Bürclər və idman

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 405
Səs ver:
(səs: 3)
QOÇ
Qoçlar – anadangəlmə idmançıdırlar.Onlar enerjili, aktiv, qoçaq və impulsivdirlər. Ona görə də onlara hərəkətli idman növləri uyğun gəlir.Onlar üçün qrup çalışmaları daha uyğundur – Qoçlar diqqət mərkəzində olmağı sevirlər və ətrafdakı insanlar onların uğurları haqqında nə qədər çox danışsalar, o qədər də böyük həvəslə onlar məşqlərdə çalışacaqlar.
Məşqlər üçün düzgün vaxt seçmək çox vacibdir: əgər siz yuxudan tez oyanırsınızsa, günə yüngül qaçışdan başlayın. Gec oyananlar isə idman zalında daha gec saatlarda məşq etməyi sevirlər.

BUĞA
Buğalar – güclü və möhkəm adamlardır. Onların ünsürü onlara cəsarət və mətanətlilik verən – Torpaqdır. Onlar çox tərsdirlər və əgər nəyisə qərara alıblarsa, ona mütləq nail olacaqlar.
Qarşıya qoyulan məqsədə çatmaqda onlara mane ola biləcək yeganə şey – tənbəllikdir. Əgər tənbəllik bu bürc təmsilçisini öz cənginə aldısa, artıq heç kim və heç nə onu divandan qaldıra bilməyəcəkdir.

ƏKİZLƏR
Bu hava bürcünün əsas üstünlükləri – hərəkətlilik və aktivlikdir.Əkizlər təbiətdən çox çevik, elastik və zirəkdirlər. İdman növünü seçərkən bunları nəzərə almaq lazımdır.
Əkizlərin ağ ciyərləri zəifdir, buna görə də onlar üçün tənəffüs məşqləri, təmiz havada gəzinti və üzgüçülük faydalıdır.
İstedadlı olmalarına baxmayaraq bu bürcün təmsilçilərinə hərdən dözümlülük və müntəzəmlilik çatmır. Əgər Əkizlərə hər hansı bir idman növü ilə məşğul olmaq çətindirsə, onlar ona qarşı tez marağı itirirlər.

XƏRÇƏNG
Bu bürcün təmsilçiləri çox nadir hallarda idmana həvəs göstərirlər. İstisnanı – üzgüçülük təşkil edir, çünki Xərçənglər üçün su – təbii yaşam mühitidir.
Onların əsl çatışmayan cəhətləri – özünü əminlik hissinin və mübarizə ruhunun olmamasıdır. Xəyalpərəst və emosional Xərçənglər sistematik fiziki yülənmələrdənsə sərgiyə və ya kinoya getməyə üstünlük verirlər. Ona görə də onlar elə idman növləri seçməlidirlər ki, onlar üçün əlavə gərginlik yaratmasınlar, əksinə, rahatlaşmağa kömək etsinlər.

ŞİR
Şirlər – böyük fiziki qüvvəyə və əminlik hissinə malik olan parlaq şəxsiyyətlərdirlər. Onların enerjisi aşıb-daşır, özlərini təkmilləşdirməyə çalışırlar və daima ətrafdakılardanözlərinə qarşı diqqət tələb edirlər. Ona görə də, onlar üçün qrup məşqləri və komanda idman növləri uyğundur.
Lakin bir *əmma* var: Şirlər tənbəldirlər və özlərinə fikir verməmişdən öncə çox əlləşirlər. Lakin məşq etməyə artıq başlayırlarsa inanılmaz nəticələrə nail olurlar.Bir neçə həftə ərzində öz bədənlərini ideal formaya sala bilərlər.

QIZ
Qızlar intizamlı, səliqəli, özlərinə qarşı tələbkar və əməksevərdirlər. Əgər idman zalına artıq yazılıblarsa, məşqləri buraxmadan onlara gedəcəklər. Belə çalışqanlıq gözəl nəticələr verir: bu bürcün əksər təmsilçilərinin möhkəm sağlamlığı var.
Qızların zəif cəhəti – onlara yalnız idmanda deyil, eləcə də gündəlik həyatda arzu etdiklərinə nail olmağa mane olan həddindən artıq utancaqlıqdır. Onlara, ilk növbədə, özünə və öz gücünə inanmağı öyrənmək lazımdır. O zaman mütləq hər şey alınacaqdır.

TƏRƏZİ
Tərəzilər həmişə yaxşı görünməyə çalışırlar və öz bədən quruluşlarına çox fikir verirlər. Əks cinsin nümayəndələrinin xoşuna gəlmək üçün həm qadınlar, həm də kişilər saatlarla fitnes klublarda və trenajor zallarında vaxt keçirməyə hazırdırlar. Lakin nadir hallarda elə olur ki, bu bürcün təmsilçisi zalda tək məşq etməyi sevsin.
Əgər onlar idmanla məşğul olmağı qərara alıblarsa, mütləq özlərinə həmfikirlilər tapacaqlar. Axı *kompaniyada* məşğul olmaq daha maraqlıdır. Tərəzilər komandada əla çalışırlar. Məşqlər zamanı Tərəzilərə yüklənmələri diqqətlə hesablamaq və tələsməmək lazımdır: səhvlər travmalara və zədələrə gətirib çıxara bilər.

ƏQRƏB
Əqrəblərin enerjisinə həsəd aparmaq olar. Nə ilə məşğul olmalarından asılı olmayaraq, onlar həmişə özlərini yüz faiz işə həsr edirlər.
Əqrəblər heyranedici dözümlülüyə və iradə qüvvəsinə malik olan məqsədyönlü və əməksevər insanlardırlar.
Bu bürcün təmsilçiləri risk etməkdən qorxmurlar, ona görə də ekstremal idman növləri – məhz onlar üçündür. Amma eyni zamanda, plastikanı və elastikliyi inkişaf etdirmək üçün Əqrəblərə məsələn, xoreoqrafiya və plastika ilə məşğul olmaq faydalı olardı.

OXATAN
Emosional Oxatanlara eyni anda hər şey maraqlıdır – onlar üçün hər hansı bir şeyin üzərində dayanmaq çətindir. Onlar eyni qızğınlıq və həvəsləyoqa və futbolla, eləcə də rəqs və qaçış ilə məşğul ola bilərlər.
Adətən nəticədə onlar elə idman növləri üzərində dayanırlar ki, diqqət mərkəzinə düşə və ətrafdakılarda dərin təəssürat yarada bilsinlər. Pərəstişkarlar tapan kimi, Oxatanlar xüsusi əzmlə məşq edirlər və nəticədə əla nəticəyə nail olurlar.
Oxatanları çox vaxt ani impulslar idarə edir. Onlar onu risk etməyə və düşünülməmiş addımlar atmağa vadar edir. Bunun nəticəsi kimi – onlar çoxsaylı zədələr, göyərmələr və sıyrıntılar alırlar. Emosiyalara qapılmayın!

OĞLAQ
Oğlaqlar təbiətlərinə görə şöhrətpərəst, dözümlü və əzmlidirlər. Əgər onlar qarşılarına ideal bədənə sahib olmaq məqsədini və ya özbaşına baş üzərindən salto etməyi öyrənməyi qoyurlarsa, o zaman planlı şəkildə ona doğru irəliləyəcəklər. Təbii punktuallıq sayəsində, dəqiq idman məşqləri qrafikinə asanlıqla riayət edirlər. Fenomenal dözümlülük, daxili intizam və əməksevərlik onlara texnikanıməharətlə təkmilləşdirməyə imkan verir.
İdman məşqlərinə müntəzəm şəkildə getməklə Oğlaqlar özlərini kifayət qədər tez yaxşı fiziki formaya salırlar. Əsas odur ki, məşqləri buraxmayasınız.

DOLÇA
Dolçalar – anadangəlmə üsyankar və avanturistdirlər, sakit idman növləri ilə məşğul olmaq onlar üçün darıxdırıcıdır. Başlarını tutub qaçdıqları əsas iki şey - eynilik və intizamdır. Ona görə də Dolçalar üçün yeni və qeyri-adi olan şeylər –məsələn, ekstremal idman növləriuyğundur.
Bu bürcün nümayəndələri adətən yüksəklikdən qorxmurlar, alpinizmdə və paraşüt idmanında onların tayı-bərabəri yoxdur. Sağlamlıqları üçün həmçinin bədəni möhkəmləndirmək (zakalivaniye) faydalıdır.

BALIQLAR
Balıqlar suyu çox sevirlər. Bütün su idmanı növləri başqa bürclərdən çox onlara uyğundur.Bu bürcün nümayəndələri təkliyi sevirlər, ona görə də komandada məşğul olmağı xoşlamırlar. Üzücü və bütün gücünü qoymağı tələb edən məşqlərə də can atmırlar. Çox vaxt Balıqlar öz tənbəllikləri səbəbindən, yaranmış çətinliklər qarşısında təslim olaraqidmanla məşğul olmağı atırlar.
Bu bürcün təmsilçilərinə nizam-intizam və öz gücünə əminlik hissi çatmır. Yaxşı formada qalmaq üçün Balıqlara elədə çox şey tələb olunmur – səhər qaçışları etmək və ya həftədə bir neçə dəfə trenajor zalına getmək kifayətdir.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri