Donuz ili

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 601
Səs ver:
(səs: 0)
Donuz ili: 1911,1923,1935,1947, 1959, 1971, 1983, 1995, 2007, 2019

Səmimi,Çalışqan,Dürüst,İnadçı,Saf

Donuz insanı Çin Zodyaqında güvənilir bir tip kimi tanınır. Son dərəcə həssas, romantik, insanlara və insan əlaqələrinə əhəmiyyət verən bir quruluşu vardır. Evliliyə, bağlanmağa və birarvadlılığa çox uyğundur. Donuz insanı başqalarının istəklərinə görə öz istəklərini və proqramlarını dəyişdirməyə uyğundur. Xüsusilə sevdiyi insanların ricalarını belə bir əmr kimi qəbul edərək, heç sorğulamadan yerinə yetirməyə səy edər.Bu xüsusiyyətləri onların pis niyyətlilər tərəfindən asanca aldadılmasına ol verir.Eyni zamanda özü üçün yaşamamasına, öz ehtiyaclarını göz ardı etməsinə və inkişafını tamamlamaqda gecikməsinə səbəbdir.(Olmaz belə Donuz bürcləri :)) )

Dincliyə və sükunətə duyduğu ehtiyac, sıx mübarizələrin və rəqabətin bünyəsini və sinir sistemini zəyiflətməsınə səbəb olur. Həyatı və özü üçün yüksək standartlar qoyan Donuz insanı, iş həyatında da eyni gözləmələr içindədir. Bu səbəbdən hər hansı bir mövqedə olmaq özünü narahat edər.Sevgiyə son dərəcə düşkün olan Donuz insanı, ənənələrin xaricinə çıxmaq istəməz. Birlikdəliklərini normalar daxilində hərəkət etməyi və standardları aşmamağı hədəf halına gətirir. Bu xüsusiyyəti Donuz’un erkən yaşlarda evlənməsinə səbəb olur. Qarşısındakı insanı olduğu kimi qəbul edən Donuz insanı, əslində fiziki cazibədarlığa və ruh gözəlliyinə qarşı da həssasdır. Yoldaşının fərqinə varılan biri olmasından qürur duyar amma, qısqanmaqdan da özünü saxlaya bilməz. (Qərbdə simvol qarşılığı da əqrəb bürcü kimi nahaq yerə qeyd olunmur :)) ) Qısqanclığının nəticəsində qarşısındakı insanı məhdudlaşdırmaq ya da nəzarət etmək istədiyi zamanlar da ola bilər.

Donuz qadını– qalıcılığa əhəmiyyət verən, inasanları sevən, onlar üçün bir şeylər etməkdən kef alan bir insandır. Sevdiklərinə ən gözəl şeyləri yaşatmaq üçün əlindəki bütün qaynaqlarını istifadə edə bilər. Donuz qadını birlikdə olduğu kişinin, elit bir təbəqədən və güclü olmasını istər. Yaxşı döşənilmiş və təhlükəsizliyi təmin edilmiş bir ev, gözəl geyimlər və qonaqlarına təqdim edə biləcəyi nadir yeməklər Donuz qadınının mutluluğunda əhəmiyyətli rola malikdir.

Donuz kişisi- öz xarici görünüşünə çox əhəmiyyət verən, hər zaman məsafəli bir insandır. Dominant qadınlardan xoşlanar. Yoldaşının müvəffəqiyyətli bir iş qadını olması onun üçün əhəmiyyətlidir, amma onu qısqanmaqdan da geri qalmaz. Donuz kişisinin iş həyatıyla əlaqəli böyük hədəfləri var. Ancaq romantikliyə uyğun təbiəti, böyük hədəflərə çata bilməməsində ən əhəmiyyətli faktordur. Zaman-zaman öz duyğusallığından ürkən Donuz kişisi, özünü nə qədər nəzarət etməyə çalışsa da yenə də hisslər dünyasından qopa bilməz.

Donuzlar, Çin bürcünün bənzərsiz comərd və prinsipli kəslərin bürcüdür. Donuzlar çox şəndir və səhvsiz davranışları və zövqləri vardır. İdealı sevdiklərindən, onlara çox dəfə burnu havada olan varlıqlar olaraq baxılır. Donuzlar, təbii olaraq rahatlığı sevən romantik kəslərdir və həyatda keyfiyyət axtararlar.Donuzların möhtəşəm sevgili və yoldaş olma qabiliyyətləri vardır. Hər kəsin yaxşılıq daşıdığına səmimi olaraq inanan donuzlar, ailə və yoldaşlarının pis istiqamətlərini görməməzlikdən gəlirlər. Lakin, əgər istifadə hiss etsələr, Donuzlar məğlub edilə bilməyəcək çətin rəqiblər olurlar.Təravətləndirici xoşgörünüşü, geniş comərdliyi və daşıdığı təmiz ürəyi nəticəsində ətrafında çox sevilən kəslərdən olur.Sevilib bəyənilmək onun üçün çox əhəmiyyətli olduğundan moda və yeni geyim tərzlərini yaxından təqib edər. Həyatən verdiyi gözəlliklərin faydalanıb xoş vaxt keçirmək adına pul xərcləməkdən çəkinməz. Şəhər səs-küyü və şiddətindən uzaq, ruhunu hüzurda hiss edəcək təmiz havalı bir təbiət ya da bir kənd evində yaşamaq ən gizli arzuları arasında gəlir. Etdiyi işlərdə etibarlı, əl bacarığı qüvvətli bir çalışandır. Keyfiyyət tərəfdarı və praktik olması iş dünyasında axtarılan xarakterlər arasında olmasını təmin edər.Özünü etibarlı mühitdə hiss etməyən Donuz bürcü insanı ağızını möhürləyər və xüsusi həyatına dair soruşulan sualları sevməz.Evi və ailəsinin yanı onun üçün ən qiymətli və ən çox xoşbəxt olduğu yerlərdir. Ancaq hər nə qədər ailə və dostları ilə hər daim birlikdə olmaqdan xoşlansa belə də, tək başına qalmaq onu hüzura qovuşmasında mühüm rol oynayar. Bu vəziyyətlərdə əvvəl özünü təmsil edən fərqli fəaliyyətlərlə maraqlanaraq, öz dünyasına xas kiçik ya da müvəqqəti xoşbəxtliklər yaradıb dinc olmağı yenə də bacarar. Ancaq özünə edilməyən bir yardım və ya bir əfv ürəyini çox asan incitməklə birlikdə ağrısını kimsəyə bəlli etmədən ürəyində daşımasına səbəb olur. Ağıllı, təmiz ürəkli və hüzuruna düşkün Donuz bürcü insanı pul və iqtidarı yalnız rahatlıq gətirdiyi üçün sevər. Şans həyat boyunca özünə yoldaşlıq etdiyi üçün zaman-zaman pul və sərvət qapısını çalar. Ancaq bundan faydalana bilməsi üçün aldığı tövsiyə və izlədiyi istiqamətləri doğru seçməli, gizli ya da yoldaşlıq bəhanəsiylə qanını əmməyə çalışanlardan hər nə olursa olsun uzaq dayanmağı müvəffəq lazımdır. Əks təqdirdə öz qapısına gələn şans, o daha açmadan başqa əllər tərəfindən toplana və ya yandırıla bilər. Bu səbəbdəndir ki Donuz bürcü insanının bu etibarlı və yaxşı ürəkli xarakter quruluşu çox vaxt ondan faydalanmaq istəyən kəslər tərəfindən bir fürsət olaraq görülər, bir naiflik olaraq qəbul edilər.

SƏNƏT:
Təşkilatçı Çiçəkçi,Musiqiçi, Yazar, Kitabxanaçı, Aşbaz,Tədqiqatçı, Elm adamı, Kimyagər, Texnik, Restorançı, Psixoloq, Vəqf mütəxəssisi, İnşaatçı, Baqqal, Personal mütəxəssis, İdarəçi, Məmur.

Şanslı nömrələri:
1, 3, 4, 5, 8, 16, 18, 34, 41 və 48.

Qərbdəki simvol qarşılığı:
Əqrəb bürcü
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 601
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri