Qeyri adi fallar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 10 670
Səs ver:
(səs: 2)
Cinsiyyət orqanı falı.

Hal-hazırda Hindistanın bəzi bölgələrində,Şimali Asiyada,hetta Yaponiyada belə falin bu növündən geniş istifadə olunur.Onlar qadının və ya kişinin cinsiyyət orqanına,anusunun qurluşuna baxaraq gələcək və keçmiş haqqında fikir yürüdürlər.Əvvəllər bununla cinsi həyata tövbəli buddist rahiblər məşgul olurdular...

Məmə falı.

Məmə uclarına,ətrafındakı halqalara baxilaraq fikir yürüdülür.Əgər məmə ucu içəridədirsə,fala baxan şəxs ona toxunaraq şölə çıxmasına şərait yaradır.

Göbək falı.

Bilindiyi kimi Türkiyədə falçılar göbəyə üfürərlər və yazı yazarlar.Hindularda isə göbəyin şəklinə baxaraq gələcəklərindən xəbər verirlər,bu arada bu yerlərdə göbəyi çölə olan insanlar şanslı sayılır.

Əncir yarpağı falı.

İlk növbədə əncir yarpagı götürürsünüz,üzərinə adınızı,və ya cavabını bilmək istədiyiniz sualı yazırsınız.Sonra qurumağa qoyun.Quruma prosesi yavaş-yavaş gedirsə gələcəyiniz gözəl,tez quruyursa gələcəyiniz pis gələcək.Təxminən eyni yöntəmi təzə sarmisaq yarpaqlari ilə də edə bilərsiniz.Sarmisaq yarbağını 5 gün suda saxlayın,yarpaq yaşıl və təravətli qalırsa falına baxdığınız insanın həyatı,saglığı yaxşı olacaq,əks halda pis şeylər gözlənilir.

Dırnaq falı.

Parlaq günəş altına falına baxılan şəxsin dırnağına baxılır,orada olan bəzi xətlərə baxılaraq insanın gələcəyi haqqında fikir yürüdülür.

Sümük falı.

Əsasən qoyunun kürək sümüyü çıxardılır,üzərindəki şəkillərə əsasən fikir yürüdülür.Keçmişdə orta Asiya türklərində ən çox şamanların istifadə etdiyi bir yöntəm idi.

Bağırsaq falı.

Sümük falında olduğu kimi ,kəsilən qurbanın bağırsağına baxılaraq gələcəkdən xəbər verilir.Keçmiş Türk və Romadan qalma bir yöntəmdir.

Ayaqqabı falı.

Bunun üçün köhnəlmiş ayaqqabınız lazımdır,onun üzərində əmələ gələn xətlərə və qırışlara baxılaraq,gələcəyə aid fikir yürüdülür.

Qızılgül falı.

Qazılgül yarpaqları ovucun içinə alınır,əl çalır kimi bir-birinə möhkəm vurulur.Yarpağın üzərinə düşən xətlərə,cizgilərə uyğun gələcəyə aid fikirlər yürüdülür,yəni fala baxılır.Bu üsuldan əsasən Qədim Yunanlar geniş istifadə edirdilər.

Pendir falı.

Bir parça pendir kəsilir ,qurumaq üçün bi kənara qoyulur.Pendirin xarab olma şəklinə diqqət edilərək,gələcəyə aid fikir yürüdülür.


Qurğuşun falı.

Qurğuşun əridilir,tamamilə əridikdən sonra soyuq suya tökülür,qurğuşunun suda aldığı şəkilin koməyi ilə fala baxılır.(Türklərdə qurşuntökmə kimi məşhurdur)

Soğan falı.

Soğan falına baxmaq səbir tələb edir,çünki bir neçə soğan götürülür,hərəsi bir adamın adına,sonra işarələnir ki kimin adına olduğu bilinsin.Bu soğanlar əkilir,cücərməsi gözlənilir.Kimin soğanı tez cücərərsə,onun da işləri yolunda gedəcək,arzuları həyata keçəcək.

Duman falı.

Bu lap qədimlərdən qalma bir fal novüdür.Bir çimdik yasəmən toxumu közün üzərinə atılır və ondan çıxan dumana baxılaraq,gələcək haqqında fikirlər yürüdülür.

Ay falı.

Bu fala əsasən qisməti açılmamış,evdə qalmış qızlar üçün baxılır.Subay qız ayın 3-4 günlük olduğu gecə,inandıgı biri ilə çölə ,kimsənin olmadığı yerə cıxar.Qızın yanındakı rəfiqəsi güzgünü aya dogru tutar,ayın görüntüsünün güzgüdə əks olunmasına çalışar.Subay qız isə durmadan ayın güzgüdəki görüntüsünə baxar,bu zaman yanındakı rəfiqəsi bildiyi duaları oxuyar.İnananclara görə ayın güzgüdəki əksinin yanında kişi səkli görünər,deməli tezliklə qızın qisməti açılacaq,əgər heç nə görünməzsə yenə də evdə qalacaq.

Qeyri -adi fala baxmaq metodları varmış.

Siz hansi fala baxmaq metodu bilirsiniz?
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 10 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri