İllər üzrə 2019-un astroloji PROQNOZU: SARI TORPAQ DONUZ ilində bizi nə gözləyir?

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 7 424
Səs ver:
(səs: 1)
2019 elmdə, xüsusən tibb sahəsində mühüm yeniliklərin ili olacaq, sağlam həyat tərzi daha populyar olacaq. Ailədə münaqişələri azaltmaq, biznesdə isə kompromis tapmaq mümkün olacaq. Mülkiyyət məsələsi xüsusi diqqətə layiqdir. Sənədləşdirmə zamanı detalları yüz dəfə yoxlayın, əks halda illərlə qazandıqlarınızı itirmək riski ilə qarşılaşa bilərsiniz.

Siçan (1936, 1948, 1960, 1972, 1984, 1996,2018,)

İstedadlarınızı göstərmək vaxtıdır. Səyləriniz təltif olunacaq, əgər böyük alış-veriş planlaşdırırsınızsa, rahat şəkildə edə bilərsiniz. Ailə həyatında gərginliklər nəhayət ki, sakitləşəcək. Subay nümayəndələri Donuz ilində evlənə və ya ərə gedə bilər. Fevral, aprel və oktyabr aylarında bəxt üzünüzə güləcək.

Öküz (1937, 1949, 1961, 1973, 1985, 1997, 2009,)
İstədiyinizi əldə edə biləcəksiniz. Bu, təhsil diplomu, yaxud da bilik və bacarıqlarınızı sübut edən sənəd və sertifikat ola bilər. Yaz iş yerini dəyişdirmək üçün ən yaxşı vaxtdır. Həmçinin xəyallarınızın ölkəsini ziyarət etmək imkanı olacaq. Səyahət zamanı qəlbinizi fəth edə bilən bir insanla tanışlıq mümkündür. Mart, may və avqust aylarında şans sizin tərəfinizdə olacaq.

Pələng (1938, 1950, 1962, 1974, 1986, 1998,2010,)
Hesabları ödəmək vaxtı yetişib. Həm hərfi, həm də məcazi mənada bütün borcları ödəməlisiniz. Söz vermisinizsə, vədlərinizi yerinə yetirin. Çətin anlarda doğmalara və dostlara etibar edin. Uzunmüddətli layihələrə qol çəkməyin - sürətli nəticələr verəcək işlərlə məşğul olun. Aprel, may və sentyabr aylarında şəxsi həyatda xoş dəyişikliklər mümkündür.

Dovşan (1939, 1951, 1963, 1975, 1987, 1999,2011,2021,)
Heç bir zodiak işarəsini sizi gözləyən dəyişikliklər gözləmir. Ev, iş, məşğuliyyət – hər şey fərqli olacaq. Yenilikləri dərhal qəbul etməyəcəksiniz, amma zamanla başa düşəcəksiniz ki, onlar yaxşılığa doğrudur. Bütün işlərin öhdəsindən birdən gəlməyə çalışmaq lazım deyil, əsas istiqamət götürün və sonra ilin sonuna qədər özünüzü qürurlandırmaq üçün bir səbəbiniz olacaq. Sentyabr, oktyabr və dekabr ayları sizin üçün müvəffəqiyyətlidir.

Əjdaha (1940, 1952, 1964, 1976, 1988, 2000,2012)
Cazibədar təkliflər dənizində üzməyə hazır olun. Bu, sizi doğru seçim etməkdə çaşdıra bilər. Doğrudur, "layihələrin" əksəriyyəti reallaşmayacaq. Odur ki, bir macəraya razılaşmazdan əvvəl, alternativ ehtiyat tədbirləri görün. Ailə üzvlərinin artımı gözlənilir, daha bir uşaq sahibi olma ehtimalı yüksəkdir. Fevral, may və iyul ayları əlamətdar hadisələrlə zəngin olacaq.

İlan (1941, 1953, 1965, 1977, 1989, 2001,2013,2023)
Şansa etibar etməyin - hər bir addım yaxşı düşünülməlidir. İl boyu düşüncələrinizi maddiyyatla bağlı suallar narahat edəcək. Gəlirlərdə azalma müşahidə olunmur, amma böyük kapitallar əldə edə bilməyəcəksiniz. Başqa bir şəhərdə və ya xaricdə yaşayan qohumlardan dəstək gələcək. Ümidverici görüşlərin mart, iyun, iyul və dekabr aylarında baş tutması ehtimal edilir.

At (1942, 1954, 1966, 1978, 1990, 2002,2014)
Bu il öz işinə başlamaq istəyənlər üçün düşərlidir. Bəlkə də iş dəyişdirmək haqqında düşünməyə dəyər. Aprel ayında həmkarlar və ya müdirlə hər hansı münaqişədən yayınmaq lazım olacaq. Evdə mümkündür ki, mirasın və ya daşınmaz əmlakın bölünməsinin mübahisəsi olsun və bu zaman siz sülhməramlı rol oynayacaqsınız. Ən xoşbəxt dövr aprel, iyul və dekabr aylarıdır.

Keçi (1943, 1955, 1967, 1979, 1991, 2003,2015)
Hər şeyi bilmək istəyən keçilər tez-tez buynuzlarını qırırlar, amma bu, onların alovunu soyutmayacaq, yaxın gələcəkdə öz potensiallarını ən açıq şəkildə ortaya qoya biləcəklər. Ümumiyyətlə, ilin hamisi sizin üçün yaxşı perspektivlər vəd edir. Özünüzü başqa bir sahədə ifadə etmək, başqa peşə sahibi olmaq və ya sizi sevindirəcək bir hobbi tapmaq istəyə bilərsiniz. Böyük satışlar və səfərlər mümkündür. Mart, sentyabr və oktyabr aylarında şəxsi həyatda xoş hadisələr yaşanacaq.

Meymun (1944, 1956, 1968, 1980, 1992, 2004,2016)
Hər hansı bir maneə olmasına baxmayaraq, hər hansı bir vəzifənin öhdəsindən uğurla gələcəksiniz. Bəzi hallarda etdiyiniz işlərinizin düzgünlüyünə şübhə ilə yanaşacaqsınız. Etibar etdiyiniz insanların məsləhətlərini dinləyin. Yazda ulduzlar gücünüzü sınağa çəkəcək. Dəhşətli bir şey olmayacaq, amma sinirlənmək qaçılmazdır. Buna fəlsəfi şəkildə yanaşın. May, sentyabr və noyabr aylarında xoş sürprizlər gözləyir.

Xoruz (1945, 1957, 1969, 1981, 1993, 2005,2017)
Gələn il hər şeyi: iş, ətraf mühit, öz imicinizi dəyişdirmək istəyəcəksiniz. Və bir çoxuna nail olacaqsınız. Gizli və güclü tərəfləriniz üzə çıxacaq. Xüsusilə qohumluq əlaqələri möhkəmlənəcək. Ancaq ətrafınızdakı yeni insanlarla münasibətlərdə diqqətli olun. Xülasə böyük çətinliklər gələn il sizdən yan keçməyəcək. 2019-cu il evlilik və uşaq sahibi olmaq üçün müvəffəqiyyətlidir. İyul, oktyabr və dekabr xüsusilə parlaq olacaq.

İt (1946, 1958, 1970, 1982, 1994, 2006,2018)
Bir çox xoş anlar sizi gözləyir, qarşıdan gələn il keçmişdə yol verdiyiniz səhvləri bərpa etmək baxımdan əlverişlidir. Karyera uğurları sizi zirvələrə aparacaq. Özünüzü tanımadığı bir sahədə sınamaq istəyənlər heç nə itirməyəcək. Şəxsi həyat da peşə ilə bağlı olacaq. İşdə məhəbbət macərasının ciddi bir münasibətə çevrilməsi mümkündür. Çox güman ki, bu, yanvar, mart və ya avqustaylarında baş verəcək.

Donuz (1935, 1947, 1959, 1971, 1983, 1995, 2007,2019)
Ötən ilin nailiyyətlərini artırmaq mümkün olmayacaq, lakin gecə-gündüz çalışanlar çox şey qazanacaq. Doğmalar sizi sevindirəcək, onların qələbələri öz uğurlarınızdan daha vacib olacaq. Könül məsələlərində hər şey yaxşıdır - cazibədarlığınızın qarşısında heç kim dayanacaq. Evli cütlüklər ortaq bir işə başlaya bilər. Mart, may və noyabr aylarında uğur üzünüzə güləcək.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 7 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri