Bürclərə görə stil məsləhətləri

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 4 493
Səs ver:
(səs: 0)
Sizlər üçün bürcünüzə uyğun stil təkliflərini bir araya gətirdik.

Qoç:
İddialı olan qoç bürcü qadını paltarlarını diqqətlə seçməyə diqqət edər. Qeyri-adi olmağı sevər. Daha çox aksessuar istifadə etməsə də, əvəzolunmaz aksessuarları günəş eynəyi və saatdır. Qırmızı rəngi sevən qoç bürcü qadınını, çox zaman şalvar və köynək içində görə bilərsiniz. Parlaq, canlı, klassikdən uzaq parçalara üstünlük verməlidir.

Buğa: Buğa qadını hər zaman zərif və mənalı olmağa diqqət göstərir. Xarici görünüş onlar üçün hər zaman əhəmiyyətlidir. Bəzək əşyalarından istifadə etməyi çox sevdikləri deyilə bilməz. Hələ ki, adi bəzək əşyalarının yaxınlığından belə keçməzlər.Yaşıl və yaşılın tonlarını xüsusilə gözəl daşıyan buğa qadını qarışıq tərzdə geyinməyi sevər.

Əkizlər: Əkizlər qadınının tərzində ani dəyişikliklər görülə bilər. Bir gün maskülən tərzə bürünərkən, başqa bir gün romantik ola bilər. Rahat olmağı sevən əkizlər qadınına cins parçadan ibarət kombinlər çox yaraşır. Əkizlərin favorit rəngi bənövşəyi və bənövşəyi rəngin tonlarıdır.

Xərçəng: Romantik və həssas olmağıyla bilinən xərçəng qadınlarının geyimlərində də bunu hiss etmək mümkündür. Şlyapalar, incə uçuşan ətəklər xərçəng qadınının tez-tez istifadə etdiyi elementlərdəndir. Zərifliyi xatırladan güpür detallı üst geyimlər və gözəl köynəklər xərçəngə çox yaraşır. Zərif, qadınsı tərzini ortaya çıxaran, klassik paltarlar içində çox xoşbəxt olacaqdır.

Şir: Lüks və şöhrət düşgünü olan şir qadını, trendləri yaxından izləyən, dəbə maraqlı bir şəxsiyyət olaraq geyim məsələsində pul xərcləməkdən özünü saxlaya bilməz. Sarı və günəş tonları aslanın rəngidir. Eyni zamanda, brilliant, almaz kimi parıltılı bəzək əşyalarını da istifadə etməyi sevərlər.

Qız: Klassik dəst-xətti ilə tanınan qız bürcü qadını hər vaxt qəşəng və rahat gəlməyi ön plandadır. Adətən aksessuar istifadə etməz, amma iri çantalara xüsusi marağı var. Qız bürcü qadınına ən çox yaraşan rənglər mavi və mavinin ton.

Tərəzi: Dəbi yaxından təqib edən tərəzi qadını sadəlövh və seçicidir. Aksessuar istifadə etməyi də çox sevir. Romantizm ehtirasını olaraq krujeva və gözəl parçalara maraq göstərən Tərəzi qadınının favorit rəngi yaşılın pastel ton.

Əqrəb: Tərzilə bütün baxışları üzərində toplayan Əqrəb qadını, bədəninə tam oturan paltarlar üstünlük edir. Sirli və dinamik olan Əqrəb qadınına zolaqlı paltarlar və göy rəng tonları yaraşır.

Oxatan: İdmançı və rahatlığına düşkün olan oxatan qadınları adətən jan geyinməyi sevirlər. Oxatan bürcü qadınının favorit rəngi turkuaz. Naxışlı üstləri, qırpılmış jeanleri ondan artıq sevən yoxdur.

Oğlaq: Sadə və rahat bir stilə malik olan Oğlaq Bürcü qadınlarının əvəzolunmaz hissəsi xilaskar bir köynəkdir. Uzun şalvarlar və rəngarəng libaslar onlar üçün doğru bir seçimdir. Pastel və torpaq rəngləri sevən Oğlaq bürcünün Vintage parçalara xüsusi marağı var. Qəşəng bir saat və girdə burun ayaqqabı əvəzolunmazları arasındadır. Ailə anlayışına böyük önəm verən Oğlaq qadınları üçün ailə yadigarı olan bəzək olduqca qiymətlidir.

Dolça: Dəbi yaxından təqib edən dolça qadını zövqünə və instinktinə əsaslanaraq stilini öz yaradır. Müasir və rahat geyimi ilə önə çıxan dolça bürcü qadınına göy və açıq mavi çox yaraşır.

Balıq: Həssas və emosional Balıq bürcü qadını, xəyal dünyasını geyimlərinə də əks etdirir. Aksessuarlarda hər zaman iddialı seçkilərdən tərəfdarıdır. Dişi simvollaşdıran su yaşlı və su mavi rəngləri onun rəngidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri