Bürclərə uyğun hədiyyə seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 717
Səs ver:
(səs: 2)
Hədiyyə alarkən siz də çox düşünürsünüz yəqin ki, elə isə heç bir ip ucu tapmayanda həmin şəxsin bürcünə uyğun hədiyyə seçə bilərsiniz.

Qoç – Həyəcanlı, rəngarəng və əyləncəli hər hansı hədiyyə qoçları xoşbəxt edə bilər. Onlar sürprizləri sevirlər. Bu bürclər üçün hədiyyə almağa getsəniz diqqət edin, qoçlar birinci olmağı sevir bu səbəbdən yeni trendlərdən seçə bilərsiniz. Əgər hələ də hədiyyə almaq üçün ağlınıza nə isə gəlmədisə, sizə bir neçə nümunə deyək. Zinyət əşyaları, idman tədbirinə bilet, hər hansı yeni texnoloji cihaz və s. Qoçlar yemək bişirməyi də sevirlər, bu bürcdən olan xanımlar üçün mətbəx əşyası da gözəl hədiyyə sayıla bilər.

Buğa – Bu bürcün nümayəndələri dəbdəbəni, yeməkləri və içkiləri sevirlər. Onlara evdə hazırladığınız hər hansı dadlı yemək belə hədiyyə sayıla bilər. Çox pul xərcləməyə də ehtiyac yoxdur. Musiqiyə də xüsusi həssaslıqla yanaşan buğa bürcü insanlara sevdiyi musiqi janrına uyğun hədiyyə də seçmək olar.

Əkizlər – Əkizlər sizi çox xərcə salmayacaqlar, çünki onlar hər şeyi sevir və maraq göstərirlər. İstənilən maraqlı hədiyyə onları cəlb edə bilər. Daha çox öyrənməyə meyilli olan bu bürclər üçün bilmədikləri yeni əşyalar almaq olar. Səyahəti sevdiklərini də əlavə etsək hədiyyə seçimləriniz də çoxalır. Məsələn, mobil telefon, fotoaparat, xəritə, səyahət üçün lazım olacaq başqa əşyalar da ala bilərsiniz.

Xərçəng – Bir xərçəng bürcü üçün hədiyyədən daha önəmli olan onun təqdim edilməsidir. Aldığınız hədiyyənin üzərində yazacağınız səmimi sözlər daha vacibdir. Ən həssas, duyğusal və romantik bürclərdən olan xərçəng bürcünə çiçək, masaüstü əşyalar hədiyyə edə bilərsiniz. Sizə kiçik görünsə də, bir xərçəng bunları həqiqətən qiymətləndirir. Hədiyyə alarkən onların qayğıkeş, evcil olmasını da nəzərə alın. Onlar sevdikləri insan, ailə tarixcələri barəsində həssasdırlar. Hədiyyəni özünüz hazırlasanız bu dəyərini daha da artırar.

Şir – Bu bürcdən olan şəxslər göstərişi sevirlər. Aldığınız hədiyyəni topluluqda və ya haradasa böyük ekranda onlara təqdim etsəniz bunu dəyərləndirəcəklər. Diqqət mərkəzində olmaq belə onları xoşbəxt edir. Hədiyyə seçimi edərkən onların dəbdəbəni və komfortu sevdiklərini unutmayın. Zinyət əşyalarına üstünlük verin.

Qız – Hər kəs kimi qız bürcləri də hədiyyəni, diqqəti sevir. Bu şəxslərə hədiyyə seçərkən onların həyat tərzlərini nəzərə alın. Çox işləməyi, özünə və görünüşünə qulluğu sevən insanlardır. Hədiyyədə təsadüfi seçim etməyin, hətta siyahı tutun. Onların evlərinə əşya almaq istəyirsinizsə evinin dizaynını, rənglərini qeyd edin. İşiniz nisbətən çətin olacaq, biraz kömək edək. Qız bürcünə kitab, ev dekorunu tamamlayacaq əşya, evdə hazırlanmış yemək, şirniyyat və s. hədiyyə edə bilərsiniz.

Tərəzi – Bu bürcdən olan şəxslər üçün hədiyyə yaxşıdır, çox hədiyyə daha yaxşıdır. Bütün hədiyyələri eyni bağlamada təqdim etməyin, hər birini xüsusi olaraq bağlayın. Tərəzi komfortu və gözəlliyi sevir, bunu da unutmayın. Onları gözəl hissetdirəcək hədiyyələr alın. Onlarda maraq yaradacaq əşyalar seçin.

Əqrəb – Əqrəblər hədiyyə almağı o qədər sevirlər ki, hətta öz özlərinə də hədiyyə alırlar. Onların ən sevdiyi isə səbəbsiz verilən hədiyyədir. Aldığınız hədiyyəni yaxşı bağlayın, onlara içində nə olduğu sirr qalsın. Bundan zövq alırlar. Əqrəb bürcləri sirli əşyaları, təbiəti, maraqlı olan nə varsa onu sevirlər. Su ünsürü olduğundan bununla bağlı da hədiyyə seçə bilərsiniz. Onlar qırmızı(tünd), qara və qranat kimi tünd rəngləri sevirlər. Əqrəb üçün hədiyyə seçərkən maraq oyadacaq yollar fikirləşin. Yazılanlardan sonra hələ də ağlınıza nələrsə gəlmirsə, biraz kömək edək. Əqrəb bürcləri xarici görünüşlərində də sirrli görünməyi sevirlər. Günəş eynəyi, papaq və ya şarf ala bilərsiniz. Triller və cinayət hekayələrini də sevirlər, bu mövzulu bestseller kitab və ya kinoya bilet də gözəl seçim ola bilər. Münasibətinizə uyğun olaraq romantik və zərif zinyət əşyaları da əlavə etmək olar.

Oxatan – Onlar macəranı və səyahəti sevirlər. Azad olmaq istəyirlər. Optimist və öyrənməyi sevən insanlardılar. Yumor hissləri güclü olur. Hədiyyə seçərkən bunları da nəzərə alın. Sosiallaşmağı sevirlər, xüsusilə də partilərdə. İdman etmək oxatanlar üçün ən yaxşı məşğuliyyət sayıla bilər. Bir oxatan bürclü insana hədiyyə almaq istəyirsinizə, ekzotik düşünün. Müxtəlif ölkələr haqqında yazılmış kitablar ala bilərsiniz. Kitabın içində xəritələr və şəkillər olsa daha yaxşı. Oxatanlar qeyri-adi hədiyyələri də sevirlər, məsələn, konsertə və ya muzeyə bilet ala bilərsiniz. Sevdiyi komanda varsa, həmin komandanın oyununa bilet də hədiyyə edə bilərsiniz.

Oğlaq – Bu bürcdən olan şəxslər pratikliyi sevir. Onlar getdikcə dəbdəbəli əşyaları bəyənirlər. Alacağınız zərif hədiyyələr onların ürəyincə ola bilər. Hədiyyələr siyahısına maraqlı kitab, gözəl geyim də aiddir. Oğlaqlar sürprizləri elə də çox sevmirlər. Ev əşyası, hər hansı dekor hədiyyə edə bilərsiniz. Hədiyyə seçərkən təbii (natural) əşyalar seçməyiniz tövsiyə edilir, taxta əşyalar və s. Eyni zamanda evdə hazırladığınız axşam yeməyi də gözəl hədiyyə sayıla bilər.

Dolça – Dolçaların çox yaxşı yumor hissi vardır. Onlar diqqət mərkəzində olmağı sevirlər. Bu bürcün əksər nümayəndələri intellektual insan olur. Tarix və incəsənət onları valeh edir, eyni zamanda təbiəti də sevirlər. Zövqləri incədir, sərt hədiyyə almaqdan çəkinin. Dolçalar cəmiyyət içində gözəl vaxt keçirə bilərlər, ancaq sevdikləri insanla təklikdə qalmaq da yaxşı fikirdir. Onlar üçün ən yaxşı hədiyyə qeyr-adi əşyalar, yeni texnoloji cihazlar, maraqlı incəsənət nümunələri ola bilər. Kitab da daim öyrənmək həvəsində olan dolça üçün ideal hədiyyədir. Teatra bilet, sevdiyi müğənninin mahnılarından ibarət CD də ala bilərsiniz.

Balıqlar – Bu bürcdən olan insanlar xəyal etməyi sevirlər. Onlar sentimental və romantikdirlər. Balıqlar çox emosianaldırlar, tez qısqanırlar. Onlar üçün maraqlı sahələr, incəsənət, zinyət əşyaları (zərgərlik) və tarixdir. Həmçinin bağı, heyvanları və dadlı yeməkləri də sevirlər (kim sevməz ki). Balıqlara hədiyyə seçimində həssas yanaşın. Onlar gözəl görünüşlü hər şeyi sevirlər. Onlar okeanın uşaqlarıdır, beləcə su ilə bağlı hədiyyə seçimləri də edə bilərsiniz. Sentimental olduqları üçün onlara ailə şəkillərini toplayıb verə bilərsiniz. Fotoaparat da gözəl seçim sayılır. Musiqi ilə aidiyyatı olan hər hansı bir əşya yaxşı hədiyyədir. Hədiyyənizi təqdim etdiyiniz zaman romantik ortam yaratsanız daha çox bəyəniləcəyinə əmin olun.

Bütün yazılanlardan əlavə onu da qeyd etmək istəyirəm ki, hədiyyə seçərkən onu “nə isə alım” düşüncəsi ilə almayın. Seçim zamanı şəxsin maraq dairəsini, hobbilərini və münasibətinizi nəzərə alın. Bahalı olmayan hədiyyəni belə gözəl təqdimatla verin. Bir nüansı da açıqlayım ki, hədiyyə yalnız özəl günlərdə verilməməlidir. Doğum günündə hər kəs yada salıb təbrik edir. Sizə ən əziz olan insanları qeyri-əlamətdar günlərdə xoş sürprizlə təəccübləndirin.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri