Bürclərə əsasən 2018-ci ildə ən yaxşı CÜTLÜKLƏR

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 864
Səs ver:
(səs: 1)
2018-ci ildə ən ideal cütlüklər hansı bürclərdir? Hansı bürclər bir birinə uyğundur və hansı birliklər daha uzunömürlüdür? Yaxın gəlin və oxuyun. Partnyorunuzu dəyişmək istədəmədiyinizə əminsiniz?

QOÇ VƏ ƏKİZLƏR
Güclü ittifaq, ideal cütlük. Hər ikisi temperament baxımından alovdurlar. Onlar arasındakı kimya və intim əlaqə elədir ki, heç kəsə az gəlməz. Hər ikisi energetik və ünsiyyətcil dir – onları zaman keçdikcə sönməyəcək bir ehtiras idarə edir. Ona görə ki, birlikdə olmaq onlara maraqlıdır. Bu cütdə bir-birinə qarşı laqeydlik, biganəlik yoxdur, onlar hissləri maddiyyata bağlı deyil: Qoç və Əkizlər hər zaman bir birinə dəstək olacaq və birinin zəif cəhətini digər partnyorun güclü tərəfi ilə tamamlayacaq. Əkizlər Qoçların ehtirasını alovlandırmaqdan yorulmur – onlar bir-birini hiss edir və ziddiyyətli xarakterlərə rəğmən, həmrəy (həmfikir) ola bilir.

DOLÇA VƏ TƏRƏZİ
Dolçalar və Tərəzilər hər şeydə bir birini ideal uyğun gəlir: bir-biriləri ilə olanda onlara maraqlıdır, saatlar ilə söhbət edə bilərlər. Yaxın münasibətlərə gəldikdə isə, Dolçalar və Tərəzilər kompromissə getməyə qadirdir, bu isə birliyi möhkəmləndirir. Buna rəğmən bu münasibətin öz sualtı daşları var. Tərəzilərin əsas qorxusu – tənhalıqdır, ona görə də onlar partnyorlarını yanında istəyərlər. Dolçalar üçün isə dostluq birinci yerdə dostluq gəlir, sonra isə ehtiras. Dolçaların özünü saxlaması (özünü tutması) Tərəzilərin xətrinə dəyir, onlar daha çox isti münasibətə ehtiyac duyur. Amma onların gücü də ondadır ki, onlar hər zaman razılığa gələ bilirlər.

BALIQLAR VƏ ƏQRƏB
Bu birlik, müştərəklik ideala yaxındır: bu fakt onunla izah olunur ki, hər iki bürc eyni ünsürə – su ünsürünə aiddir. Baxmayaraq ki, Balıqlar və Əqrəblərin maraqları və zövqləri çox fərqli ola bilər, amma hansısa intuitiv səviyyədə nəsə onları bir-birinə cəlb edir. Ortaq dəyərlər isə bu münasibəti daha da möhkəmləndirir: onlar ailə və nikah məsələlərinə eyni yanaşır. Balıqlar Əqrəblərin aqressivliyini “söndürür”, onları daha yumşaq edir; Əqrəblər isə Balıqların nəsihətçisi rolunda çıxış edirlər. Bu cütlükdə heç də hər şey qaydasında deyil, romantika ilə qarşılıqlı anlaşma ilə bağlı da problemlər var, amma onlar əsl komanda olaraq davam edir.

OXATAN VƏ ŞİR
Oxatan və Şir qarşılaşanda, hər şey ətrafda alovlanır. Oxatan Şirə bərabər səviyyəli yanaşacaq. Bundan əlavə, Şir stabil bürcdür, Oxatanlar isə əksinə hər zaman yenilik axtarır. Bu o demək deyil ki, onun partnyoru aldadılmaqdan qorxmalıdır, yəni mütləq deyil ki, oxatanlar kənarda özlərinə yeni roman axtarsın – söhbətə həyat eşqi və maraqdan gedir. Hər iki bürc od ünsürüdür, ona görə Oxatan və Şirin həyatı intensiv, dinamik, irəliyə doğru hərəkətli və parlaq təəssüratlarla zəngin olur. Bu ittifaq şən və macəralar ilə dolu ömür sürmək istəyənlər üçündür.

OĞLAQ VƏ QIZ
Stabillik – onlar birlikdə tutan nüans budur. Oğlağın xoşuna gəlir ki, Qız bürcü məsuliyyətlidir və özlərinə görə cavab verir. Qız da bilir ki, əgər Oğlaq qarşısına hədəf qoydusa, dağları belə aşırmağa qadirdir. Qızların mühakimə qabiliyyəti (dərrakəsi), etibarlığı və təmkinliliyi Oğlağın xoşuna gəlir. Onlar şaddır ki, Qızlar qaynar əyləncə və ya macəra axtarmır. Hər ikisi nəzakət və açıq-sözlülük tərəfdarıdır. Qızlar çox gözəl tərbiyə alıb və məsafə qorumağı bacarır. Bu da Oğlağın xoşuna gəlir, axı onlar hesab edir ki, hər kəsin həyatda öz yeri və öz rolu vardır və buna riayət etmək lazımdır. Onların intim həyatı harmonikdir və ruhən bir-birinə yaxındırlar – möhkəm ailə sahibi olmaq istəyənlər üçün ideal birlikdir.

BUĞA VƏ XƏRÇƏNG
Bu ittifaq – əks qütblərin bir-birini cəlb etməsinin nümunəsidir. Buğa – Yerdir, Xərçəng – Su. Amma bununla yanaşı onlar bir-birini tamamlayır və lazım olmayan bölgəyə soxulmur. Buğa və Xərçəngin birliyi bir sözlə ifadə etməli olsaq – həmin söz komfortlu olardı. Onlar möhtəşəm partnyorlardır. Nadir hallarda münasibətlərə aydınlıq gətirməyə çalışır, reallıqla çox gözəl ayaqlaşır, həyata ayıq başla baxır və konfliktləri sevmirlər. Amma yenə də əgər konflikt baş verərsə daha diplomat olan Xərçəng qəzəbindən qızmış Buğanı sakitləşdirməyi bacarır. Onların əlaqəsini poza biləcək yeganə nüans – onlardan hər hansı birinin həddindən artıq öz hədəfinə fokus olmasıdır, söhbət o hədəfdən gedir, onların münasibətləri müstəvisində yerləşmir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri