Bürclərin qocalığı - Bürclər qocalığı necə yaşayırlar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 4 955
Səs ver:
(səs: 2)
QOÇ
Qoçlar öz yaşlarını görməməyə çalışırlar. Bu günkü günlə yaşayırlar və sabahı düşünmürlər. Onların ruh yüksəkliyi yaşli vaxtlarında da onları enerjiylə təmin edər. Qoçlar qocalıqlarındada hər şeyi əvvəlki enerji və həvəslə edəcəklər.

BUĞA
Bu bürcün nümayəndələri yeməyi çox sevdiyindən əksər halda yaşlananda artıq kilolu olurlar. Buğalar sağlam olduqlarından uzunömürlü olurlar. Ancaq yaşlandiqca həm fiziki həm də psixoloji gümrahlıqlarını itirirlər.

ƏKIZLƏR.
Çox məqsədyönlüdürlər, addım-addım öz məqsədlərinə doğru gedirlər və illər keçdikçə də yavaşlamaq fikirləri yoxdur. Hətta yaşlı əkizləri, çox az halda istirahət edən və dincələn görmək olar. Pensiya yaşına qədər karyeralarında irəliləyirlər.

XƏRÇƏNG
Xərçənglər iki cür olurlar - heç vaxt böyüməyən və qocalıq vaxtında Tereza ana kimi ətrafda hamının qayğısına qalan. Xərçənglərdən çox gözəl nənə və baba alınır.

ŞIR
Qocalıqda onlar bir az sakitləşmiş və artıq çəkili olurlar. Ən çox can atdıqlari şey hamının onlara hörmət etməsi və avtoritetdir. Ona görə də həyatlarinın başlıca məqsədinə çatmaq istəyəcəklər.

QIZ
Bir çox qızlar yaş ötdükcə ətrafda hər şeyi neqativ qəbul etməyə başlayır. Özlərini yaxşı formada saxlamağı sevirlər, ona görə də qocalıqdada formada olan ledi və centlimen olurlar. Bir az ciddi, ancaq ağıllı.

TƏRƏZI
Tərəzilər xarici görkəmlərinə düşkündürlər. Ona görə də onlar bacardıqlari qədər artıq çəki və qırışlarla mübarizə aparırlar. Bir qayda olaraq da bunun öhdəsindən gəlirlər. Çox gözəl qocalıqlari olur.

ƏQRƏB
Əqrəblər yaşlandiqça samballı və görkəmli olurlar. Öz barələrində sanki filosofmuş kimi, illərlə yığılmiş müdrikliyini gözəl istifadə edən biri kimi düşünürlər. Ancaq heyif ki, əksər əqrəblər qocaldıqca öz şəxsi düşünçə və məqsədlərinə düşkün olurlar. Və buna görə də çox höcətləşirlər hamıyla.

OXATAN.
Oxatan qocalıq barədə düşünmək belə istəmir. Hətta insanları "səncə mənim neçə yaşım var?" sualı ilə bezdirib, bir iki kompliment qopartmaq istəyirlər. Çox vaxt da bu komplimentlər doğru olur. Çünki oxatanlar qocalana qədər öz cazibələrini qoruyurlar.

OĞLAQ - Oğlaq çox vaxt zamanla assosasiya olunur. Ancaq ən qəribəsi oğlaq üçün zaman sanki əksinə hərəkət edir. Onlar "kiçik qoca" kimi dünyaya gəlirlər. Yaşlarına görə daha müdrik, ciddi, məsuliyyətli olurlar. Yaş ötdükcə uşaqlıq etməyə başlayırlar. Qoca oğlaqlar özlərini əməlli başlı uşaq kimi aparırlar.

DOLÇA - Dolçalar da oğlaqlar kimi uşaqlıq dövründə ciddi olurlar. Yaş ötdükcə ekscentrik olurlar və ətrafdakıların nə düşündüklərini veclərinə almırlar. 80 yaşlarında özlərini ağıllarina gəldiyi kimi aparırlar.

BALIQLAR - Panik olaraq qocalıqdan qorxurlar. Ona görə ki, düşünürlər etmədikləri, çatdıra bilmədikləri bir sürü şey var. Buna görə də Balıqlar həyatlarına nəzər yetirmək üçün çox vaxt ayırırlar. Ancaq Baliqlar bu barədə nə qədər az narahat olarlarsa, bir o qədər çox xoşbəxt olarlar. Narahatlıqlari onları tam xoşbəxt olmağa qoymur.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri