Sevgilinizə hədiyyə alarkən bürcünü də nəzərə alın!

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 4 817
Səs ver:
(səs: 1)
Qoç
Qoç bürcü üçün edəcəyiniz ən gözəl sürprizlərdən biri, onu həyəcanlandıracaq bir oyun parkına, Luna parka və ya içində sürət və həyəcan olan hər hansı bir məkana aparmaq ola bilər. Yarış və ya turnir də ideal variantlardan biridir. Adrenalin və əyləncənin olduğu hər yerin onları xoşbəxt edəcəyini unutmayın.

Buğa
Əyləncəli məkanları və ləziz yeməkləri sevən Buğalar üçün gözəl surprizlərdən biri də həm gözə, həm də ağız dadına xitab edən bir restorana dəvətiniz ola bilər. Gözəl sözləri, kübarlıq və rahatlığı sevən Buğa bürcü sevgiliniz üçün komfort çox önəmlidir. Massaj, sauna, SPA və aromatik baxım vasitələri də onları məst edir.Woman on White Deck

Əkizlər
Əkizlər bürcü danışmaq və söhbət etməkdən yorulmurlar. Həmçinin də, maraqlı oyun və proqramları sevirlər. Sevgilinizi bol-bol söhbət edəcəyi, oyunlar oynayacağı, əylənəcəyi bir telefon və ya planşet hədiyyə edərək, sevindirə bilərsiniz.

Xərçəng
Bu bürcdən olan insanlar üçün özlərini təhlükəsiz hiss edəcəkləri səmimi ortamlar olduqca önəmlidir. Ailə üzvlərini birlikdə xoşbəxt görmək, onları da dünyanın ən xoşbəxti edər. Yeməklərlə arası yaxşı olduğu üçün qohum-əqrabaları dəvət edərək bir süfrə arxasında oturmağınız, Xərçəng bürcündən olan sevgilinizə ən gözəl hədiyyə ola bilər.

Şir
Şir bürcündən olan insanlar gösrərişi, dəbdəbəni və parıltını çox xoşlayırlar. Alqış və tərif onların ən sevdikləri şeydi. Sevgilinizə xoş sözlər deyərək onu təmtəraqlı bir məclisə və ya restorana apararaq sevinəcəyi bir surpriz edə bilərsiniz. Maraqlı bir əyləncə, teatr və ya konsert də onlar üçün çox xoş olar.

Qız
Bu bürcdən olan xanımlar daha çox funksional hədiyyələri sevirlər. Amma bu xanımlar parfümlərə heç vaxt yox deyə bilmirlər. Onlara qədim ruhu özündə əks etdirən əşyalar, rəsimlər də maraqlı gələr. Oxumağı sevən qız bürcündən olan bəylərə isə şəxsi inkişafa dair kitablar, stolüstü lampalar ala bilərsiz.

Tərəzi
Tərəzilər hər nə qədər romantik bir bürc olsalar da, onlara surpriz edərkən məntiqlə hərəkət edin. Onlar təmizkar, baxımlı insanları və ortamı sevirlər. Aldığınız hədiyyənin zərif olmasına, hədiyyəni verərkən incə davranmağa, hər şeydən öncə qəşəng görünməyə diqqət edin.

Əqrəb
Əqrəb bürcündən olan insanlar bəsitliyi sevmirlər. Düşünülmədən alınmış bir hədiyyə və ya surpriz olduğunu həmin an başa düşər və sizi bu davranışınıza görə peşman edərlər. Mənəvi dəyəri böyük olan, zövqlə aldığınız hədiyyələr isə onu xoşbəxt edər. Ona görə də nə istədiklərini araşdırıb daha sonra hədiyyə alın.

Oxatan
Bu bürcdən olan insanlar fərqliliyi və səyahət etməyi etməyi çox sevirlər. Maraqlı və mənəvi cəhətdən rahatlıq verən yerlərə səyahət etmək planınız onu çox xoşbəxt edəcək. Hədiyyə vermək istəsəniz, sandal, rəngli və rahat geyimlər onun zövqüncə olar.

Oğlaq
Nə qədər sevimli görünsələr də, Oğlaq bürcündən olan insanlar xaraktercə ciddidilər və ciddiyyətdən də xoşları gəlir. Xüsusi olaraq planlanmamış surpriz və ya hədiyyələri sevməzlər. Ona edəcəyiniz hədiyyəni öncədən planlamalı və detalına kimi düşünməlisiniz. Hədiyyə olaraq isə, səbr və zaman istəyən puzzle və ya kitablar ola bilər.

Dolça
Dolça bürcündən olan insanlar fərqli, qeyri-adi hədiyyələri sevirlər. Hətta bu hədiyyə nə qədər texnoloji və yenilikdirsə, bir o qədər bəyənə bilər. Dost görüşlərini və sosial ortamları sevdikləri üçün dostlarıyla birlikdə surpriz bir yığıncaq edə bilərsiniz.

Balıq
Rəsm və musiqini sevən Balıqlar bürcü olan sevgilinizi konsertə, rəsm sərgisinə və ya maraqlı bir filmə dəvət edə bilərsiniz. Onlar çox həssas və romantik olurlar. Birlikdə ağlayacağınız bir film və ya həzin bir musiqi, sevgiliniz üçün ideal ola bilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri