5 ən mehriban bürc

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 5 341
Səs ver:
(səs: 1)
Bəli, siz çox məsuliyyətli ola bilərsiniz. Siz ətrafdakılardan bu barədə nəsə eşitmisinizmi? Əlbəttə ki, yaxşı insan olmaq əladır, lakin bu müəyyən problemlərlə sizi hər zaman əhatə edəcək. Sizin həddindən artıq yaxşı olmağınız digər insanlar tərəfindən istifadə olunmağınıza imkan verir, bu da özünə dəyər və inamın azalmasına səbəb ola bilər. Bu keyfiyyətlərə malik bürc nümayəndələri barədə nə düşünürsünüz? Gəlin yoxlayaq.

1. Xərçəng
Sizə ehtiyac olanda hər zaman həmin insanın yanındasınız, bu da o deməkdir ki, sizə tez-tez pulsuz psixoloq və heç vaxt imtina etməyən köməkçi kimi müraciət edirlər. Adətən siz öz problemlərinizi sərbəst həll etməyə çalışırsınız, lakin başqaları bütün problemlərini, kədər, darıxması və emosiyalarını sizə yönləndirir. İş burasındadır ki, siz ətrafdakılar üçün təsəlli yeri olmağı xoşlayırsınız, lakin elə vaxtlar olur ki, siz başqasının problemini öz üzərinizə götürməyi bacarmırsınız. Öz emosional rifahımızın qayğısına qalın və hər kəs üçün yaxşı olmağı dayandırın.

2. Qız
Siz çox vaxt bütün xahişlərə “hə” deyirsiniz və kömək üçün tələsirsiniz, lakin qəlbinizdə imtina edə bilməməyinizə görə özünüzə nifrət edirsiniz. Siz həddindən artıq yaxşı və mehriban olmaq istəmirsiniz, lakin bu xasiyyət artıq xarakterinizdə kök salıb və siz bundan qurtula bilmirsiniz. Siz istəmədiyiniz işi etməyə razı olursunuz, sonra son nəticədə özünüzü əzik və dəyərsiz hiss edirsiniz. Əslində isə siz düşündüyünüzdən daha məşhur və hörmətlisiniz və siz başqalarının xoşuna gəlmək üçün dəridən qabıqdan çıxmalı deyilsiniz.

3. Tərəzi
Sizin qərar qəbul etməyinizdə (söhbət başqa insanlardan gedərsə) yaranan çətinliyin səbəblərindən biri ondan ibarətdir ki, sizin seçiminizdən heç kimin əziyyət çəkməsini istəmirsiniz. Siz həmişə mehriban, qayğıkeş və xoş olmağa çalışırsınız və buna görə də qərarın qəbulunu başqa insana həvalə edirsiniz - restoran menyusundakı yemək seçiminə qədər. Sizin bu gərəksiz “şirinliyiniz” həmişə münaqişə və qarşıdurmaya dözümlü olmamağınızla izah olunur və hətta xırda fikir ayrılığı belə sizi özünüzdən çıxarır. Siz hər kəslə yola getmək və ətrafınızdakı hər kəsin xoşbəxt və razı olmalarını istəyirsiniz.

4. Oğlaq
Sizin müdirinizə sürətlə hər hansı işi görməyiniz lazım olsa siz bunu edəcəksiniz. Siz hər işi görürsünüz və rədd etməyi bacarmırsınız. Problem bundadır ki, siz həddindən artıq işləyirsiniz və çoxlu layihəni üzərinizə götürürsünüz, buna görə də heç kimi yarı yolda qoymaq istəmirsiniz. Siz əlavə növbə götürürsünüz, başqalarını ört-basdır edirsiniz və hətta onlar çatdırmadıqda onların işini görürsünüz. Bütün bunlardan başqa heç də xoş olmayan məsələləri də könüllü olaraq üzərinizə götürürsünüz. Siz üzərinizə bacardığınızdan daha çox yük götürürsünüz. Elə özünüz üçün qərarlı “yox” deməyi öyrənməyə başlayın.

5. Balıqlar
Siz bütün bürclərdən fərqli olaraq həddindən artıq mehriban və məsuliyyətli olmağa meyllisiniz. Siz hər kəsə əslı mənada etibar edirsiniz, sizi aldadanda isə bu insanlara ikinci şans verirsiniz. Ətrafdakılar sizin mehriban olmağınızdan istifadə etməyə meyllidir. Siz heç kimə etiraz etmirsiniz deyə onlar sizi etiraz edənə qədər yoxlayacaq. Siz çox səxavətlisiniz və köməyə ehtiyacı olmayana kömək etmək iqtidarında olmayanda bunu şəxsi uğursuzluğunuz kimi dəyərləndirirsiniz. Bu insanın dost, ailənin üzvü və ya yad insan olmasının fərqi yoxdur - siz mütləq onu xilas etmək və doğru yola çəkmək istəyəcəksiniz.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri