oğlaq dərhal problemdən imtina edəcək. Əgər bu alınmasa özü yüksək səviyyədə həll edəcək. Ancaq mütləq özgənin hesabına.

Dolça - Dolça sevincək halda problemi hərtərəfli araşdıracaq. Sonra bu haqda kitab yazacaq. Əgər əvvəl də bu cür problemi olubsa, sixilacaq, məyus olacaq.

Baliqlar - Xərçəngdən fərqli olaraq, Balıqlar səssiz ağlayırlar. Ona görə hər problemi özləri həll edirlər. Heç kəs onlara kömək etmir. Heç kəsdən də kömək gözləmirlər onsuzda.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri