Siçan ilinə proqnoz: 2020-də bürcləri nə gözləyir?

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 6 988
Səs ver:
(səs: 2)
Çin Ay təqviminə əsasən qarşıdan Ağ Metal siçan ili gəlir. Bu təqvimə əsasən siçan ilinin mənası çox müsbət yozulur. Bu heyvan ixtirapərəstlik, hazırcavablıq, bacarıqlılıq, əzmkarlıq, fəallıq və məqsədyönlülük simvolu hesab olunur.

Təbii ki, siçan ilinin hər bir bürcə təsiri eyni olmayacaq. Bu il bəzi bürclərin üzü daha çox güləcək, bəziləri isə bir çox sınaqlardan keçməli olacaq.

Qoç bürcü (21 mart – 20 aprel)
Qoç bürcü – Bu insanlar özlərinə güvənməklə bərabər, fəallığı və tez canlılığı ilə tanınırlar. Hər işlərini tezliklə həll etməyə çalışırlar.

Yeni ildə bu bürcün sahiblərini sürprizlər gözləyir. Xüsusilə də ailə və sosial həyatlarında problem yaşayan qoç bürcü insanları, 2020-ci ildə yeni başlanğıcla ailə və sosial həyata qovuşacaqlar. Maddi mənada çətin günlər geridə qalacaq.

Sıxıntılar isə zaman daxilində azalacaq. Hər insanın həyatında olduğu kimi xoşbəxt və hüzünlü günlər təbii ki, olacaq. 2020-ci il qoç bürcü insanları üçün duyğusal keçəcək. Subay qoç bürcü kişi və qadınları ruh əkizlərini 2020-ci ildə tapa bilərlər.

Buğa bürcü – (21 aprel – 20 may)
Buğa bürcü – Varlı olmağı sevirlər, həyatda heç bir şey onların xarakterini dəyişə bilməz. Praktik və qərarlıdırlar. Məqsədə çatmaq mövzusunda peşəkardırlar.

Buğa bürcü insanları üçün böyük dəyişikliklər baş verəcək. Yenilikləri qəbul edən buğa bürcü insanları 2020-ci ilə daha tez adaptasiya ola biləcəklər. Duyğu dünyanız və qəlb zənginliyiniz daha da artacaq.

Merkuri planetinin təsirini göstərməsi ilə bərabər buğa bürcü insanları yeni ildə daha enerjili günlər keçirəcəklər. Hər bir problemdə ürəyinizin səsini dinləyərək etdiyiniz seçimlər 2020-ci ili daha mənalı və gözəl edəcək. Hər il olduğu kimi bu il də buğa bürcü insanların sağlamlıqlarına mənfi təsir göstərə bilər, bu səbəbdən buğa bürcləri sağlamlıqlarına diqqətlə yanaşmalıdırlar.

Əkizlər bürcü – (21 may – 20 iyun)
Əkizlər bürcü – Danışqandırlar, hər işə əlləri yatqındır. Zəkalı olduqlarını hər mühitdə göstərə bilirlər. Ağılları ən böyük üstünlükləridir.

Duyğusallığın ön planda olduğu bir ili geridə buraxan əkizlər bürcü insanları daha duyğusal bir il keçirəcəklər. Mənəvi rahatlığın artacağı 2020-ci ildə evlilik qərarı verənlər və bu qərarı icra edənlər daha asan və uğurlu şəkildə irəliləyəcəklər. Əkizlər bürcü insanları qərar verən zaman və tətbiq edərkən ürəklərinin səsini dinləyəcəklər.

İş həyatınızda və karyeranıza təsir edəcək vacib anlarda zəkanızdan faydalanıb, ən doğru qərarı verməyə çalışmalısınız. Razı salmaq qabiliyyətiniz bir çox fürsət tapmağınıza və işləri lehinizə çevirməyinizə şərait yaradacaq. 2020-ci ilin yanvar ayından başlayıb il sonunadək bütün yaxşılıq və gözəlliklər sizi tapacaq.

Xərçəng bürcü – (21 iyun – 22 iyul)
Xərçəng bürcü – Onlara çox yaxşı sığına bilərsiniz. Yaxşı qoruyucudurlar. Duyğusal və evcanlı xüsusiyyətləri vardır.

2019-cu il xərçəng bürcləri üçün stresli və çətin il olub. 2020-ci ildə bu bürcün sahibləri, özəl və ailə həyatlarında daha doğru qərarlar verə bilməlidirlər. Bu yeni il başlanğıcda sizə asan gəlməyə bilər və keçmiş ildə olduğu kimi ailə və özəl həyatınızda çətin və stresli anlar yaşaya bilərsiniz.

Həmçinin maddiyyat cəhətdən vəziyyətiniz daha yaxşıya gedəcək. Özünüzə daha çox dəyər verin.

Şir bürcü – (23 iyul – 23 avqust)
Şir bürcü – Belə insanlar yaradıcı, təsiredici, sürətli mühakimə bacarığına sahibdirlər. Hər işlərini diqqətlə yerinə yetirirlər.

2020-ci il aslan bürcü insanlarına, xüsusilə iş və karyera mənasında böyük fürsətlər yaradacaq. Çalışdığınız ofisdə edilən məlum dəyişikliklər sizə yarayacaq. Maaş artışı, yeni işlər sizi gözləyir. Yeni il iş və karyera baxımından daha faydalı olacaq.

2020-ci ilin bəzi günləri şir bürcü sahibləri üçün sıxıntılı və stresli keçə bilər. Ancaq bu sizi məyus etməsin. Qarşınıza yeni bir dost, evlilərə isə qismət yeni övlad çıxara bilər.

Qız bürcü – (24 avqust – 23 sentyabr)
Qız bürcü – Özlərini sürətlə mühakimə edərək sorğu-sual edərlər. Onların xarakterləri aslan bürcünə yaxındır.

Yeni ildə daha öncə görmədiyiniz bir çox işin fərqində olacaqsınız. Merkuri planetinin təsiri qız bürcünə təsir göstərəcək. İş həyatınız ilə özəl həyatınız arasında bir tərəzi quraraq hər ikisinə də kifayət qədər vaxt ayırmağa çalışmalısınız.

Ekonomik problemlərdən xilas olub sıxıntısız günlərə çatacaqsınız.

Tərəzi bürcü – (24 sentyabr – 23 oktyabr)
Tərəzi bürcü – Hər ortama tezliklə uyğunlaşırlar. Sevgilərini göstərirlər və qarşılığında da bunu görmək istəyirlər.

Yeni il bu bürclər üçün “imtahan” ola bilər. Tərəzi bürcü insanları qarşılaşdıqları problemlərə qarşı məntiqlə və ağılla qərar verməli, ani təsirlərdən qaçınmalıdırlar. Bir də tərəzi bürcündə doğulan insanlar maddi cəhətdən enişli-yoxuşlu günlər yaşaya bilərlər. Yaz aylarına doğru, öz ətrafınızda olub sizinlə anlaşa bilməyən insanlar kefinizi pozsa, belə anlarda özünüzlə yalnız qalmaq yaxşı təsir bağışlayacaq. Tərəzi bürcü üçün 2020-ci il səbir və test ili olacaq.

Əqrəb bürcü – (24 oktaybr – 22 noyabr)
Əqrəb bürcü – Əlləri hər işə yatqın və bacarıqlıdırlar. Bir də əqrəb bürcü insanlarına sirrinizi verə bilərsiniz, çünki çox yaxşı sirdaşdırlar.

Güclü iradələri ilə diqqət çəkən əqrəb bürcündə doğulan insanlar 2020-ci ildə bir çox yeniliklərlə təpədən dırnağa qədər dəyişə bilərlər. Sevgi həyatlarında özgüvənli olub, ticari işlərində doğru və məntiqli qərarlar verməyə çalışmalıdırlar. Evlənmə planı quran əqrəb bürcləri qarşılarına çıxan problemləri diqqətə almamalı və həll edə biləcəklərini düşünərək hərəkət etməlidirlər.

Münasibət baxımından ətrafınıza qarşı daha obyektiv və daha diqqətli olmalısınız. Çünki bu müddətdə yanlış anlaşılmalara yol verə bilərsiniz.

Oxatan bürcü – (23 noyabr – 21 dekabr)
Oxatan bürcü – Rahatlıqlarına, sərbəstliklərinə düşkündürlər. Dəlisovdurlar və araşdırmağı sevirlər.

İnadkar quruluşları olan oxatan bürcü insanları iş həyatında çox çalışmaqdan, ev-ailə və sosial həyatlarını ləngitməkdən imtina etməlidirlər. Artıq özlərinə güvənməli, əsəb duyğusundan uzaqlaşmalıdırlar.

Bol tətil bu insanlara yaxşı təsir göstərəcək. Uzun müddətdir özünüzə zaman ayıra bilmirsiniz. Bu səbəbdən artıq yaxşı dincəlməlisiniz.

Oğlaq bürcü – (22 dekabr – 20 yanvar)
Oğlaq bürcü – Hər şeyi öncədən hesablayıb tədbirli olmaq istəyərlər. Addımlarını əmin atmaq arzusundadırlar.

2019-cu ildən qalan stresi bir kənara buraxaraq yeni ilə diqqəti toplamalısınız. Əsəb və sinirin olmadığı 2020-ci ilinə xoş gəldin deyəcəksiniz. İş həyatınızda işlər yaxşı gedərkən, kənardan da sevgi həyatınıza diqqəti toplayacaqsınız.

Subay oğlaq bürcü insanları 2020-ci ilin ortalarına doğru evlənmə təklifi ala bilərlər. Stresdən qurtulmalı və verəcəyiniz qərarları təzyiq altında olmadan ağlınız və məntiqinizlə verə bilməlisiniz.

Dolça bürcü – (21 yanvar – 18 fevral)
Dolça bürcü – Sərbəstliyi sevirlər. İnsanlıq xüsusiyyətləri daha çoxdur. Hər hadisəyə insani cəhətdən yanaşırlar.

Dolça bürcləri üçün çox şanslı il olacaq. Onlar üçün bərəkətli il keçəcək. Yeni ildə ətrafınızla daha təsirli münasibət qura bilərsiniz. Yeni dostluqlar quracaqsınız. Qarşınıza hansısa maneə çıxarsa bunları aşa biləcəksiniz. Yeni macəralara hazır olun.

Balıq bürcü – (19 fevral – 20 mart)
Balıq bürcü – Belə insanlar mütəmadi olaraq xəyal dünyasında yaşayırlar. Xəyalpərəstdirlər. Ətrafında olanlara da həssas yanaşırlar. Həyata saf, çəhrayı eynəklərlə baxırlar.

Bu bürcün sahibləri 2020-ci ildə çox diqqətli olmalı və qərarlarını həm qəlb, həm də məntiqlərini dinləyərək verməlidirlər. Ətrafınızla problemlər yaşaya bilər və bəzi dostlarınızı həyatınızdan çıxarmaq məcburiyyətində qala bilərsiniz.

Durğusal qərarları təzyiq altındakı bir mühitdə verməkdən qaçmalısınız. Sağlamlıq mövzusunda çox diqqətli olmalı və mövsüm dəyişikliklərində özünüzə yaxşı baxmalısınız.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 6 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri