Bürclər nədən qorxur?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 284
Səs ver:
(səs: 2)
Birimizin imtahan qorxusu olar, birimiz bəzi heyvanlara qarşı qorxular yaşamaqdayıq, kimimiz isə qaranlıqdan qorxuruq. Bu siyahı təbii ki, uzana bilər. Bürcümüz bəs bu mövzuya necə yanaşır? Bürclər həyatımızda bir çox nöqtəyə təsir etdiyi kimi qorxularımız mövzusunda da bir çox sirrlərimizdən xəbərdardır.

Bürclər və qorxuları nələrdir, ən cəsur bürc hansıdır bütün detallar yazımızın davamında.

Qoç bürcü və qorxuları
Qoç bürcü yaşlanmaqdan çox qorxar! Qoç bürcü ümumiyyətlə çox cəsurdur. Bir çox bürcün cəsarət edə bilmədiyi mövzulara cəsarət edə bilər. Ümumi olaraq adrenalin xəstəsidir. Ancaq onların da qorxduğu şeylər vardır.

Buğa bürcü və qorxuları
Buğa bürcü pulsuz qalmaqdan və nizamının dəyişməsindən çox qorxar! Buğa bürcü sabitliyi ilə tanınan bir bürcdür. Onların yerdəyişdirməsi də fikir dəyişdirməsi də çox çətindir. Maddi mənada daima etibarda olmaq istərlər.

Əkizlər bürcü və qorxuları
Əkizlər bürcü sabit qalmaqdan və özünü ifadə edə bilməməkdən qorxar! Əkizlər, bürclər qurşağının ən çox danışan bürclərindən biridir. Onunla əlaqədar dəyişməyən tək şey, davamlı dəyişkən olmasıdır.

Xərçəng bürcü və qorxuları
Xərçəng bürcü qorxmaqdan belə qorxar! Xərçəng bürcü ümumiyyətlə çox həssas bir bürcdür. Narahat bir quruluşu vardır. Ən rahat Xərçəng bürcü belə bir az qayğılıdır. Bürclər və qorxuları mövzusunda xərçəng bürcünün hər şeydən qorxa bildiyini söyləyə bilərik. Yüksəkdən qorxa bilər, böcəklərdən qorxa bilər, qaranlıqdan qorxa bilər, səslərdən qorxa bilər, başlarına bir şey gələcəyindən qorxa bilər, sürətdən qorxa bilər.

Şir bürcü və qorxuları
Şir bürcü ən çox cəmiyyət içərisində kiçik düşməkdən qorxar! Şir, bürc qurşağının ən egosentiik bürcüdür. Davamlı diqqətin özündə olmasını və mümkünsə hər daim etdiyi hər şey üçün təqdir edilmək istəyər.

Qız bürcü və qorxuları
Qız bürcü xəstə olmaqdan və gigiyenik olmadığını düşündüyü yerlərdən mikrob almaqdan qorxar! Qız bürcü hər mövzuda çox həssasdır. Bu bürc dünyanı təsnif etmək və insanlığa necə yaşanacağını öyrətmək üçün gəlmişdir.

Tərəzi bürcü və qorxuları
Tərəzi bürcü ən çox dincliyinin pozulmasından qorxar! Döyüş və səs-küy varsa, Tərəzi bürcü yoxdur! Tərəzi bürcü bürclər qurşağının diplomatikidir. Dünyanın davamlı müəyyən bir ahəngdə qalmasını arzu edər və politik davranışları ilə küsülüləri belə barışdırar.

Əqrəb bürcü və qorxuları
Əqrəb bürcü böcəklərdən, həşəratlar və qorxu filmlərindən qorxar! Əqrəb bürcü bürclər qurşağının gizli gücüdür. Görünən gerçəklərin arxasını görə bilərlər. Çoxunun astroloji, parapsixologiya kimi budaqlarla əlaqəsi vardır. Bu bürc ümumiyyətlə cəsur görünər. Qorxuları vardır amma müəyyən etməyi seçim etməz.

Oxatan bürcü və qorxuları
Oxatan bürcü həqiqətən sevdiyi insanları itirməkdən qorxar! Oxatan bürcü ümumiyyətlə çox müsbət bir bürcdür. Qorxsa belə “qorxmuram” deyərək özünü təlqin etməyə çalışır. Bu bürc azadlığına çox düşkündür və azadlığını ancaq sevdiyi insanlar üçün məhdudlaşdıra bilər.

Oğlaq bürcü və qorxuları
Oğlaq bürcü sahib olduğu gücü itirməkdən qorxar! Oğlaq bürcü müvəffəqiyyət üçün yaşayar. Hər oğlaq bürcünün böyük ya da kiçik, həyatında bir hədəfi vardır. Hədəfi olmayan Oğlaq bürcü depressiyaya girər. Addım-addım dırmaşmaq və zirvəyə çatmaq istəyər.

Dolça bürcü və qorxuları
Dolça gözlənilməyən, gözlənilməsi lazım olan bir bürcdür və bütün bu xüsusiyyətlərinə baxmayaraq ən çox hər kəsə bənzəməkdən və tək qalmaqdan qorxar! Dolça bürcü humanist bir bürcdür. Tarazlığın, bərabərliyin tərəfdarıdır. Qanının son damlasına qədər dünya sülhü, heyvan hüquqları, ictimai məsuliyyətlər üçün mübarizə aparar. Hər kəsə yaxın məsafədədir və çox səmimi əlaqələrdən də xoşlanmaz.

Balıq bürcü və qorxuları
Balıq bürcü ən çox məhdudlaşdırılmaqdan və pulsuz qalmaqdan qorxar! Balıq bürcü deyincə ağla dərhal xəyallar gəlir. Fiziki olaraq yanımızda amma əksərən ruhən dünyamızda olmayan bu bürc sahibləri, sərhədlərdən heç xoşlanmazlar. Su elementinin gücü ilə sürünüb durarlar. Çox az qismi dünyada fiziki bir iz buraxa bilir. Maddi dünyada alına biləcək hər şey üçün pul lazım olduğundan, pulları olmazsa bütün istədiklərini ala bilməməkdən, xülasəylə yenə məhdudlaşdırılmaqdan qorxarlar.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri