Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras...

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 5136
Səs ver:
(səs: 1)
Vaxt keçir, illər bir-birinin ardınca uçur, 2020-ci ilin gəlməsinə artıq sayılı günlər qalıb. Odur ki, gələn ilin ulduz falı ilə tanış olmaq üçün əsl vaxtdır.

Qoç

Qoç bürcünün nümayəndələri 2020-ci ildə inadcıl xarakterini cilovlamağı və hadisələrə daha loyal yanaşmağı öyrənməli olacaq. İlin sahibi - Siçan ədəbsizliyə dözmür, odur ki, müvəffəqiyyətə xarakterinizi yumşaltmaq yolu ilə nail ola bilərsiniz.

2020-ci il yorğunluqla başlayacaq. Özünüzə keyfiyyətli tətilə çıxmağa icazə verin: dənizə səyahət, xaricə tur.

Buğa
Karyera pillələri boyunca çoxdan gözlənilən yüksəlmə, artım, sabitlik və zəfərin təntənəli yürüşü sizə doğru yaxınlaşır. İllər keçdikcə bu bürcün insanları daha hiyləgər və diribaş olmağı öyrənirlər. Ağ Siçan ili sizə qarşılıqlı, ehtiraslı, möhkəm sevgi vəd edir.

Əkizlər
Sürətlə qələbələrin, qəfil qazancın, sərgüzəştlərin pərəstişkarı olan Əkizlər bürcünün nümayəndələri üçün həyat prioritetlərini yenidən nəzərdən keçirmək daha yaxşı olar. Metal Siçan müntəzəmliyi və planlaşdırmanı sevir.

Sevgi cəbhəsi sizi etibarlı münasibətlərlə sevindirəcək. İl, sərfəli və uzunmüddətli ittifaqlar bağlamaq üçün qarşınızda yeni fürsətlər açacaq.

Xərçəng
İş yerində həmkarlarla münasibətlərin kəskinləşməsi mümkündür. İntriqalara cəlb olunmamaq üçün səbir və uzaqgörənlik göstərmək lazımdır. Xərçənglər rəhbərləri ilə ortaq dil tapmalı olacaq. 2020-ci il güclü münasibətlər və uşaq sahibi olmaq üçün mükəmməldir.

Şir
Şir bürcündən olanlar qarşılıqlı münasibət qurmağı bacarır. Həmkarları üçün əla əməkdaşdırlar, həmişə kömək etməyə tələsir, rəhbərlik isə onlarda etibar edə biləcəyi insanı görür. Ağ Siçan ili biznesmenlərə və öz işini quran insanlara uğur gətirəcək, eyni zamanda yeni perspektivləri görməyə kömək edəcək.

Qız
İşgüzar Qız bürcünün nümayəndələri əvəzolunmazdır. İşini sevirlərsə, nadir hallarda boş oturarlar. Qarşıya məqsəd qoysalar, qələbə naminə bütün maneələri aşmağa hazırdılar.

Yeni ilin ilk ayları əsl sevgini tapmaq üçün qarşınızda gözlənilməz fürsətlər açacaq. Bu fürsət xoşbəxt olmaq üçün böyük bir şansdır, ancaq hakim olmaq istəyini idarə etməyi öyrənməlisiniz.

Tərəzi
Tərəzi bürcündən olanları yaxşı nəticələr göstərdiyi, yüksək gəlirli aktiv iş həyatı gözləyir. İl, bürcün düşüncəli, zəhmətsevər, səliqəli və qənaətli nümayəndələrinə bütün fəaliyyətlərində hərtərəfli dəstək vəd edir.

Əqrəb
Əqrəblər mürəkkəb xarakterə malikdir. İlin sahibi asan xarakterli deyil, odur ki, ilin göndərdiyi hər sınağı təbəssüm və özünəinamla qarşılamaq lazımdır. Bu, sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcək.

Oxatan
Sakit və nəcib qalmağa müvəffəq olanları taleyi istənilən mövqeyi əldə etməyə kömək edəcək. Ciddi münasibətdən qorxmayan. Oxatan bürclərini isə xoşbəxt ailə həyatı gözləyir. Gələn il hardasa məskunlaşmaq, ailə və uşaqlar barədə düşünməyə başlamaq üçün gözəl vaxtdır.

Oğlaq
2020-ci ildə öz xoşbəxtliyinizi tapmaq çətin olmayacaq. Bu bürcün kişi və qadın nümayəndələri gələn il tək olmayacaq. Baharın sonu darıxdırıcı görünəcək, ancaq yayın əvvəlinə qədər maddi vəziyyət xeyli yaxşılaşacaq, xəyallarınız reallaşmağa doğru gedəcək.

Dolça
Dolçalar üçün təmiz və isti bir il olacağı gözlənilir. Siçan fırıldaqların sizi yıxmasına imkan verməyəcək. Yanvar ayından baharın sonuna qədər möhkəm ailə quracağınız gözəl bir sevgi ilə qarşılaşacaqsınız. Ailənizin uşaqlarla böyüməsi, mənzillərin genişlənməsi, var-dövlət təmin edilməsi vəd edilir.

Balıq
Balıq bürcündən olanlar üçün 2020-ci il istirahət etmək, yatmaq, heç nə etməmək arzusu ilə başlayacaq. Vaxt keçirmək üçün münasib zaman deyil, Siçan Metal ili belə deyir. Xüsusilə yeni ildə Balıq bürcünün nümayəndələri ailə üzvlərinə kömək etmək üçün əlavə maliyyə ehtiyacı duyacaq.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5136
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Allah en esasi can sagligi versin, qalan her shey zamanla duzeler inshAllah
7 dekabr 2019 19:17
3
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
BARBI
Bu il menim ucun kederli ve ugursuz kecdi.Gelen il ugurlu kecer
7 dekabr 2019 10:08
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Marsell
İnşAllah... bu il mənə düşərli oldu şəxsən. Bilçədiyim bəzi sualların cavabını tapdım,sanki qəflət yuxusundaydım ayıldım inşAllah qarşıdan gələn il məni sevindirər yenə də. Min şükür yalan danışmadım bu il də , şər atdılar inan inandı, şərbazlar da öz işində gücündə qaldı heç vecimə də deyillər.Min şükür hər halıma. Bəzi arzularım reallaşdı biraz ailəmiz mehriban olsun bir-birimizdən qopmayaq inŞAllah...Ərim bəzi gerçəkləri görsə qebul etsə hər şey gözəl olar
7 dekabr 2019 01:42
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri