Əkizlər bürcü qadını və kişisi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 624
Səs ver:
(səs: 1)
Əkizlər 21 May – 21 İyun

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ

Ulduzunuz: Merkuri (Zəka və canlılıq nümayəndəsi)
Qrupunuz: Hava, müsbət
Bürcünün cinsiyyəti: Kişi
İstedadınız: Yüksək intellekt
Keyfiyyətiniz: Köməkçi olmaq, sevinc yaratmaq
Əməliniz: Jurnalistika, dramaturgiya
Məqsədiniz: Böyük ad qoymaq, məşhur olmaq
Mənfi cəhətiniz: Çox danışmaq
Uğurlu gününüz: Çərşənbə
Uğurlu daşınız: Əqiq və İnci
Uğurlu rənginiz: Sarı, boz, mavi, açıq mavi
Uğurlu qoxular: Qardeniya, jasmin, sünbül
Uğurlu musiqiniz: Müasir Qərb Musiqisi, hərəkətli və canlı parçalar
Ehtimal olunan xəstəliyiniz: Tənəffüs və sinir sistemi xəstəlikləri, ağciyər xəstəlikləri, revmatizm xəstəlikləri.
Evlilik üçün uyğun olan bürc: Qoç, Şir, Tərəzi və Dolça
Müvəffəqiyyətli olacağınız peşələr: Bankir, hakim, vəkil, diplomat, ədəbiyyatçı, yazıçı, zərgər, müfəttiş.
Müsbət istiqamətləri: Qayğısız və şən. Son dərəcə ağıllı. Dəyişkən və harmoniyalı. Başqalarına qarşı həssas. Fikirləri şəffaf və tərəfsiz. Dəqiq.
Mənfi cəhətləri: Cəfəng və mənasız olması. Söz mənasında intellektual birisi. Əsəbi və təhrik edilməsi asan tiplər. Soyuq, məsafəli, duyğusuz və təsadüfi bir xarakterdə olması.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Əkizlər qavramaq və özünü müşahidə etmək üçün doğulmuşdur. Hər zaman hərəkət halında olmalıdır. Oyaq bir ağıl, Əkizlərin əsasıdır. Narahatlıq, yerində dayanmamaq, bunlar Əkizlərin mənbələridir. Fiziki canlılığı ağılda da sürər, bu da ona bir başqa mənbə təmin edir; Öyrənmək, anlama qabiliyyəti. Bu sürətli zehni fəaliyyətlərlər mühakimə və məntiq gücünə malik olmağa yönəlik deyil. Düşünmək deyil, görmək vacibdir. Sadəcə dünyaya şahid olmaq istəyir. Əkizlərin əsas strategiyası təcrübədir. Eyni anda birdən çox həyat yaşamaq onu tənbəllikdən uzaq tutar. Digər insanların təcrübələrindən öyrənmək üçün dinləyir. Açıq fikirlidir. Məlumatı toplayır, əlaqələr qurur və yayar. Pis həqiqətlərlə üz-üzə gəlməyə çətinlik çəkərsə məlumatı yenidən öyrənməyə çalışar. Həmçinin çox yayılma, dağılma, əsəbilik və hər şeyin davamlı böhrana çevrildiyi, mənasız, həyəcanlı və qərarsız həyat tərzi də söz mövzusudur. Həddindən artıq yorğunluq, dərinlikdən məhdudiyyətlər və nəhayət, duyğusal tükənmə yaşaya bilər.

ƏKİZLƏR KİŞİ
Əkizlər bürcü kişisi asan bağlanan bir tip deyil. Ani bir qərarla evlənsə belə, sonradan peşman olub boşana bilər. Əkizlər bürcü kişisi şən, danışanda, nəzakətli cana yaxın bir insan olduğu üçün çox bəyənilir. O tam mənası ilə axtarılan bir tipdir.

ƏKİZLƏR QADINI
Əkizlər bürcü qadını çox istiqamətli, son dərəcə diqqət çəkən cazibədar tiplərdir. Eynilə bu bürcün kişisi kimi onları da anlamaq asan deyil. Belə bir qadını sevirsinizsə mütləq əvvəl onu yaxşıca tanımalısınız. Zəka və hərəkət ulduzunun idarə etdiyi bu qadının başı heyrətamiz çalışır. Həm o bürcün kişisinə nisbətən daha müqavimətli, daha ehtiraslıdır. Müstəqilliyinə düşkün olduğu üçün də özünə bir iş və ya peşə seçir. Əkizlər bürcü qadını çox gənc yaşda aşiq olur. Daha doğrusu olduğuna inanır. Əgər gənc yaşda evlilik etsə bu evlilik qısa bir müddət sonra onun xəyal qırıqlığına uğramasına səbəb olur.

YÜKSƏLƏN BÜRCÜNÜZ ƏKİZLƏR
Əgər Astroloji xəritənizdə Əkizlər Bürcü yüksəlirsə o zaman olduqca intellektual, hər məsələ haqqında tez düşünən və zəkalı bir kəllə quruluşuna sahibsiniz deməkdir. Dəyişkən olan quruluşunuz sizə problem yarada bilər. Hər məsələni araşdırıb müzakirəyə açıq bir insan olub məruzəçi xüsusiyyətləriniz var. Özünüzü ətrafdakı insanların vəziyyət və şərtlərinə görə tənzimləmək üçün dəyişkən bir struktur göstərirsiniz. Bu üzdən səhv anlaşılırsınız çox vaxtlar. Fikirlərinizin hər kəs tərəfindən intellektual bir ölçüdə qiymətləndirilməsini daim istərdiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri