Bürclər və onlara uğur gətirən təbii daşlar

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 6 195
Səs ver:
(səs: 1)
Bəzi təbii daşlar insanlar üzərində müəyyən bir təsir gücünə malikdir. Hər bir daş öz enerjisinə görə fərqlənir. Onları bəzi xəstəliklərin müalicəsində, mənfi enerjilərin kənarlaşdırılmasında və s. istifadə edirlər. Keçmiş zamanlardan bu günə kimi insanlar daşlar və bürclər arasındakı əlaqəyə inanırlar. Bu daşları hər hansı bir aksessuar və ya təsbeh şəklində üzərlərində daşıyırlar. Önəmli olan bürcünüzə uyğun doğru daşı seçməyinizdi.

Bürclər və onların uğurlu daşları haqqında məlumatlar:


1) QOÇ BÜRCÜ 21 MART – 20 APREL
Bu bürcdə doğulan insanlar qətiyyətli və inadkar olurlar.Öz məqsədlərinə çatmaq üçün axıra kimi mübarizə aparırlar. Risk etməkdən çəkinməzlər. Əgər ətrafınızda bu bürcdən olan insanlar varsa onlara kompliment deməyi unutmayın. Çünki onlar tərifi və daima diqqətdə olmağı xoşlayırlar. Həddindən artıq hərəkətli və dinamikdilər.

Uğurlu daşları – Əqiq, Ametist, Garnet, Hematit, Jasper, Kristal, Kvars, Kyanit, Opal, Turmalin, Yaqut

2) BUĞA BÜRCÜ 21APREL – 21MAY
Buğa bürcündən olan insanlar səbirli və yardımsevər olurlar. Onlar cəmiyyət içində seçilməyi və diqqət mərkəzində olmağı sevmirlər. Çox sakit və mülayim bir görünüşə sahib olsalar da çalışın onları əsəbləşdirməyin. Buğa bürcü bütün bürclər arasında ən əzmli və ən inadcıl bürcdür. İstədiyini əldə etməyi bacaran bir xarakterə sahibdir.

Uğurlu daşları – Əqiq, Kristal, Kvars, Kyanit, Lapis, Çəhrayı Kvars, Safir, Topaz, Firuzə, Nefrit, Zümrüd

3) ƏKİZLƏR BÜRCÜ 22 MAY-21 İYUN
Bu bürc altında doğulan insanlar çox şən, pozitiv, ağıllı və qayğıkeşdilər. Getdikləri yerdə daima diqqət mərkəzində olurlar. Çox həssas və mərhəmətli olduqları üçün insanlara yardım etməkdən böyük zövq alarlar. Onlar üçün ən çətin iş qərar verməkdir. Bu bürcdən olan insanlar, onlara edilən ən kiçik bir yaxşılığı belə unutmurlar və dəyər verirlər.

Uğurlu daşları – Əqiq, Akuamarin, Aventurin, Ay daşı, Krizokol, Krizopras, Obsidyen, Peridot, Topaz, Turmalin, Zümrüd

4) XƏRÇƏNG BÜRCÜ 22 İYUN-21 İYUL
Xərçəng bürcündən olan insanlar xoşxasiyyət, zarafatcıl və yardımsevər olurlar. Onlar gözəl keyfiyyətlərə, incə intuisiyaya malikdirlər və özlərinə qarşı tələbkardılar. Ancaq istənilən mübahisədə özlərini haqqlı çıxarmağı bacarırlar. Xəsis, acıdil və küsəyən olmaları isə onların mənfi xüsusiyyətidi.

Uğurlu daşları – Akuamarin, Ametist, Ay daşı, Kristal, Kvars, Krizopras, Rodokrozit, Safir, Yaqut, Zümrüd

5) ŞİR BÜRCÜ 22 İYUL – 21 AVQUST
Bu bürcdən olan insanlar olduqları hər yerdə liderlik etməyi sevirlər. Müsbət xüsusiyyətləri ləyaqətli, xeyirxah, qonaqpərvər və məsuliyyətli olmaqlarıdır. Onlar daima xarici görünüşlərinə fikir verər və hər kəsdən seçilməyi sevərlər. Bu bürcdən olan insanlarla yola getmək çox çətindir. Çünki onlar həm də çox inadkar olurlar.

Uğurlu daşları – Əqiq, Aventurin, Pələng gözü, Kəhrəba, Kvars, Damarlı əqiq, Sitrin, Topaz, Turmalin

6) QIZ BÜRCÜ 22 AVQUST – 21 SENTYABR
Qız bürcündə olan insanlar təmizkar, çalışqan,ünsiyyətcil və vicdanlıdılar.Dostluqda möhkəmdirlər.Şən və pozitiv dolçalar getdikləri hər yerə də öz müsbət enerjilərini yayarlar.Mənfi xüsusiyyətləri isə xırdaçıl və vasvası olmalarıdır. Mükəmməlliyətçi bir xarakterə sahibdilər. Tənqid etməyi sevsələr də, tənqid olmağı əsla sevməzlər.

Uğurlu daşları – Əqiq, Amazonid, Aventurin, Pələng gözü, Kəhrəba, Kvars, Obsidyen, Peridot, Rutil, Sitrin, Nefrit

7) TƏRƏZİ BÜRCÜ 22 SENTYABR – 21 OKTYABR
Bu bürcdə doğulan insanlar qayğıkeş, ünsiyyətcil, səbirli və romantik olurlar.Onlar yüksək intellekte sahibdilər.Təmizliyi, sakitliyi, komfortlu həyatı sevirlər.Mənfi xüsusiyyətləri isə qərar verməkdə çətinlik çəkirlər və cəsarətsizdilər.Bu bürcdən olan insanlar təzadlı fikirlərə sahib olduqları üçün etibarsız hesab edilirlər.

Uğurlu daşları – Əqiq, Akuamarin, Aventurin, Krizopras, Kyanid, Lapis, Malakit, Mərcan, Çəhrayı Kvars, Peridot, Topaz, Turmalin, Nefrit

8) ƏQRƏB BÜRCÜ 22 OKTYABR – 21 NOYABR
Özlərindən çox razı olurlar və hər mübahisədə özlərini haqlı çıxarmağı bacarırlar. Onların mənfi cəhətləri qısqanc, hiyləgər olmaqlarıdır.Emosional və mühafizəkardılar.Demək olar bütün işlərdə uğur qazanırlar. Əgər ona haqsızlıq edildiyini düşünərsə, qisasını almadan geri çəkilməz.

Uğurlu daşı – Ametist, Çəhrayı Kvars, Dumanlı Kvars, Garnet, Lal, Pələng gözü, Kunzit, Obsidyen, Rutil

9) OXATAN BÜRCÜ 22 NOYABR – 21 DEKABR
Bu bürcdə doğulan insanlar sakit,dünyagörüşlü və istedadlı olurlar. Səyahət etməyi çox sevirlər. Daima yeniliklər axtarşındadılar.Onların mənfi xüsusiyyətləri isə səbirsiz və emosional olmalarıdı.Özlərinə inamları güclü olduğundan, həyatda çox asanlıqla yer tapa bilirlər. Oxatanlar olduqca zəkalı və enerjisi yüksək insanlardır.

Uğurlu daşları: Əqiq, Ametist, Garnet, Lapis, Malakit, Safir, Sodalit, Topaz, Firuzə

10) OĞLAQ BÜRCÜ 22 DEKABR – 21 YANVAR
Ən ideal bürclərdən biri də oğlaqdır. Onlar ağıllı, hər şeyin yerini bilən və çox səbirli olurlar.Bütün işləri xırdalıqlarına kimi əvvəlcədən planlayırlar.Ən müsbət cəhətləri isə dürüst və etibarlı olmalarıdır. Dostluqda möhkəm və əliaçıqdılar.Görünüşcə nə qədər ciddi olsalar da, bir o qədər yumşaq ürəyə sahibdirlər.

Uğurlu daşları – Garnet, Hematit, Malakit, Kəhrəba, Damarlı əqiq, Turmalin, Yaqut, Zirkon

11) DOLÇA BÜRCÜ 22 YANVAR – 21 FEVRAL
Bu bürcdən olan insanlar xəyallarla yaşamazlar, həyata daha real baxırlar.İnsanları ayırd etmədən hər kəsə eyni yanaşırlar. Yenilik və dəyişikliyin tərəfdarıdılar.Nə qədər istiqanlı olsalar da ,insanlara məsafəli davranırlar.Onlar azadlıqlarını heç nəyə dəyişməzlər.Bu bürcdən olan insanlar daha tez təsirə düşürlər.

Uğurlu daşları – Əqiq, Akuamarin, Ametist, Garnet, Kristal Kvars, Lal, Lapis, Obsidyen, Damarlı əqiq, Nefrit, Zirkon

12) BALIQ BÜRCÜ 22 FEVRAL – 21 MART
Ən romantik bürclərdən biri də balıq bürcüdür. Onlar çox səbirli, dürüst, əliaçıq və ünsiyyətcildilər.Getdikləri hər yerdə insanlarla çox asanlıqla münasibət qura bilirlər. Onlar çox hissiyatlı və kövrək olurlar. Böyük bir inandırma qabiliyyətləri var.Həm də çox zarafatcıl və utancaq olurlar.Hər kəslə yola getməyi çox yaxşı bacarırlar

Uğurlu daşları – Ametist, Ay daşı, Kalsit, Qandaşı, Krist
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri