Bürclərin bu xüsusiyyətləri onları məhvə aparır

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 5 266
Səs ver:
(səs: 1)
Hər bir insan özü öz həyatının sahibidir, lakin şəxsi həyatda hər zaman xoşbəxt ola bilmirik. Burada ulduzların da təsiri var, zodiak nişanları fərqli xüsusiyyətlərə malik olduğu kimi yol verdiyi səhvləri də müxtəlifdir və həyatlarını fərqli şəkildə məhvə sürükləyirlər.

Qoç

Neqativ düşüncələrinizin həyatınızı məhv etməsinə icazə verirsiniz. Dikbaşlı xarakteriniz və tərs xasiyyətiniz sizə həmişə xeyli əziyyət verəcək. Bəzən siz neqativ dünyada yaşayırsınız, ətrafdakı insanlar isə onun bir hissəsi olmaq istəmir.

Buğa
Həyatınızı mükəmməl səviyyəyə çatdırmadan məhv edirsiniz. Bu bürcün nümayəndələri həyatda hamıya və hər şeyə nəzarət etmək zərurəti hiss edir. Və başa düşmürsünüz ki, siz başqa insanların həyatına və hadisələrə nəzarət edə bilməzsiniz. Bunu qəbul etməyi öyrənməlisiniz. Belə gözlənilməz vəziyyət sizi daim narahat edir.

Əkizlər
Bu bürclərin eyni həyat tərzinə üstünlük verməsi onlara bədbəxtlik gətirir. Siz məhəbbətə razılaşırsınız, çünki nə istədiyinizi bilmirsiniz, çünki dəyişikliklərdən qorxursunuz. Hətta sizi xoşbəxt etməyən karyera ilə də məşğul olmağa razılaşırsınız. Buna görə siz, bir qayda olaraq, insanlara əzab verirsiniz.

Xərçəng
Başqalarının ehtiyaclarını özünüzdən üstün tutmaqla həyatınızı məhv edirsiniz. Çox emosionalsınız və asanlıqla özünüzü itirirsiniz, insanlara qarşı necə yanaşmalı olduğunuzu bilmirsiniz. Axtardığınız insanı tapdığınızı düşünündə onu lazım olduğundan da çox yuxarı qaldırır, sevir və tərifləyirsiniz. Amma özünüzü itirməyin.

Şir
Elə bilirsiniz ki, emosiyaları açıq şəkildə göstərmək zəifliyin əlamətidir. Buna görə də daim rola girməyə məcbur olursunuz. Yeri gəlmişkən, biganə insan obrazını məharətlə canlandırırsınız. Amma bu xüsusiyyətlərin əks tərəfi də var – siz tək qala bilərsiniz. Unutmayın ki, hisslərin təzahürü zəiflik yox, özünüifadə üsuludur.

Qız
Özünə qarşı çox tələbkar olmaqla həyatınızı məhvə aparırsınız. Heç nədən təmənna güdmürsünüz və insanlar sizin xeyirxah ürəyinizə heyran olurlar, lakin öz ehtiyaclarını başqalarından üstün tutmaq sizə baha başa gələcək. Bundan başqa, özünüzə həddən artıq tənqidi yanaşır və üstünlüklərinizi qiymətləndirmirsiniz. Sizin ən qəddar düşmənininiz elə özünüzsünüz, daxili münaqişəni nizama salın.

Tərəzi
Həyatınız boyu başqalarına yarınmağa çalışır və özünüzü ikinci plana atırsınız. Öz istəklərinizi nəzərə almadığınız üçün həyat keyfiyyətiniz aşağı düşür. Nə qədər əziz olsanız da, insanlar sizdən həmişə istifadə edirlər. Emosiyalarınızı gizlədirsiniz, amma bu, sonradan qəzəbi artırır və qalmaqala dönür. Bəzən emosiyaları boğaraq və problemlərlə üz-üzə qarşılaşmaq istəmədiyiniz üçün sevdiyiniz insanlara əzab verirsiniz.

Əqrəb
Təkliyə qapılıb daha yaxşı yaşamağa, sevgiyə layiq olmadığınız düşüncəsi ilə öz gələcəyinizi məhv edirsiniz. Zodiak işarələri arasında ən sərti və inadkarısınız, sizin üçün insanları bağışlamaq asan deyil. Sizin ürəyinizi qazanmaq asan olmur, amma bu, kiməsə müyəssər olarsa, onda o, ömrü boyu sizin sədaqət və dəstəyinizi qazanacaq. Başlıca qüsurunuz sizdə eqoizm duyğularının güclü olmasıdır. İdealı tapmağa çalışmaqla qayğınıza qalan insanlara əzab verirsiniz.

Oxatan
Həyatınızı qorxu hissi məhv edir. Uğursuzluqdan o qədər qorxursunuz ki, heç nə etmirsiniz və həmin yerdə qalırsınız. Ağlınıza çox gözəl ideyalar gəlsə də, bəzən onlar arasında itib-batırsınız. Çünki fikrinizi bir istiqamtdə toplamağa və o iş üzərində səylə işləməyə meyilli deyilsiniz. Bir vəzifəyə fokuslanın və arzularınızın icrasına başlayın!

Oğlaq
Həyatımızı başqaları ilə rəqabət üzərində qurur və bununla da öz bədbəxtliyinizə nail olursunuz. Həyatdan zövq almaq əvəzinə özünüzə ağlasığmaz təzyiq göstərirsiniz. Özünüzü üzərində daha inadla işləyən, ömrünü-gününü arzularının reallaşmasına həsr edən insanlar qurpuna aid edilirsiniz. Siz işdən kənarda da iş haqqında narahat olur və öz həyatdakı önənli məsələləri buraxırsınız.

Dolça
Keçmişinizin gələcəyə təsir etməsinə imkan verməklə uğurlarınızn qarşısını kəsirsiniz. Hər şeyi ürəyinizə salamağa meyillisiniz, bu da sizə böyük ziyan vurur. Keçmişdə yol verdiyiniz səhvlərə görə özünüzü bağışlamır və onun gələcəyi diktə etməsinə icazə verirsiniz. Çiyinlərinizdə saxladığınız lazımsız yükdən xilas olun.

Balıqlar
Səhv seçimləriniz həyatınızı məhv edir. Həmişə sizə layiq olmayan və pis vərdişləri olan insanları seçirsiniz. Zodiak işarələri arasında ən böyük ürəkli bürc olaraq sizi üzən insanlara meyil edirsiniz. Öz ağrılarınızın öhdəsindən pis vərdişlərin köməyilə gəlməyə çalışırsınız. Çünki elə hesab edirsiniz ki, buna layiqsiniz.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri