Doğulduğunuz saata görə necə insansınız?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 131
Səs ver:
(səs: 0)
00:00 - 02:00
Alışıq olduğunuz sosial ortamlarda olduqca rahatsınız. Güvən mövzusunda çox seçicisiniz. Bu səbəblə də insanlar məsafəli olduğunuzu düşünür. Ailəniz sizin üçün hər zaman ön plandadır.

02:00 - 04:00
Yorulmaq bilməyən və maraq dairəsi geniş olan biri olaraq, daima kəşf ediləcək yeni şeylər axtarırsınız. Intellektual və ünsiyyətçilsiniz. Güvənə bilinəcək bir dostsunuz. Oxumağı yazmağı və səyahət etməyi sevir, yüngül idman növləri ilə maraqlanırsınız.

04-00 - 06:00
Özünü müdafiə etməyi bilən, mövcud qaynaq və imkanlarını qoruyan, gələcəyi düşünən, yardimsevər və paylaşmanın önəmini bilən birisiniz. Inadci romantiklərdənsiniz deyə bilərik.

06:00 - 08:00
Bir az artıq əmr verməyi sevən lider bir kimliyiniz var. Önəmsənməkdən və təriflənməkdən xoşlanırsınız. Bu səbəblə də özünüzdən gözləntiləriniz böyükdür.

08:00 - 12:00
Sosial insansınız. Bayırda vaxt keçirməyi sevirsiniz. Aktyorluq qabiliyyətiniz də olduqca yüksəkdir. Insanları bir araya gətirib ünsiyyət qurdurmağı sevirsiniz. Davamlı olaraq əyləncə arxasıyca qaçırsınız.

12:00 - 14:00
Hər şeyi bacara biləcəyini düşünən əzmkar bir xarakterə sahibsiniz. Bacarırsınız, ancaq istədiyiniz nəticəni ala bilməyəndə çox məyus olursunuz. Bu səbəblə də özəl həyatınızda daha dıqqətli olun.

14:00 - 16:00
Macərapərəst və aktiv birisiniz. Həyat tərziniz tənbəlliyi rədd edir. Özünüzü daima inkişaf etdirmək və fəlsəfi mövzulara dalmağı sevirsiniz.

16:00 - 18:00
Enerjili və pozitiv insansız. Duyğularını artıqlaması ilə yaşayırsız. Eşqdə ilk tələbiniz, güvən.

18:00 - 20:00
Empatiyani sevən birisiniz və bunu hər zaman edirsiniz. Asilikdən və çox suallardan xoşlanmarsız. Gözü tox olduğunuzdan həyatın bəxş etdiyi hər bir nemətlə kifayətlənirsiz.

20:00 - 22:00
Yardım edərək xoşbəxt olan bir kimliyiniz var. Təriflənmək ruhunuzu oxşayır. Xəta etməyi sevməyən bir mükəmməliyətcisiniz.

22:00 - 24:00
Nə hissetdiyinizi və kim olduğunuzu yaxşı bilirsiniz. Yaradıcılığa önəm verən diqqət çəkmək istəyən, nəşəli və enerjilisiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri