Siçan ili

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 17 371
Səs ver:
(səs: 1)
Siçan ili: 1900,1912,1924,1936,1948,1960,1972, 1984,1996,2008,2020

Siçan, Qərbdə çirkin və iyrənc bir heyvan olaraq görünsə də , Şərqdə , xüsusilə Cənub-Şərqi Asiyada , o , zəkası və qiymətli şeylər əldə etmə qabiliyyətindən , heyranlıqla baxılan bir heyvandır . Çin və Yaponiyada bu heyvanlar varlılığın və yaxşı şansın işarələridir .

Siçan bürcündə doğulanlar , dərhal hər kəsə təsir edə bilən sevimli kəslərdir. Onlar , etdikləri bir çox şeydə çox hünərlidirlər və bu hünərlərini sərgiləməyi çox yaxşı bilirlər . Bu bürcdə doğulanların , eyni zamanda böyük yumor gücləri olur . Bu bürcdə doğulanlar özlərinə sadiq olanları qoruyarlar və onlara çox comərd davranarlar.Bu bürcdən olanlar özlərini tərifləməyi də sevərlər. Öz məqsədlərinə çatmaq üçün hər şeyi qurban verərlər. Bu bürcdən olanlar , öz sosial çərçivələri xaricində insanlara qarşı qızğın və ağzı xarab olaraq görünərlər. Bu bürcün nümayəndələri mübahisə etməyi sevirlər.

Dərin zəka və nankorluğa dözümü olmayan bir şəxsiyyətə malikdir. SİÇAN BÜRCÜ İNSANI , ümumiyyətlə rahat rəftarları , güclü özünə inamı ilə, sağlam,ağıllı və xoşgörülü bir adam imicini sərgilərlər. Xaricə dönük biri olması özünü son dərəcə sempatik olmaqla birlikdə mühitlərdə diqqətləri üzərinə çəkməsini təmin edər .
Çox yönlü və dəyişən bir quruluşu olan Siçan insanının həyatında enerjilərin boşuna xərclənməsi də çox tez-tez rast gəlinər. Orta hesabla əsla xoşbəxt ola bilməyən siçan insanı heç bir zaman özünü aşan işlərin altına girməkdən də çəkinməz. Maddi mövzular xaricindəki riskləri bir macəra kimi qəbul edərək , həyatın bir oyun olduğunu düşünür .

Sevgi sahəsində çox hərəkətli və baş çevirici əlaqələr yaşayar. Çox dərin ehtiraslarla döyünən ürəyi gərək eşq,gərək yoldaş əlaqələrində xəyanəti bağışlamaz. Əgər qarşı tərəfə verdiyi tutqunun dəğərini almazsa bir xəyal qırıqlığı yaşayıb hüzünə qapıla bilər, həyata ağrılı bir baxış dili bağlayaraq dostlarının yaşadıqları xoşbəxtlik və ya ağrılara qeydsiz davrana bilər.

Siçan qadını olduqca mədəni və bilgili tiplərdir . Dinamik bir həyatı sevən Siçan qadını həm işi , həm də bir ailə sahibi olaraq cəmiyyətdə qəbul edilməyi seçər. Hər kəslə dost ola bilməsinə baxmayaraq , yaxın yoldaşları məhduddur. Sirlərini və ya problemlərini açıq etməyi sevmədiyi üçün , hər kəs Siçan qadınının dörd dördlük bir həyatı olduğunu düşünür.Siçan kişi xaricə dönük və ictimai bir insandır. Nəzakətli və zərif davranışlarıyla , əsəbiliyinə nəzarət edə bilmə qabiliyyətinə və problemlərə gətirdiyi maraqlı çözümləriylə hər zaman ictimai olaraq sevilir . Hərəkətli Siçan kişisinin əl bacarıqları çox qüvvətlidir.Tez-tez sıxıldığı üçün masabaşı işlərdən çox , hərəkət və dəyişmə tələb edən peşələrdə daha müvəffəqiyyətli olur .

SƏNƏT:
Ticarət , Siyasət , İctimaiyyətlə Əlaqələr , Bank , Zərgərlik
Maliyyə mütəxəssisi , Detektiv , Antik əşyacı , Bazar satıcısı.

Şanslı nömrələri:
1 , 4 , 5 , 10 , 11 , 14 , 41 , 45 , 51 , ​​və 54-

Qərbdəki Simvol Qarşılığı:
Oxatan bürcü
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 17 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri