Qız bürcü qadını və kişisi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 6 981
Səs ver:
(səs: 2)
Qız bürcü 23 Avqust – 22 Sentyabr

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Qrupunuz:
Torpaq, mənfi
Bürcünün cinsiyyəti: Dişi
İstedadınız: İntizamlı və metodlu bir həyat
Keyfiyyətiniz: Diqqətli və hər şey ilə bağlı olmaq
Əməliniz: Cəmiyyət içində bəyənilmək
Məqsədiniz: Müvəffəqiyyət yolunda daim yüksəlmək
Mənfi cəhətiniz: Utancaqlıq və qorxaqlıq
Uğurlu gününüz: Çərşənbə
Uğurlu daşınız: Tünd mavi sapfir və xrizolit
Uğurlu rənginiz: Açıq sarı, açıq mavi və kobalt mavi
Uğurlu çiçəkləriniz: Azaliya, sarı bənövşə, spirtli qarışıq çiçəyi
Uğurlu qoxular: Yasəmən, limon və pelarqoniya
Uğurlu musiqiniz: Qədim, romantik mahnılar
Müsbət cəhətləriniz: Vasvası, araşdıran, diqqətli, tərtibli.
Mənfi cəhətləriniz: Tələsgən, təşvişli, həddindən artıq tənqid edən, adətlərə həddən artıq bağlı.
Ehtimal olunan xəstəliyiniz: Qarın bölgəsi xəstəlikləri, qaraciyər, mədəaltı vəzi, bağırsaq, appendisit, ayaq və sinir xəstəlikləri.
Evlilik üçün uyğun olan bürc: Buğa və Oğlaq
Müvəffəqiyyətli olacağınız peşələr: Müxtəlif elm sahələri, xüsusilə əczaçılıq və texniki sahələr, ədəbiyyatçı, yazıçı, jurnalist, naşir, ticarətçi, mətbəə, katib, tədqiqatçı, mühasib.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Öz potensiallarının ən yüksək səviyyəsinə çıxmaq məqsədidir. Hansı zirvəyə çatarsa çatsın hədəfi daha yuxarıdır. Saflıq, söhbətcil, məna ehtiva etmək, çətin işlər və çatılması çətin hədəflər Qız bürcünün işidir. Qız bürcünün əsas mənbəyi şəxsi dəyişikliyə (transformasiyaya) duyduğu aclıq və mükəmməllik duyğusudur. Həqiqətlərlə bağlı vicdanlı bir dürüstlüyü var. Mükəmməl ilə həqiqət arasındakı gərginlik Qız bürcünün böyüməsini sürətləndirir, istiqamətləndirir və onu dəyişməyə təhrik edir. Heç vaxt halından məmnun, biganə deyil. Fəaliyyətində tənbəllik yer almaz. Şəxsi əhəmiyyətini şişirtməyə qarşı özünü sığortalamış olması onu təvazökar adam edər. Strategiyası xidmətdir. Qayğı, diqqət və səbr tələb edən işlər, məsuliyyət hissi, insanlara xidmət Qız bürcünə çox təbii gəlir. Öyrənməsi lazım olan; Özünü bağışlamaqdır. Özünü mühakimə qabiliyyəti əksinə özünü olduğu kimi qəbul etməlidir. Daxili bir nöqsanını fədakar davranaraq saxlama hissindən xilas olmalıdır. Detallarda itmədən bütünü görə bilməsi üçün lazımlı ilə lazımsızı öyrənməsi şərtdir.

QIZ BÜRCÜ KİŞİLƏRİ
Qız bürcündə doğulan oğlan; Varlı da olsa, daim çalışsa da yenə pul istəyir. Onun sərvətə hörməti böyükdür. Dolayısıyla, zəngin və imkanlı qadınlar onun diqqətini çəkir. Bu kişi sevgidən qorxar. Bu məsələdə məğlub olmadığı bir utancaqlığı var. Onunla evlənmək istəyirsinizsə əvvəl dost olmalısınız.

QIZ BÜRCÜ QADINI
Qız bürcü qadınının həyatında, gözəlliyin və hisslərin yeri böyükdür. Hər şeydən əvvəl Qız bürcü qadını evinə çox düşkündür. Evi çəkib çevirməkdən zövq duyur. Ağıllı və məntiqli olduğu üçün bunda heç bir çətinlik çəkməz. Evi hər zaman səliqəli və zövqlüdür. Dostluğa və yoldaşlığa çox əhəmiyyət verir. Ətrafı daim insanlarla doludur. Çünki çıxışı və ağıllı sözləri sayəsində insanları özünə birləşdirməyi bilir. Zaman içində tənqidçi olmasına baxmayaraq hər kəsi olduğu kimi qəbul edir.

YÜKSƏLƏN BÜRCÜNÜZ QIZ
Əgər astroloji xəritənizdə Qız Bürcü yüksəlirsə o zaman dərhal hər məsələyə analitik bir şəkildə baxırsınız deməkdir. Detallara hədsiz dərəcə diqqət göstərməyiniz sizə içində olduğunuz məsələnin əsasını dərk etdirməyə yetir. Həm öz haqqınızda həm də ətraf haqqında kritik düşünüb başladığınız hər bir işdə mükəmməllik axtarırsınız. Buna görə özünüzə olan inamınızın artması üçün ətrafınızda hər şey nizamlı bir şəkildə olmalıdır. Bundan başqa, hər etmək istədiyiniz işdə ilk əvvəl o iş ilə bağlı olan həqiqətləri araşdırırsınız.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri