Oğlaq bürcü qadını və kişisi

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1080
Səs ver:
(səs: 0)
Oğlaq bürcü (22 Dekabr – 20 Yanvar)

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ

Ulduzunuz:
Saturn (İntizam və nizamlılıq)
Qrupunuz: Torpaq, mənfi
Bürcünün cinsiyyəti: Dişi
Bürcünün növü: Qabaqcıl
İstedadınız: Qərar və müqavimət
Əməliniz: Yüksəlmək
Məqsədiniz: Ali səviyyəyə çatıb başda qalmaq
Mənfi cəhətiniz: Artıq maraq
Uğurlu gününüz: Şənbə
Uğurlu daşınız: Lal daşı
Uğurlu rənginiz: Boz, tünd qəhvəyi, nefti
Uğurlu çiçəkləriniz: Qara gül, məxmər çiçəyi, kamelya
Uğurlu qoxular: Kamelya, şüşə, nərgiz
Uğurlu musiqiniz: Xalq Musiqisi
Ehtimal olunan xəstəliyiniz: Diz, dəri, üz və həzm sistemi xəstəlikləri
Evlilik üçün uyğun olan xanım bürcü: Buğa və Sünbül
Müvəffəqiyyətli olacağınız peşələr: Metal sənəti, əkinçilik, memarlıq, planlama, meşəçilik, ordu, həkimlik, kimyagərlik, stomatologiya, bərbərlik, gözəllik ixtisası, dövlət məmuru, zərgərlik
Müsbət cəhətləri: Təmkinli və fədakar. Etibarlı və dürüst. Nizam qurucu, rəhbər, işgüzar. Dərin anlayış gücünə malik, digər insanların ehtiyaclarını anında öncədən görmə bacarığı.
Mənfi cəhətləri: Xəsis və tələb edici. Laqeyd və sıx ağızlı. Avtoritar. Doymaq bilmir və ehtiraslıdır. Sadəcə mövqe və prestijə qiymət verici.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Oğlaq cəmiyyət içindəki yerini əmələ gətirmək üçün məğlubiyyətlər, qeyri-müəyyənliklər, kiçik qazanclarla keçən uzun zamanlar və maneələrlə qarşılaşır. Təzyiqlərə dözmək üçün iki mənbəyə malikdir: Səbr və intizam. Digər bürclərin əksinə, o gözləyə bilir. Qərarını verdikdən sonra təzyiqlərə məhəl qoymadan yoluna davam edər. Hədəfə çatmaq üçün hisslərin nəzarət edilməsi və istiqamətləndirilməsi lazımdır. Təhlükəli olan bunların hamısının öhdəsindən gəlməkdir. Oğlağı digər mənbəyi, instinktiv pratiklikdir. Xəyalların həyatındakı yeri, o xəyalların həyata keçməsi ehtimalına bağlıdır. Ən yüksək mənada zirvəyə qalxmaq istəyir. Özünə hörməti var və kim olduğunu bilir. Strategiyası, erkən inkişaf dövrlərində təkbaşına vaxt keçirməkdir. Sonra cəmiyyətin var etdiyi dünyaya girir. Tək hədəfi var. Özünə təbii gələni etmək. Aldığı ictimai rolda öz mənliyini ifadə edə bilir. Tərifə və biganəliyə fikir vermədən məqsədində irəli gedə bilir.

OĞLAQ BÜRCÜ KİŞİLƏRİ
Bu bürcdən olan kişi, hər şeydən əvvəl ehtiraslıdır. Çox gənc yaşdan etibarən yüksəlməyi, uğura nail olmağı xəyal edər. Hər arzusuna qovuşacaq qədər ağıllı, güclü, çalışqan, səbarli və diqqətlidir. Onun üçün pulun böyük əhəmiyyəti vardır. Bəyəndiyi, sevdiyi insana hər şeyi verə bilər, amma israfçılıqdan heç xoşlanmaz. Oğlaq bürcü kişisinə zidd bürcü olan Xərçəngdən aldığı təsirlə zaman içərisində bədbin olub və həyata küsərlər kimi ola bilirlər. Bunun səbəbini adətən özü belə bilmir. Həmçinin Oğlaq kişi tez qırılır. Bu bürcdə doğulan oğlan yaxşı pul qazanır. Bu gün imkanlı olmasa belə, sabah sərvət qazana bilər. Pula hörməti var.

OĞLAQ BÜRCÜ QADINI
Oğlaq bürcündə doğulan qadınlar cəmiyyətdə çox bəyənilən, zərif, xoş, nəzakətli maraq çəkən tiplərdir. Eyni zamanda zəkalıdırlar. Diqqətli hərəkət etməyi sevir və hamıya asan güvənməzlər. Ehtiyatlı və şübhəçidilər. Hörmətsizlikdən, cəhalətdən nifrət edirlər. Ətrafındakı kişilərlə məşğul olur və onlarla möhkəm dostluqlar qururlar. İdeal iş qadınıdırlar. Seçdikləri işdə tez müvəffəqiyyət qazanırlar. Çox fəal, çalışqan və ehtiraslıdır. Cəmiyyətdə çox bəyənilirlər, çünki yaraşacaq şəkildə geyinməyi, makiyaj etməsini bilir və daim zövqlü şeyləri seçirlər.

YÜKSƏLƏN BÜRCÜNÜZ OĞLAQ
Əgər Astroloji xəritənizdə Oğlaq Bürcünüz yüksəlirsə o zaman ciddi və çox diqqətli bir nəfərsiniz deməkdir. Gördüyünüz hər işdə son dərəcə sabit qərarlar alıb işə elə başlayarsınız. Yəni hər gördüyünüz iş sistemli və mütəşəkkil olmalıdır. Həmçinin həyatınızda daim təhlükə içində yaşamaq istərdiniz. Əgər digər insanlar üzərində hakimiyyət sahibi olmaq istəyirsinizsə, ilk növbədə özünüz başqalarına necə xidmət və yardım göstərə biləcəyiniz barədə düşünməniz lazımdır. Sizcə, bu davranış tərzi digər insanların hörmət və sevgilərini əldə etmək üçün lazım olan tək yoldurmu? Məsuliyyət hissiniz son dərəcə inkişaf etmiş olduğu üçün ciddi bir mövqe nümayiş etdirirsiniz ətrafınıza qarşı. Zaman gedib yaşlandıqca daha da formalaşacaqsınız. Peşəkar bir uğur əldə etməyiniz mümkündür amma bir az zaman alacaq.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1080
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
fira_03
Tamamile dogrudur xususilede oglaq-qadin

Oglaq burcu haqqinda daha cox melumat gelsin
17 iyun 2019 21:45
5
Offline
vipbetul
bu burcun numayenedeleri oxusun
17 iyun 2019 11:26
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Menim yaxinim var bu burcden.Yazilannar hamisi dogrudur
15 iyun 2019 22:32
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Maraqlı oldu oxumaq Nezişim sən tərifə layiqsən
15 iyun 2019 22:32
2
Perfect
Offline
Love Angel
Ayh. Benim burcum. 128 Nece gundur bu xeberi gozleyirdim:/ Sonunda... Yazilanlar cumlebe-cumle dogrudur. Iwimde fealamdir. Caliwqanam. Meqsedime catmamiw, o iwi buraxmaram, ne olursa, olsun, arxasiyca gederem. Oglaqlar tərifə və biganəliyə fikir vermədən məqsədində irəli gedə bilir. Eynen men. Bu qeder dogru yazilacagini guman etmezdim. 08 Yazacaq cox wey var, amma terif kimi cixacaq. 09
Tewekkurler...
15 iyun 2019 15:15
1
'- Kitab ol, hamıya açılma,
Qoy ancaq səni anlayanlar oxusun....!'

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri