Aşiq olduğunda hansı bürc özünü necə hiss edər?

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 5 127
Səs ver:
(səs: 3)
QOÇ
Bir Qoç bürcü olaraq macəradan və riskdən qorxmursunuz. Buna görə eşqi hiss etdiyiniz anda ilk addımın qarşı tərəfdən gəlməsini gözləmir, hərəkətə keçirsiniz. Söhbət eşqdən gedirsə, olduqca doyumsuz ola bilir, eyni sıxlıqda eşqi qarşı tərəfdən də görmək üçün səbirsizlənirsiniz.

BUĞA
Güclü bir Buğa bürcü olaraq, eşqi ən dərinlərdə hiss edirsiniz. Ancaq bu eşqi göstərmək yerinə, saxlayaraq, eşqinizin qazanılmasını gözləyirsiniz. Eşqi bir test halına çevirə bilərsiniz.

ƏKİZLƏR
Ünsiyyətli və yeniliklərə açıq olsalar da aşiq olduqlarında bu eşqi ən klassik şəkliylə yaşayarlar. Onlar üçün eşq bir növ həyat səbəbi kimidir. Aşiq olduqlarında üzlərindəki parlaqlığın, sifətlərindəki gülümsəmənin dərhal fərqinə vara bilərsiniz. Onlar üçün bezmək və eşq eyni cümlə içində keçə bilməz.

XƏRÇƏNG
Xərçəng bürcləri eşqi yalnız əlaqələri üçün deyil, sevdikləri hər şey üçün hiss edərlər. Ailələri, yoldaşları, evləri… Aşiq olduqlarında özlərini rahat, isti bir ədyala sarılmış kimi hiss edərlər. Eşq onlar üçün rahatlıq deməkdir.

ŞİR
Şir bürcləri tamamilə diqqətsiz davranmağa çalışsalar da aşiq olduqlarında bu vəziyyəti düşkünlük halına gətirə bilərlər. Olduqca dalğın davranışlar sərgiləyə bilirlər.

QIZ
Xırdaçı və həddindən artıq düşünmək maraqlısı olan Qız bürclərinin aşiq olduqlarında bu vəziyyəti iki qatına çıxartdıqlarını ifadə etməyə ehtiyac yoxdur hərhalda. Eyni zamanda sevdikləri adamın davamlı yanlarında olmasını istəyən Qız bürcləri, boş zamanlarında eşqləriylə əlaqədar xəyal quraraq düşüncələrə dala bilirlər.

TƏRƏZİ
Gözəllik və eşqin bürcü Tərəzi, aşiq olduğunda tamamilə fərqli bir insana çevrilə bilib, idarəsini itirə bilər. Eşq onlar üçün olduqca əhəmiyyətli olduğundan eşq sonrası hisslərini qısaca “həyəcan” olaraq adlandıra bilərik.

ƏQRƏB
Aşiq olduqları anda sıx hisslərə qapılırlar. Ancaq eşq onlar üçün sevinc deyil melanxoliya mənasını verməkdədir. Daha durğun, daha çox düşünən, hüznlü aşiqlər deyə bilərik onlar üçün.

OXATAN
Macərapərəst və azadlığına düşkün Oxatan bürcləri, bu xüsusiyyətlərini aşiq olduqdan sonra tamamilə unudarlar. Özlərini eşqə tamamilə təslim edən Oxatan bürcləri üçün eşq, mədədə kəpənəklərin uçuşduğunu hiss etmək deməkdir.

OĞLAQ
Realizmdən uzaqlaşmaq istəməyən Oğlaq bürcləri, bir müddət aşiq olduqlarını kimsəyə göstərməmək istəyə bilərlər. Ancaq içlərində böyütdükləri hisslər onları daha da sıx bir eşqə sürüyər. Aşiq olan kimi sevdiklərini qısqana bilən Oğlaq bürcləri bu baxımdan olduqca çətin aşiqlərdir.

DOLÇA
Ağıllı və təsir edici Dolça bürcləri, aşiq olduqları anda həyatlarında yeni bir səhifə açmaq üçün özlərini hazır hiss edərlər. Aşiq olmaq demək onlar üçün gələcəyi düşünmək deməkdir.

BALIQ
Romantik Balıq bürcləri üçün aşiq olmaq olduqca çətin bir proses ola bilər. Çətin aşiq olduqları kimi eyni zamanda eşqə konsentrasiya olub, rədd edilmə qorxusu ilə yaşayırlar.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri