Bürclərə görə Yeni ildə ideal hədiyyələr: Kim nə xoşlayır?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 313
Səs ver:
(səs: 1)
Zodiak bürcü insanın xarakteri və onun zövqü haqqında çox şey deye bilər, bu isə o deməkdir ki, bürclərin köməyi ilə siz dostlar, sevgiliniz və yaxınlar üçün ən yaxşı hədiyyəni tapa bilərsiniz.

QOÇ
21 mart— 20 aprel

Qoça düz hədiyyə edib-etmədiyinizi müəyyən etmək çox asandır – onlar o qədər ekspontandır ki, hisslərini gizlədə bilmir. Onları bəyəndirə bilmək üçün idman mağazalarına baş çəkin: səhər qaçışı üçün geyim, dağ xizəyi üçün dəbli aksessuar, hətta boks əlcəkləri belə – bunlardan hansısa onun zövqünə uyğun ola bilər. Eyni məntiqlə son model snikerslərə, tərz kombinezonlara və ya dəri gödəkçələrə nəzər sala bilərsiniz – bu hədiyyə onların xarakterindəki dinamizm və enerji cizgilərinə uyğundur.

Qoçlar üçün hədiyyənnin individuallığı vacibdir: çətin ki, onları sadəcə protokol xətrinə verilmiş bir qutu konfet və ya ətir sevindirsin. Yeri gəlmişkən bu insanlar nə istədiyini dəqiq bilir, bəlkə bunu onun özündən də soruşmağa dəyər.

BUĞA
21 aprel— 20 may

Bu Zodiak bürcü maddi dünyada özünü çox gözəl hiss edir: Buğanın baxa, toxuna və hətta dadına baxa biləcəyi biləcəyi hədiyyə ürəyincə olacaq. Bbr sözlə nə qədər çox hiss etmə orqanı işə cəlb olunsa bir o qədər çox zövq alacaq. Bununla yanaşı Buğalar – öz seçimlərində çox sərrafdırlar, buğa nə xoşladığını bilir – verilən hədiyyə primitiv olmalı deyil. Məsələn delikates dəsti ilə bir səbət, bir şüşə nəfis şərab və ya kofe maşını yaxşı hədiyyə ola bilər.

Əgər ətir hədiyyə etmək istəsəniz yaxşı olar ki, məşhur brendlərdən olsun.Məsələn Chanel və ya Guerlain. Nəhayət ilin soyuq dövründə Buğalar gərək boğazlarını qorusun: Kaşemir şarf və ya Hermesdən bahalı boğaz yaylığı onları laqeyd qoymayacaq.

ƏKİZLƏR
21 may — 21 iyun

Əkizlər bürcü üçün yaxşı hədiyyə – həmişə ünsiyyətin sinonimidir. Onları bahalı, lakin incə əşyalarla təəccübləndirmək olmaz, xüsusən də əgər bu hədiyyələr iri və asanlıqla sına bilən olsa. Əsas odur ki diqqət əlaməti olaraq verdiyiniz hədiyyə onlara sevinç gətirsin, bayram əhvalı yaratsın. Möhtəşəm kitab, gözəl albom; smartfon və ya planşetlər üçün qeyri adi çexol və ya aksessuar; sevimli musiqini dinləməyə icazə verən, və ya şəkil çəkib onu paylaşamağa icazə verən aparatlar – bax bunlar haqqında düşünməyə dəyər, əgər əkizləri sevindirməkdirsə niyyət.

Onların zövqü çoxşaxəlidir, ona görə də seçim böyükdür: konsert və ya teatr biletləri, və ya idman zallarına abunəlik kartı eyni effektə malik ola bilər, amma əsas odur ki, bütün bunlarla siz birlikdə məşğul ola biləsiniz.

XƏRÇƏNG
22 iyun — 22 iyul

Həssas xərçənglər, kiminsə onlar haqqında düşünməsi və qayğısına qalması faktının özünü belə yüksək dəyərləndirir .Heç şübhə etməyin o yeni ilhədiyyəsinin bağlamasını böyük həyəcanla açaq və bu an sizin o qutuya hansı hissləri qoyduğunuzu düşünüb tapmağa çalışacaq. Onu necə məmnun etmək olar?

Ən çox ürəyə toxunan hisslərə, assosiasiyalara, uşaqlıq xatirələrinə müraciət edin: uzaq keçmişdən nadir foto(ikinizində olduğu) gözəl çərçivəyə salınmış şəkildə, ev üçün sevimli aromat, yumşaq şarf və ya toxunma şal, hansına ki, ikiniz birlikdə bürünə bilərsiniz. Qısası “incə” və ”yumşaq” əsas açar sözlərdir. Uzun müddət saxlanıla biləcək hədiyyə daha məqsədə uyğundur – təbii ki əgər bu sevimli şirniyyat və ya yemək deyilsə.

ŞİR
23 iyul— 23 avqust

Heç ümid də etməyin ki, hansısa şərti, formal diqqət əlaməti olan hədiyyə ilə işi yoluna qoya bilərsiniz. Şir bürcü altında doğulmuş qadın yaxşı bilir ki, onun ən yaxşı dostları brilyantlardır, kişilər isə bahalı marka qol saatını yüksək qiymətləndirəcək. Əlbəttə hədiyyənin büdcəsi çox nəhəng olmayada bilər. Amma siz şirə lüks hissini yaşatmalısınız. İpək, kaşemir, incə ətirlər, son dəb kosmetika, çanta və ya çəkmə, əlbəttə ki məşhur brendlərə müraciət etmək gərəkəcək. Əla spa-proseduru, yaxtada gəzinti, unikal konsertə bilet – Şirlər üçün hədiyyənin eksklüziv olması mahiyyət daşıyır.

Bəli Şirlərlə vəziyyət çətindir, amma heç kəs sizə asan olacağını da vəd etməmişdi.

QIZLAR
24 avqust— 23 sentyabr

Qızlara hədiyyə etmək eyni anda həm asan, həm də çətin ola bilər. İlk növbədə onun şəxsinə qarşı xüsusi maraq göstərilməsi bir az onu çəkindirə və utandıra bilər. Təbiət baxımından qızlar çox təvazökardırlar və onlar istəmirlər ki hədiyyə edən şəxs bahalı jest səbəbindən maliyyə çətinliyi yaşasın. Ona görə də hədiyyə üçün əsas xarakterik söz “praktiki”olacaq. Yəni istifadə olunan, funksional bir şey. Əgər bu plaşdırsa dəbli və yağışdan qoruyan olmalıdır, əgər qadcetdirsə, onun istifadə edəcəyi bir şey olmalıdır.

Digər ideyalar: inkişaf etdirici bir treninqə yazılmaq, vebinar üçün yazılmaq,şəxsi kolleksiyasına əlavə nəsə hədiyyə etmək (adətən qızlar hansısa əşyaların kolleksiyasını yığmağı sevirlər), hobbisinə bağlı əşyalar.

TƏRƏZİLƏR
24 sentyabr— 23 oktyabr

Əgər teatr qarderobdan başlayırsa, tərəzilər üçün də hədiyyələr onun bağlanmasından başlayır. Onlar üçün daima çox vacib olan estetikadan savayı, Tərəzilər qayğıkeşliyi, diqqətcillliyi və nəcibliyi çox sevirlər, və siz bütün bu hissləri seçdiyiniz hədiyyəyə qoyursunuz. Siz ikiniz, dumanlı şəhərkənarı peyzaj, əbədi sevgi melodiyası. Bəli, Tərəzilər islah edilməz romantiklərdir. Amma bu o demək deyil ki, onlar təm-təraq və ya eleqantlığa biganədir: füsunkar sırğalar, kulon və ya boyunbağı, ətir və ya sevimli qoxu bəxş edən şamlar – sehirli yeni il abu havası yarada biləcək istənilən hədiyyə çox yerinə düşər.

ƏQRƏB
24 oktyabr— 22 noyabr

Bürclərin içərisində ən müammalı, sirli olan əqrəblər üçün hədiyyə heç də asan məsələ deyil. Əlbəttə ki mütləq bir sirr olmalıdır. Əqrəblər “boz” səviyyəsindən fərqli hədiyyələri sevəcək. Bu onları digərlərinin fonunda fərqləndirəcək, onların məxsusiliyini vurğulayacaq. Öz hədiyyənizi hazırlayın və onu hansısa bir yerdə gizlədin və ya yad gözlərdən uzaq bir yerdə bağışlayın. Çünki şəxsi zövqlər və münasibətlər – çox intim məsələlərdir. Burada individuallıq hər şeydə vacibdir – istər söhbət geyimdən, aksessuardan, kosmetikadan getsin ya da musiqi seçimindən. Orijinal art-obyekt, ekzotik heykəl, abstrakt rəsm əsəri yaxşı ideya ola bilər. Əqrəblərə onlara niyə aşiq olduğunuzu xatırladacaq bir hədiyyə edin.

OXATAN
23 noyabr — 21 dekabr

Oxatanlar “yaşama sənətinin” nə olduğunu çox gözəl dərk edirlər, onlar hədiyyələri gerçəkdən çox xoşlayırlar. Nə qədər çox olsa, nə qədər rəngarəng olsa bir o qədər yaxşı. Bu bürc altında doğulanlar məşhurluqlarının və rəngarəng şəxsiyyət olduqlarının təsdiqini almaq istəyirlər.

Keyfiyyət də az önəm daşımır: xüsusi məhsul şərabı, aromat, bəzək əşyası və ya aksessuar gərək layiqli markadan olsun. Onlar səyahət və macəra aşiqləridir, adətən bu xüsusiyyət onları digərlərindən fərqləndirir. Bundan yararlanın. Dünyanın başqa bir ucuna bilet, səyahət paketi, səyahət üçün praktiki çanta, konboy papağı – seçim sadəcə büdcədən və sizin fantaziyadan asılıdır.

OĞLAQ
22 dekabr — 20 yanvar

Ağıllı, keyfiyyətli və əbədi şeylər üzərindən seçim edin – onda siz Oğlaq üçün hədiyyə edərkən yanılmayacaqsınız. Bəs, siz onun zərli bəzəkli bağlama lentlərinə münasibətini görmüsünüz, bu paketlər elə bir başa zibil qutusuna gedir, hədiyyə açılan kimi. Digər bir problem isə ehtiyatı əldən verməyən oğlaq üçün ehtiyac duyduğu bir əşyanı tapmaqdır – adama elə gəlir ki, onun artıq hər şeyi var. Ona görə də ən azından yararlı, uzunmüddətli və qeyri adı nələrsə üzərində fikri cəmləmək lazımdır: bahalı effektiv krem, gənclik məlhəmi” nadir kitab, gözəl antikvar əşya, alət və ya qadcet. Hansl ki istənilən əl işini və ya kompüter arxasıda işi asanlaşdıra bilər.

DOLÇA
21 yanvar— 20 fevral

Hədiyyəni verərkən onun dilində “klass” “əla” “süper” “wow” kimi nidaları eşidirsinizsə deməli seçim düzdür. Dolçalar çox ekspressivdir.Seçim sahəsi – qeyriadi, parlaq, müasir. dinamik olan hər şey, dünyanın bütün dillərində, xəbərləri öyrənib, dünyanın o tayından olan dostlar ilə ünsiyyət saxlamağa icazə verən qadcet, ultradəbli dizaynerdən dəlisov hədiyyə 3D printerdə hazırlanmış hədiyyə. Hədiyyə nə qədər fantastik və futuristik olsa bir o qədər çox bəyəniləcək.

BALIQLAR
21 fevral— 20 mart

Bəli balıqları başqa dünyanın insanı adlandırırlar, amma bu reputasiya heç də o anlama gəlmir ki, balıq bürcü altında doğulanlar yeni il ərəfəsində hədiyyəyə layiq deyil və ya onlar hədiyyə gözləmir, əlbəttə ki, onlar bu jesti dəyərləndirəcək. Əsas seçim kriteriyası estetiklikdir. Digər əlamətlər – yüngüllük, rahatlıq, bayram möcüzəsi hissi, bu hədiyyə bayram sehrini duydurmalıdır.

Verilən bəzək əşyası, və ya həyəcanlandırıcı ətir, uçuşan don, zərif (ajur) qadın corabları, rahatlıq və zövq birləşdirən ayaqqabı (balıqlar üçün ayaqlar – çox həssas bir zonadır) məhz bu xüsusiyyətləri daşımalıdır. Əla ideya – gözəl balet tamaşasına bilet. sevimli rəssamdan təbriklər olan gözəl albom, öncəgörmələr kitabı, meditasiya üçün mistik musiqi ola bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri