Tərəzi bürcü qadını və kişisi

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 957
Səs ver:
(səs: 1)
Tərəzi bürcü 23 Sentyabr – 23 Oktyabr

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz:
Venera (Gözəllik, məhəbbət və gözəl sənətləri təmsil edir)
Qrupunuz: Atəş, Mənfi
Bürcünün cinsiyyəti: Kişi
İstedadınız: Tarazlı və ölçülü olmaq
Keyfiyyətiniz: Hörmət və zəriflik
Əməliniz: Yetkin, səviyyəli dostluq qurmaq
Məqsədiniz: Zəngin olmaq, nizamlı bir həyat. Amma pula əhəmiyyət vermir. Ulduzu Venera (Sevgi) olduğundan bolluğa qovuşa bilir.
Mənfi cəhətiniz: Nümayişdən xoşlanmaq
Uğurlu gününüz: Cümə
Uğurlu daşınız: Opal
Uğurlu ulduzunuz: Səhər ulduzu (və ya digər adıyla Venera)
Uğurlu rənginiz: Açıq çəhrayı, açıq mavi, turkuaz və tutqun rənglər
Uğurlu çiçəkləriniz: Çəhrayı krizantem, çəhrayı gül
Uğurlu qoxular: Qardeniya, jasmin və səhləb
Uğurlu musiqiniz: Romantik əsərlər
Ehtimal olunan xəstəliyiniz: Böyrək, çoxalma orqanları, baş və xüsusiyyətlər göz xəstəlikləri, bel ağrısı
Evlilik üçün uyğun olan bürc: Əkizlər və Dolça
Müvəffəqiyyətli olacağınız peşələr: Musiqiçi, rəssam, heykəltəraş, şair, əl sənətləri, memar, gülçü, parfümer, dərzi, bankir, siyasətçi, hüquqşünas, din işləri və mühəndislik.
Müsbət cəhətlər: Tamamilə tərəfsiz, balanslı bir beynə sahib. İncə zövqlü. Artist təbiətli. İzdivacda və tərəfdaşlıqda qüsursuz. Toplu yaşamağı sevən. Gözəl və kübar. Başqalarının qabiliyyətlərinə ilham mənbəyi olan.
Mənfi cəhətlər: Qərar almaqda bacarıqsız. Başqalarını idarə etmə meylində olmaq. Tamamilə başqalarına asılı olmaq.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Hər bir sağlam Tərəzi davranışının altında, bilinçli və ya bilinçsiz olaraq sakitləşmək məqsədi yatır. Gərginliyi atmaq, orta yol tapmaq, əsəbləri sakitləşdirmək üçün Tərəzi addım-addım hədəfə doğru hərəkətə keçir. Tərəzinin mənbəyi paradoks və dilemmaya qarşı yüksək tolerantlıqdır. Bütün bunların bir-birini tamamlayan yarımlardan ibarət olduğunun şüurunda olmasıdır. Tərəzi hər məsələnin iki tərəfini də görür. Əks fəlsəfələr, ziddiyyətli variantlar – hamısını qəbul edir. Orta yol axtarır və orada dayanır. Münasibətlər bu bürcün özünü inkişaf etdirdiyi sahələrdir. Bu sahədəki strategiyası lütfkarlıqdır. Mənbələrinin və strategiyalarının dəyişdirilməsi ilə Tərəzinin kölgə tərəfi ortaya çıxır. Ağıl sonsuzdur. Ancaq həyat daha dar əhatəlidir. Tərəzi, gündəlik həyatda yol ayrıcına gəldiyində seçim etmək məcburiyyətində qalır. Dilemmaya olan dözümlülüyü tərəddüdə çevrilə bilər. Tərəzi münasibətdə saxta, şirinlik, səbr və təbəssüm maskası altında öz fərdiliyi ilə xoşbəxt bir harmoniya görüntüsü yarada bilər. Öz ehtiyaclarının izini itirəcək qədər bir başqasının dünyagörüşünü anlayıb qəbul edə bilir.

TƏRƏZİ KİŞİ
Tərəzi bürcü kişisi zövqlü, gözəlliklərə düşgün, hisslərə dəyər verən, dürüst, balanslı, yaxşı niyyətli, xeyirxah, ədalətli xoş bir tipdir. Bu bürcün kişisi, dürüstdür. Verdiyi sözü tutmağa xüsusilə diqqət edər. Qarşısındakından da eyni davranışı gözləyir. Bu yumşaq səsli, sakit davranışlı kişinin hiss istiqaməti çox qüvvətlidir. Daim şirin sözlərə ehtiyacı var. Balanslı, ağıllı və məntiqlidir. Yaxşı bir təhsili olmasa da gözəl çıxış edə bilir. Ən bəyənilən kişi Tərəzi bürcündə doğulur. Hissli, gözəlliyə düşkün, sevgiyə önəm verən tip, qadın ruhundan çox yaxşı anlayır.

TƏRƏZİ QADINI
Çox cazibəli, xoş və gözəldir. Xüsusilə məhəbbət məsələsində başqa bürcdən olan qadınlar bu bürcün qadını ilə asan baş edə bilməz. Bu ahəngdar, rahat, gözəlliklər və məhəbbətlə dolu həyat istəyən qadın özü də çox istiqamətlidir. Tərəzi bürcü qadını öz cazibədarlığının fərqindədir. Bununla nələr edə biləcəyini də yaxşı bilir. Ətrafına heyranlıq doğuran bir tipdir və bundan zövq alır.

YÜKSƏLƏNƏN BÜRCÜNÜZ TƏRƏZİ
Əgər astroloji xəritənizdə Tərəzi Bürcü yüksəlirsə o zaman gülərüz və xoş bir insan olub digər insanlar tərəfindən sevilmək və bəyənilmək istəyən bir insan olarsınız. İnsanlarla olan münasibətlərinizdə, onlar arasındakı fərqləri çox asanlıqla anlaya və buna görə insanları asanlıqla tanıya bilərsiniz. Hər bir insanın bərabər olaraq münasibət görməsi tərəfdarısınız. Sizə, həyatınızda ahəng çox əhəmiyyətlidir. İnsanlar ilə yaxından məşğul olan bir quruluşa sahibsiniz. Bədii cəhətdən olduqca qabiliyyətli bir insansınız. Gərək musiqi və lazım gəlsə hər cür sənətlər məsələlərdə bir çox ideyanız mövcud olub bu məsələlərdə insanlara sanki güzgü ola bilirsiniz.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 957
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
vipbetul
bu burcden olanlarcin maraqli olar
10 iyun 2019 17:32
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Aykam2001
Musiqiçi, rəssam, heykəltəraş marağım var belə şeylər bunların ötəsində doğru olan yerlərdə var idi təşəkkürlər
9 iyun 2019 20:57
4
• Qadınlar sözləriylə deyil, gözləriylə danışar əslində. Buna görə onları anlamaq üçün dinləmək yetməz, izləmək gərək yalnız.
Offline
fiyonik
Heqiqeten cox qerarsiz olur. Biz tereziler. Amma axirda en yaxsisini secirik. Tesekkurler melumat ucun.
9 iyun 2019 17:30
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Online
diablo
Tərəzi bürcü mükəmməl xarakterə sahibdir özümə görə demirəm02təşəkkürlər123
9 iyun 2019 17:29
2
Perfect
Offline
BARBI
Terezi burcu ile cox yaxsi anlasiram.
9 iyun 2019 16:33
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri