Bürclər və uğurlu rənglər: Pulqabınız hansı rəngdə olmalıdır?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3969
Səs ver:
(səs: 3)
Uğur və bərəkət cəzb etmək üçün fərqli yollar sınamaqda fayda var.

Bəzən düşünürük ki, bir rəng nəyi həll edər ki? Rəng zahiri görünüş əlamətidir və bizə elə gəlir ki, ən yaxşı halda insanların estetik qavrayışına təsir edə bilər. Amma astroloqlar və fen-şu biliciləri əmindir ki, hər şey düşündüyümüz qədər sadə deyil. Düzgün seçilməmiş rəng sizin xoşbəxtliyinizi, müvəffəqiyyətinizi və bərəkətinizi qaçırda, itələyə və ürküdə bilər, düzgün seçilmiş rəng isə əksinə onları daha möhkəm cəlb edər. Pulqabının rəngi isə maliyyə rifahı baxımından çox vacib rol oynayır. Hər bir zodiak bürcündə isə bu rəng fərqli ola bilər.


Qoç bürcü: 21 Mart -20 Aprel
Qoç bürcü Mars planetinin himayəsindədir. Ona görə də, bu bürcün təmsilçilərinin uğurlu rəngının qırmızı olması tam məntiqidir. Axı Marsın digər adı da “Qırmızı Planet”dir. Qırmızı rəngdə nəinki pul kisəsi, həmçinin əl yaylığı, mobil telefon və ya noutbuklar üçün keyslər də ola bilər.

Digər uyğun olan rənglər: ağ, çəhrayı, limon sarısı

Yayınmalı olduğu rənglər: qara, göy və yaşıl

Buğa bürcü: 21 Aprel -21 May
Buğa – torpaq ünsürlü bürcdür, onu himayə edən planet Veneradır. Xoşbəxt rəngi – yaşıldır. Pulqabıdan əlavə, yaşıl qələm, yaşıl qulaqcıq və bu rəngdə daha bir neçə aksessuar gəzdirməsi tövsiyə olunur.

Digər uyğun olan rənglər: çəhrayı, ağ

Yayınmalı olduğu rənglər: sarı

Əkizlər bürcü: 22 May -21 İyun
Bu bürc altında doğulan insanlar çox fəal və canlıdırlar, onlar yeni şərtlərə çox tez adaptasiya olur, hava ünsürlü bürcdür, çox ünsiyyətcildirlər. Onların planeti Merkuri – öz mükəmməl rənginı – sarı rəngi diktə edir. Pulqabıdan əlavə, digər sarı aksessuarlar da daşımaq məsləhətdir, misal üçün yaylıq və ya vizit kart qabı.

Digər uyğun olan rənglər: yaşıl, çəhrayı, ağ

Yayınmalı olduğu rənglər: göy, bənövşəyi (fiolet)

Xərçəng bürcü: 22 İyun -22 İyul
Belə hesab olunur ki, bu bürc Günəş siteminin heç bir planetinin himayəsində deyil, Onu himayə edən Aydır. Uğur gətirən rəngləri – ağ və qırmızıdır. Astroloqlar qarderob seçərkən də bu rənglərə diqqət yetirməyi tövsiyə edir. Bu rənglər sayəsində Xərçənglər özlərini daha enerjili hiss edəcək.

Digər uyğun olan rənglər: sarı

Yayınmalı olduğu rənglər: yaşıl və onun çalarları

Şir bürcü: 23 İyul -21 Avqust
Bu xoşbəxt bürc altında doğulan insanlara planetlər deyil, Günəş özü himayədarlıq edir. Şirlər də Günəş kimi canlandırmaq, həyat bəxş etməyə qadirdir. Bu bürcün uğurlu rəngləri narıncının və sarının gözqamaşdıran və parlaq çalarlarıdır.

Digər uyğun olan rənglər: qızılı

Yayınmalı olduğu rənglər: göy rəngin tonları

Qız bürcü: 22 Avqust -23 Sentyabr
Qız bürcü də Merkurinin himayəsindədir – buna görə də bu insanlar ikili təbiətə sahibdir, yer ünsürlü bürcdür. Qızlar vasvası və ağıllıdırlar. Bu bürc sahiblərinə öz keyfiyyətlərinin tam şəkildə reallaşdırmağa mavı rəngdə pulqabı kömək edə bilər.

Digər uyğun olan rənglər: göy

Yayınmalı olduğu rənglər: yaşıl, parlaq-sarı, ağ, qırmızı

Tərəzi bürcü: 24 Sentyabr -23 Oktyabr
Tərəzilər çox ciddi görünə bilər, ədalətlik hissi onlarda özünü kəskin formada büruzə verir. daxili tarazlıq hissi çox güclüdür, eyni zamanda gözəl olan hər şeyə dərin məhəbbət bəslərlər – belə ki, bu bürc Venera planetinin himayəsindədir. Xoşbəxtlik gətirən rənglər də bu planetlə bağlıdır. Tərəzilərin uğurlu rəngləri ağ, yaşıl və açıq mavidir.

Digər uyğun olan rənglər: krem rəngi və ağ rənginin çalarları

Yayınmalı olduğu rənglər: qara, boz, bənövşəyi, bordo

Əqrəb bürcü: 24 Oktyabr -22 Noyabr
Bu ehtiraslı bürcü Mars planeti yönləndirir, ona görə bürcün rəngini müəyyən etmək çətinlik törətmir – bu qırmızı rəngdir. Bürc sahibləri sadəcə portmane deyil, digər aksessuar seçimində də bu rəngə üstünlük verə bilər: Qırmızı qələm, qırmızı üzlüklü qeyd dəftəri, qırmızı qolbaqlı saat və ya eynək

Digər uyğun olan rənglər: ağ, şokolad rəngi, narıncı və göy

Yayınmalı olduğu rənglər: yaşıl, solğun-sarı,

Oxatan bürcü: 23 Noyabr -22 Dekabr
Oxatan bürcü altında doğulan insanlar nəhəng Yupiter planetinin himayəsindədir və öz enerjilərini məhz ondan alır. Uğurlu rəngləri isə elə özləri qədər enerji saçan rənglərdir- tünd sarı və narıncı.

Digər uyğun olan rənglər: krem rəngi və yaşıl

Yayınmalı olduğu rənglər: bənövşəyi və xaki

Oğlaq bürcü: 23 Dekabr-20 Yanvar
Oğlaqların himayəçisi – qaranlıq Saturn planetidir . Məhz onun təsiri sayəsində bu bürcün adamları belə təmkinli, sakit, diqqətli, zəhmətsevər və səbirli ola bilirlər. Oğlaq yerə bağlı bir bürcdür. Ona görə də xaki və qəhvəyi rənglər oğlaqa uğur gətirir.

Digər uyğun olan rənglər: yaşıl, göy, qara və boz

Yayınmalı olduğu rənglər: qızılı və qırmızı

Dolça bürcü: 21 Yanvar – 19 Fevral
Dolçalar – dostcanlı, eyni zamanda asılılığı sevməyən insanlardır. Oğlaqlar kimi, Dolçalar da Saturnun himayəsindədir, amma hava ünsürlü olması rəng seçiminə təsir göstərir. Dolçalara açıq-mavi rəng uğur gətirir.

Digər uyğun olan rənglər: bənövşəyi, qırmızı və narıncı

Yayınmalı olduğu rənglər: qəhvəyi, qara, boz.

Balıq bürcü: 20 Fevral – 20 Mart
Xəyalpərəst, yaradıcı, fantaziya sahibi insanlardır. Yupiterin himayəsindədir. Beləliklə Balıqlara da ikili xarakter xas olur. Melanxoliyadan qaçmağa və uğuru əldə etməyə narıncı rəng vasitəçi ola bilər.

Digər uyğun olan rənglər: sarı. çəhrayı və yaşıl

Yayınmalı olduğu rənglər: tünd qırmızı. qara, bənövşəyi
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3969
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Senoritta
Özümə hansı rəngi yaraşıdırram o rənglərdən istifadə edrem)))
15 yanvar 2020 16:27
3
Offline
BARBI
Bele seylere hec insnan deyilem.Yalan melumatlardi
15 yanvar 2020 16:18
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
kivircik
Qara,boz ve rozvi renglerde pulqabilarim var,sari ve yashil gosterishl oldugu uchun xoshlamiram
15 yanvar 2020 15:21
1
Az shikayet,chox shukur- seni mutluluga goturur!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri