Bürcə görə ən ideal Kişi

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 4 842
Səs ver:
(səs: 1)
Fəth etmək istədiyiniz biri varmı? Ya münasibətlərinizin daha uzunömürlü olmasını istəyirsiniz? Onda bu yazı və məsləhətlər sizin üçündür.

12 – BALIQLAR
Belə partnyorlar ilə ehtiyatı əldən vermək olmaz. Onun praktiki zehni vardır. Amma münasibətlərə gələndə o özünü elə göstərir ki, guya heç nə anlamır. Ya da dəvəquşu kimi başını qumda gizlədir. Ələ keçməz kişi – Balıqlar, özləri də bilmədən məhz bu keyfiyyətlərinə görə qadınları cəzb edir. Əgər belə biri diqqətinizi çəkibsə, ona qarşı marağınızı çox açıq şəkildə büruzə etməli olacaqsınız. Amma təzyiq və provokasiya olmadan – yoxsa bu kişi sadəcə balıq kimi sürüşüb əlinizdən çıxacaq, çünki onlar istənilən gərgin situasiyada belə edir.

11 – ƏKİZLƏR
Bir çox kişi – Əkizlərin qayğıkeş “anaya” ehtiyacı var: çünki uşaqlıqdan çox güman ki onların yanında belə bir qadın olub. Daima sevimli oğluna görə narahat olan və onun sağlamlığını, rifahını düşünən ana. Siz belə bir rolu öz üzərinə götürməyə hazırsınız? Əgər cavabınızın “hə”dirsə, onda sizə çoxlu səbr, ruhsal güc, daima öz seviyinizə ürək-dirək vermək, ona arxa-dayaq olmaq üçün səfərbərlik lazım olacaq. Münasibətlərə gəldikdə onlar özünü qayğıya ehtiyac pişik kimi aparır: Əkiz kişilər isti ev ocağına bağlı olur. Amma onlar şəxsi azadlıqlarından da imtina etmir və “tək başına gəzməyi” daha çox sevirlər.

10 – DOLÇA
Bu bürcün ünsürü – Havadır, ona görə də Dolça–kişilərhava kimi əsnəkdir, onlar vədlər və ümumiyyətlə bağlılıqdan qaçmağa çalışır. Ailə öhdəlikləri onu yorur, o heç kəsə aid olmağı arzu etmir. Onun diqqətini qazanmaq üçün onu necəsə təəccübləndirmək, heyran etmək, gözlənilməz yaxalamaq lazımdır. Əgər münasibətiniz artıq başlayıbsa, onu daima şənləndirməyə, qayğısını çəkməyə hazır olun, eyni zamanda siz özünüzü təmin edən, müstəqil görünən biri olmalısınız. Bir sözlə, siz tez –tez ağıllı rəfiqə, sevgili və müdrik məsləhətçi rolunu dəyişməyə hazır olmalısınız. Hazırsınız? Onda irəli. Darıxdırıcı olmayacaq.

9 – BUĞA
Əgər kişi –Buğalar desert olsaydı, onda sizin qismətinizə şokoladlı muss çıxmış olardı. Onların cazibəsi insanın ağlını başdan alacaq qədər güclüdür, onlar qadını yaxşı hiss edər və onlar ilə rəftar etməyi bacarar. Bir sözlə onların qəhrəman-sevgili (məşuq) roluna ideal namizəd ola bilər, sadəcə münasibətləri rəsmiləşdirməyə gələndə buğalar tərəddüd edər. Amma əgər artıq münasibətə başlamısınızsa, yəni cütlük yaranıbsa, onda olan sahiblənən xüsusiyyətlərini göstərir: qəlblərinin dərinliyində Buğalar tərk edilməkdən paradoksal dərəcədə qorxar . Həmçinin nəzərə almaq lazımdır ki Buğa kişilər öz vərdişlərini dəyişməyi səveməz, ona görə də siz maksimum uyum göstərməyə hazır olun və səbrinizi itirməyin.

8 – QIZ
Qəlbən romantik olan Qız bürcünün oğlanları xanımların nazını çəkməyi bacarır, qaydalara uyğun adaxlıbazlıq edir. Qız bürcünün kişilərinə ağıllı, praqmatik xarakterli xoşagəlimli qadın lazımdır – təxminən elə onun özü kimi. O möhkəm ailə ocağı qurmağa çalışır, onun dünyasında hər şey güvənli, rasional, düşünülmüş və komfortlu olmalıdır. Əgər siz belə bir kişi ilə münasibətə başlamaq istəyirsinizsə, ən başlıcası ondan məhz nəyi istədiyinizi dəqiq başa düşməkdir. Əgər siz stabillik axtarışınızsa, darıxmaqdan qorxmursunuzs və onun arada bir az yorucu ola biləcəyini gözə alırsınızsa, onda şübhə etməyin. İrəli! Əgər Qız bürcündən olan kisi evlənərsə, çox güman ki, bu bir dəfə və ömürlük olur.

7 – QOÇ
İlk baxışda sevgi cəsur Qoç-Kişilərin həyati vacib prioritetlər siyahısında deyil: Onlar asan-asan, bir əl sallamaqla ələ keçməz, ayaqlarınıza düşməz. Qadına aşiq olmaq üçün Qoçlar –ona pərəstiş etməli, heyranlıq duymalıdır – xanım onun gözündə toxunulmaz bir şahzadə kimi görünməlidir. Bir sözlə – əgər siz belə bir oğlanı ələ keçirmək istəyirsinizsə ən vacibi odur ki, onun bundan xəbəri olmasın, yəni heç şübhələnməsin. Oyunun məğzi odur ki, Kişi-Qoçları məhz əldə edilməsi müşkül, əlçatmaz olan şeylər coşdurur, onda o dünyanın bütün xəzinəsindən keçər ki sizi fəth etsin.

6 – OXATAN

Əgər Oxatan kişi kino personajı olsaydı onda çox güman o Tarzan – cəngəlliklər qəhrəmanı olardı, amma heç bir halda o hislərlə dolu romanların qəhrəmanı olmazdı. Onun əsas ləyaqəti – dürüst və birbaşa olmasıdır, bəzən bunda hədləri aşır. Ola bilsin ki, o qadınları o qədər də incəliklə hiss etmir, amma onlara qarşı sonsuz hörmətlə yanaşır. Belə bir kişinin xoşuna gəlmək üçün heç nəyi qəlizləşdirməyə dəyməz – gözəl və açıq təbəssüm və möhtəşəm kirpik çırpınışı bəs edər. Belə insanlar haqda deyirlər: “Sadə, yaxşı oğlan!” . Əgər uzunmüddəti münasibətə daxil olmaq istəsəniz onun sədaqətində, səxavətində və səbrində şübhəniz olmasın.

5 – XƏRÇƏNG
Xərçəng- Kişilər heç nəyi nümayişkaranə etməyi xoşlamır, o cümlədən özünün donjuan nailiyyətlərini gizlədir: əgər onun bir qızdan xoşu gəlirsə, ona gizli şəkildə, incəliklə heç kəsin baxışlarını üzərinə çəkmədən diqqət göstərəcək, bəzən onun hərəkətləri o qədər müəmmalı olur ki, heç qız özü də onu hisslərini hiss etmir. Qeyd etmək lazımdır ki, Xərçənglər – ən sadiq bürclərdir (istər qadın, istər kişi xərçəng). Onun heç ağlına gəlməz ki sevdiyi xanımla olan münasibətlərini hər hansı bir ötəri əyləncə xətrinə risk altına salsın. Bu həmçinin o deməkdir ki, onlar heç bir xəyanəti bağışlamır, yəni qeyri –sadiq davranışa səbr etmir. Gərək partnyor bunu nəzərə alsın. Belə kişilər sizin həddindən artıq müstəqil xarakterinizi də çox sevməz – əgər bu keyfiyyət sizin üçün vacibdirsə, onda kompromisslər axtarmalı olacaqsınız. Amma əgər Xərçəng kişilər aşiqdirsə, onlar sözün əsl mənasında öz sevdiyini göylərə yüksəldər, günün 24 saatı onun qayğısını çəkməkdən usanmaz və sizinlə heyranlıq duyar.

4 – ŞİR
Reytinqin dördüncüsü olmaq – heç də pis nəticə deyil. Amma əmin olun ki, bu nəticə Şirləri qəti qane etməz. Çünki onların əsas çatışmaz tərəfi – qürur və özünə-vurğunluqdur. Bəzi ekstremal hallarda bu hisslər elə böyüyür ki, özünü əzəmətli hiss etmək maniyasına çevrilir. Əvəzində onlar çox güclü cazibəyə sahib, cəsur, yaradıcı- təkrar olunmaz kişilərdir, əgər onu “əhəlləşdirə” biləsiniz təbii ki. Şirlərin gözəl zövqü var, onlar dəbdəbənin nə olduğunu əla bilir, bununla yanaşı comərd və səxavətli olurlar. Onlar tam səmimiyyətlə öz yarlarına həzz yaşatmağa – sevindirməyə çalışacaq, amma bəzən bunu çox yöndəmsiz şəkildə edirlər. Əgər siz Şir bürcündən olan kişinin yoldaşı olmaq istəyirsinizsə -onda onların qeyri-adi hərəkətlərinə ehtiyatla yanaşmalı, həmçinin onların fikirlərini oxumağı öyrənməlisiniz: onlar daxillərində nə baş verdiyini danışmağı bacarmır.

3 – OĞLAQ
Ciddi və əzmkar (bəzən həddindən artıq çalışqan) Oğlaq –Kişilər qadınlarda çox vaxt özlərinə tam zidd bir xarakter axtarır – işıqsaçan, yumşaq xarakterli həssas qadın, yaşadığı hər günə sevinən və həyatdan zövq almağı bacaran birini. Bu portretdə özünüzü görə bilirsiniz və ya çoxdandır belə bir həyat sürməyi arzu edirsiniz? Güvənilən Oğlaq –Kişilərin yanında özünüzü qayğısız və əlvan kəpənək kimi hiss edə bilərsiniz. Onun özünəgüvənmə hissi – əgər özünüzü onunla rahat hiss edərsinizsə daha da artacaq və o özü də bundan çox məmnun qalacaq.

2 – ƏQRƏB

Qadınla münasibətlər – Əqrəb kişilərin həyatında çox vacib yer tutur – baxmayaraq ki, onlar hər vəchlə bunu göstərməməyə çalışır. Səbəb odur ki, güclü hisslər onlar həssas (zərbəyə məruz qala bilən) edir. Əgər onlar aşiqdirsə, söhbət əsl hisslərdən, dərin bağlılıqdan gedir ki, bu da onun üçün istənilən maddi şəraitdən və hesabdan daha vacibdir, bu halda siz onsuz hətta bir addım atsanız belə bu ona əzab verəcək. o sizin bir cütlük olaraq maraqlarınızı hər şeydən üstün tutacaq. Belə ehtiras sahibi olan kişini bizim reytinqin birinci də edə bilərdik, belə ki onlar ən ideal sevgili- məşuq roluna iddialı namizdələrdir, sadəcə bəzən həddindən çox tələbkar və kəskin olurlar.

1 – TƏRƏZİ
Ağıllı, zərif, zövqü yüksək, yumor hissi olan və diplomatik xarakterli: Ulduzlara əsasən ən yaxşı sevgililər reytinqinin zirvəsində Tərəzi kişilər dayanır (xatırladaq ki, qadınlarda bu birincilik Xərçənglərə məxsusdur). Məhəbbət onun kainatının tam mərkəzində yer alır, o özü isə gözəlliyə qarşı çox həssasdır, fərq etməz bu gözəllik özünü hansı formada təzahür etdirir. Nikah öhdəlikləri onu sıxmır – əksinə ailə, Tərəzi kişilər üçün ən vacib həyati dəyərlərdən biridir. Bununla bərabər siz Tərəzilər ilə darıxmazsınız, onlar həyatdan ən yaxşı şeyləri götürür və hər bir sahədə həzz almağı bacarır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 842
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri