Şir bürcü qadını və kişisi

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 4 411
Səs ver:
(səs: 2)
Şir bürcü 23 İyul – 22 Avqust

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz:
Günəş (Ən üstün güc nümayəndəsi)
Qrupunuz: Atəş, müsbət
Bürcünün cinsiyyəti: Kişi
İstedadınız: Plan qurmaq
Keyfiyyətiniz: Səxavət
Əməliniz: Yüksəyə çatmaq
Məqsədiniz: Çox şeyə qovuşmaq
Mənfi cəhətiniz: Özünü bəyənmək
Uğurlu gününüz: Bazar
Uğurlu daşınız: Sarı sapfir, sarı brilyant
Uğurlu rənginiz: Tünd sarı, qızılı və səhləb
Uğurlu çiçəkləriniz: Qırmızı qızılgül və səhləb
Uğurlu qoxular: Müşk, portağal çiçəyi və gül
Uğurlu musiqiniz: Şən və oynaq parçalar
Ehtimal olunan xəstəliyiniz: Ürək və qan dövranı xəstəlikləri
Evlilik üçün uyğun olan bürc: Qoç və Oxatan
Müvəffəqiyyətli olacağınız peşələr: Ordu, həkimlik, kimyaçı, stomotoloq, gözəllik mütəxəssisi, quru hava, dənizlə bağlı işlər
Müsbət şir xüsusiyyətləri: Səxavətli, yaradıcı, həvəsli, irəli fikirli, özünü hər zaman göstərən.
Mənfi şir xüsusiyyətləri: Özünü bəyənən, mübahisə qəbul etməyən, modabaz, sabit fikir, gücə düşkün, mühafizəkar.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Bu bürcün insanları adətən avtoritar bir quruluşa malikdir. Daim etdikləri ilə öyünərlər. Cəmiyyətdə diqqət mərkəzində olmaq və tanınmaq istəyirlər. Daim insanlıq üçün sanki özlərini fəda edən bir quruluşa sahibdirlər. Bu üzdən çox fədakarlıqlara dözüb ətrafındakı insanlara yardım əlini uzadırlar. Şir bürcünün maqnetik sahəsi çox güclü olduğu üçün bu bürcə rast gələn insanlar onun ətrafından asan ayrılmırlar. Şir bürcünün digər adı da “Kral bürcü”dür. Krallar həmişə öndən gedər. Aya ilk ayaq basan insan da Şir bürcündə doğan Neill Armstronq olmasına təəccüblənməmək lazımdır. Güclü bir istəyə malikdir. Özündən əmin və qərarlı bir şəkildə hərəkətə keçərlər. Ancaq qərar verir və seçim etməkdə çox tələsik davranırlar. Onu məntiqindən çox hissləri istiqamətləndirir. Çox parlaq bir şəxsiyyətə malikdir. Öz dəyirmanını çevirmək üçün quyudan su daşıyır kimi danışır və susduğu zaman isə bu daha çox mistik, sirli bir hava yaratmaq yəni qarşısındakına təsir etmək üçündür. Bəzən riskə girməmək üçün susur.

ŞİR BÜRCÜ KİŞİLƏRİ
Şir bürcündə doğulan kişilər qüruruna bağlıdırlar. Onu tərifləsiniz, etdiklərinin nə qədər məqsədəuyğun olduğunu təkrar etməyiniz onun çox xoşuna gələcəkdir. Özünü çox üstün görən bu kişi, bunu ətrafından da eşitmək istəyir. Şir bürcü kişisi asan hirslənir. Bu bürcün kişisinin hirsi yandırıcıdır. Amma çox da uzun müddətli deyil. Şir bürcündə doğulan kişidə bir çox üstün cəhət var. Eyni zamanda aşiq olan bu bürcün kişiləri qadınları asan tərk etməzlər.

ŞİR BÜRCÜ QADINI
Şir bürcü qadını yalandan nifrət edər. O, çox mərd olduğu üçün qarşısındakından da eyni şeyi gözləyər. Şir bürcü qadını çox zaman rol oynayar və onun yalançı bir tip olduğunu zənn etməyin. O həyatı bir teatr kimi qəbul edir. Xüsusilə şən olduğu zaman ən xırda hadisəni belə tamamilə başqa şəkildə izah edir, sizi sanki sehrləyir. Belə bir qadınla dost olmaq çox keflidir. Çünki günləriniz, zövqlü, şən və rəngli keçər. Ancaq bu qadın asan dost olmaz. İnsanlara tez güvənməz. Sahib olduğu dostlarına qarşı isə son dərəcə sadiqdir və onlar üçün hər cür fədakarlığa qatlanır.

YÜKSƏLƏN BÜRCÜNÜZ ŞİR
Əgər Astroloji xəritənizdə Şir Bürcü yüksəlirsə o zaman son dərəcə avtoritar bir quruluşa sahibsiniz deməkdir. Bir günəş kimi parlayıb ətrafınıza nikbin enerji saçırsınız. Cəsur və fədakar bir quruluşda olub digər insanların diqqətini çəkmək istəyirsiniz. Bu səbəbdən cəmiyyətdə asan tanınmaq üçün hər şeyi etməyə hazırsınız. Belə işlərdə işləmək sizin üçün həqiqətən lazımdır. Özünüzə inamınız və xarizmanız hər zaman sizi həyatda müvəffəq edəcəkdir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri