Zodiak bürcünə əsasən bəzək əşyalarını necə seçməli

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 542
Səs ver:
(səs: 2)
QOÇ
Qoç bürcü müharibəpərəst Mars planeti tərəfindən idarə olunur, bu bürc altında doğulan insanlar güzəştə getməyi sevmir və qətiyyətli olur. Təbiət də onlar üçün belə cəsur və parlaq talisman- həmail hazırlayıb: qırmızı bu bürcün rəngidir, ona görə də həmaillərdə bu rəngə üstünlük vermək lazımdır. Qoçlara uyğun gələn minerallar siyahısında almaz, yaqut, qranat, zümrüd, sapfir, berill və qırmızı yaşma (yaşəm) daşları vardır.

Bu bürc üçün bəzək əşyaları nəzərəçarpan, diqqətçəkən və orijinal dizaynda olmalıdır. Onlar dünyaya sahibinin müstəsna dəyərləri haqqında məlumat ötürməlidir. Daşları qızılı bağlar və bilərziklərlə daşımağa üstünlük verilməlidir, daşların rəngi dolğun olmalıdır.

Nə seçməli: qırmızı kəmərli və ya yaşıl siferblatlı saatlar, qranat qaşlı qızıl sırğalar, səpmə daşlı mürəkkəb asqılar, daş-qaşlı breloklar

BUĞA
Torpaq ünsürlüdür. Bu o deməkdir ki, praqmatiklik gözlənilməz alış-verişlərə imkan vermir. Buğalar yüksək keyfiyyətli və ucuz olmayan zərgərlik işlərinə üstünlük verir, adi və sıradan olan bəzək əşyaları onlarlıq deyil. Hətta bundan ötrü onlar aylarla qənaət edib gözləməyə də razıdırlar. Əvəzində isə onlar aldığı bu mücəvhəri illər uzunu, modaya fikir vermədən istifadə edə bilər. Buğalar anadangəlmə zövq sahibidir, onların çoxu həm də yaradıcı insanlardır və gözəlliyi qiymətləndirməyi bacarır. Bəzək əşyaları isə universal olmalıdır heç bir əlavə naxış, qondarma elementləri sevmirlər. Buğalar üçün sadəlik gözəllikdir. Təbii daşlar arasında rəngli və təktərkibli olmayan mineralları seçirlər. Ulduzlar onlara firuzə, sapfir, opal, nefrit (hadi), topaz, əqiq daşlarını tövsiyə edir. Rəng çalarları – mavi, yaşıl və ağ ola bilər.

Nə seçməli: bilərzik torpaq ünsürlü istənilən bürc üçün mütləqdir, bu, onlara güc verəcək. Topaz və ya firuzə qaşlı dəst, metal bilərzikli bahalı saatlar. Kişilərə isə qızılı qol düymələri və qalstuk sancaqları hədiyyə etmək olar.

ƏKİZLƏR
Onların fitrətində istedad və aktyorluq genləri vardır, onlar bəzənməyi və özlərini alış-veriş ilə sevindirməyi sevirlər. Aksessuarlar öz qeyri-adiliyi ilə əkizlərin təəccübünə səbəb olmalıdır. Həmçinin bu bürcün xanım təmsilçiləri modapərəstdir. Onlar ancaq dəbdə olan, aktual və mümkün qədər eksklüziv mücəvhərlər taxır. Əkiz xanımların mücəvhər qutusunda həm tərz bijuteriya, həm də qeyri-adi zərgərlik məmulatlarına rast gəlinir. Əkizlərə bir çox cəvahir daşı uyğundur. Yay tonlarında olan daşlara üstünlük vermək tövsiyə olunur: parlaq sarı, mavi, bənövşəyi. Əkizlərin sağlamlığını qorumağa kömək etdiyi üçün ən azı bir aleksandrit daşına sahib olmasının lazım olduğuna inanılır. Həmçinin əqiq, inci, aventurin, obsidian, malaxit və sardonkisdən əlverişli enerji alacaqlar. Ancaq oniks və hadi daşını bir amulet kimi seçməmək daha yaxşıdır.

Nə seçməli: kiçik mat qaşlar ilə bəzədilmiş, müxtəlif qızılı və gümüşü üzüklər, asma topazlı sırğalar, ametrin boyunbağı.

XƏRÇƏNG
Bu bürcün təmsilçiləri ailə adətlərinə və nikah institutuna böyük hörmət bəsləyir. Öz ocaqlarının keşiyində durmağa və ailə üzvlərini bütün hücumlardan qorumağa hər an hazırdırlar. Amma onların özünü qoruyan yoxdur, halbuki astroloji nöqteyi nəzərdən xərçənglər həddən artrıq həssas və şühbəyə meyilli insanlardır. Buna görə də özünü sarsıntılardan qurumaq və zəif damarlarını gizlətmək üçün astroloqlar enerjisi güclü olan daşlara müraciət etməyi tövsiyə edir: yaşma, ay daşı, karnelian və büllur. Xərçənglər daha çox ənənəvi formada, qızılgül və ya damla şəklində olan, yarımşəffaf daş-qaşa üstünlük verir. Mirvari-inci boyunbaqlar isə onlara xüsusi olaraq tövsiyə olunur: Mirvarilər xərçənglərin təbiətdən gələn utancaqlığını vurğulayacaq.

Nə seçməli: sırğalar (heç zaman yetərincə olmur), sadə qaşlı düymə sırğalar idealdır, həmçinin qızıl seplər, tək-tərkibli kulonlar, zərif işləməli üzüklər və çoxlu mirvari, gərdanlıq və ya digər aksessuar kimi.

ŞİR
Əgər Xərçənglərə talismanlar dirçəlmək, özlərini daha gümrah hiss etmək üçün lazımsa, Şirlərə əksinə sakitləşmək üçün, daha təmkinli olmaq üçün tövsiyə olunur. Onların sənətkar ruhu rəngarənglik, parıltı, işıltı istəyir. Hər şey isə hər zaman diqqət mərkəzində olmaq üçündür. Onlar iri həcmli, qeyri-adi, çox da baha olmsa belə, effekt yaradan cəvahirat seçirlər. Al-əlvan bijuteriya və zərgərlik əşyalarını sevir, qalın zəncir sepləri, qat-qat bilərzikləri və brilyant tozuna salınmış və ya topaz qaşlı yoğun üzükləri sevirlər. Bu təbii daşlar onlara astroloji baxımdan da çox uyğun gəlir. Həmçinin Şirlər aleksandrit, opal və kəhrəbadan hazırlanmış zinət əşyalarını ürəklə istifadə edə bilər. Adi muncuq boyunbağı və qolbaqlar isə onların ürəyincə deyil, Şirlər bahalı metallardan olan aksessuarlara üstünlük verir. Rəngləri qırmızı və qızılıdır.

Nə seçməli: brilyant qaşlı qızıl işləmələr, bahalı daşları olan gərdanlıq, xüsusi hallar üçün silsilə gərdanlıq, asma sırğalar, sayrışan qaşlı və qızıl çərçivəli kulonlar.

QIZ
Bu bürc altında doğulan insanlar həyatlarını öncədən müyyən etdikləri qaydalar çərçivəsində qurmağı sevirlər. Bu həm də zinət əşyalarının alınmasına sirayət edir. Yəni mağazaya yollanan Qız bürcü xanım, çox ehtimal ki, onun bürcü üçün hansı daşın uğurlu olduğunu və ya trenddə hansı bəzək əşyalarının olduğunu bilir, çox güman ki, qiymət də münasib olacaq, çünki bu bürcün təmsilçiləri öncədən düşünülmüş alış-veriş edir – ən çox endirim və ya aksiyalar olan vaxtlarda. Onlar lakoniklik və zərafəti sevir. Zinət əşyası gözə girməli deyil, onun əsas qayəsi sahibinin zövqünü və yaratdığı obrazı bütünlükdə vurğulamaqdır. Yer ünsürlü bir bürc kimi, Qızlar şəffaf olmayan, amma eyni rəngdə daşlarla bəzədilmiş bilərzik taxmalıdır. Yaşıl, mavi. Ağ və bənövşəyi minerallardan olan bəzək əşyaları gözəl ahəng yaradacaq.

Nə seçməli: daş-qaşlı istənilən zinət əşyası – Qızlar bir neçə xırda qaşlı variantları, bir böyük qaşdan daha üstün tutur. Təkqaş üzük və ya boyunbağı onlar üçün nəzərdə tutulmuş bir bahalı daşla ola bilər – əqiq, qranat, zümrüd, büllur, mərcan, sapfir.

TƏRƏZİLƏR
Gözəllik aşiqləridir, bu özünü həm onların zövqündə, həm öz vücudlarını və həyatlarını gözəl incəsənət nümunələri ilə bəzəməyə can atmaqlarında göstərir. Bu baxımdan tərəzilər sərhəd və ölçü bilmirlər. Onların mücəvvər qutusu müxtəlif bilərzik, gərdanlıq, sırğa, üzük, sancaq və kulon əlindən aşıb-daşır. Burada fərqli tonlarda qızıl, gümüş, adi bijuteriya və al-əlvan daş-qaş görmək olar. Həm bahalı, həm də münasib qiymətə aldıqları, istər adi əl işləri, istər də brend mallar. Ümumilikdə isə onlar nadir nüsxələri tapmağı, rəng və üslubları uyğunlaşdırmağı bacarırlar. Amma adi ürək, çiçək, kəpənək şəkilli aksessuarları onların zinət qutusunda görməzsiniz. Onlara nə uyğun gəlir: əzəmətli sapfir – sapfir qaşlı gərdanlıq və ya üzük əhəmiyyətli görüşlərdə və ziyafətlərdə, bəzən qətiyyətsizlikdən və özünə -inamsızlıqdan əziyyət çəkən tərəzilərin obrazına lazımı vacibiyyət qatacaq. Soyuq rəngli daşlar metal rəngli çərçivələr ilə gözəl ahəng təşkil edəcək. Buna görə də digər bürclərdən fərqli olaraq, Tərəzilər gümüşə və ağ qızıla daha çox üstünlük verir. Həmçinin astroloqlar malaxit, opal, lacivərd, turmalin və yaqut kimi daşlara diqqət etməyi tövsiyə edir – bu daşlar öz sahibinə uğur gətirir.

Nə seçməli: ağ qızıldan enli üzük, sapfir və ya yaqut qaşlı təkqaş üzük, brilyant damlalı romantik broş, gümüşü üzük-sırğa dəsti

ƏQRƏBLƏR
Güclü xarakterə sahib, iradəli, inadkar, sarsılmaz və bəzən də başqaları tərəfindən asanlıqla anlaşılmayan insanların bürcüdür. Möhkəm görünən xasiyyət divarının arxasında çox zaman onların həssas qəlbləri gizlənmiş olur, amma Əqrəblər heç zaman bunu büruzə vermir. Amma ətrafdakıların onları anlaması üçün bir neçə ipucu vardır, onların niyyətlərini bəzək əşyalarına baxıb anlamaq olar – istifadə etdikləri daşın rəngi nə qədər tünddürsə – Əqrəbin ovqatı da bir o qədər aqressivdir. Onların talismanları qırmızı və onun fərqli tonlarıdır – al qırmızı, nar rəngi, mərcan. Bənövşəyi ametist isə Əqrəblərin sərt xarakterinə yumşaqlıq gətirər və onları daha təmkinli edər və bununla da onlara bir yaxşılıq etmiş olar. Əgər Əqrəb üzərində berill, qranat və pişik gözü daşından bir talisman gəzdirirsə, uğur hər zaman onunla olacaqdır. Kişi Əqrəblər də bahalı zərgərlik məmulatlarına qarşı heç də qadınlardan az maraqlı deyillər.

Nə seçməli? Orijinal, nəzərəçarpan, çox zaman bahalı əşyalar. Çətin ki Əqrəblər bijuteriyanı sevsin, onlar əl işlərini də broş, toqqa, sancaq, muncuq çox sevməzlər, hədiyyə etməyiniz tövsiyə olunmur. Bahalı saatlar, enli bilərzikər, qızıl seplər, samballı daşı olan sırğa və üzüklər, həmçinin ametist kulonu olan boyunbaqlar taxarlar.

OXATANLAR
Hər zaman pozitiv əhval-ruhiyyədə olan, bərq vuran və cazibədər olan Oxatanlar zinət əşyalarına da nisbətən göstəriş xarakterili yanaşır – onlar dərhal nəzərə çarpmalı və sahibi haqqında maraqlı informasiya verməlidir. Buna görə də Oxatanlar yenilik arxasınca qaçır, brend məhsullar, parlaq və eksklüziv mallar alırlar. Onlar bu tip əşyaları həm ziyafətlər, həm də gündəlik həyat üçün asanlıqla istifadə edir. Gəlin razılaşaq ki, istər bu bürcün xanımları, istər də bəyləri, əlavə xərcə girib, bəzək əşyaları almadan da kifayət qədər ovsunlayıcı, tovlayıcı bir cazibəyə sahibdirlər. Bəzək əşyalarına da münasibətləri fərqlidir, məsələn illər boyu saat taxmağı sevən Oxatan bəylər, nişan üzüyünü isə yalnız xanımların ciddi təkidi nəticəsində taxar. Qadın Oxatanlar isə üzüksüz, sırğasız və sepsiz evdən çölə çıxmaz.

Nə seçməli: ulduzların tövsiyə etdiyi daşlarla olan əşyalar – sapfir, kəhrəba, yaşma, firuzə (xoşagəlməzliklərdən qoruyur), Gözqamaşdıran sırğa və üzüklər, kulonlu qat-qar seplər, yaqut qaşlı üzük isə çılğın xarakterli Oxatanlara fikirlərini cəmləməyə kömək edəcək.).

OĞLAQLAR
Arxasınca insan aparmağı dəlicəsinə arzu edən liderlər. Öz təbiətləri baxımından Oğlaqlar çox təmkinli olsalar da, inanılmaz məqsədyönlü və ambisiyalıdırlar. Bir qayda olaraq hədəflərə nail olur və öz statuslarını mümkün vasitələrlə göstərməyə çalışırlar. Məsələn onlar bəzək əşyalarını ağlasığmaz yüksək qiymətə alırlar. Dizayner ideyaları onları çox da maraqlandırmır, klassikaya üstünlük verirlər, amma ən gözəl tərtibatı sevirlər. Bahalı daşlarla olan bəzək əşyalarını böyük həvəslə seçirlər – gərdanlıq, üzük, sırğa, bilərzik. Astroloji baxımdan onların mineralları – hakimiyyət simvolu olan qara əqiq, oniks, qranat, opal, lacivərd və yaqut

Nə seçməli: Qədimi tərzdə hazırlanmış saat, brilyant qaşlı üzük, ağ qızıldan qol düymələri, brilyant qaşlı yaxa broşu və ya sancağı, kulonlu sep.

DOLÇA
Dolçaların hər bir şeylə bağlı öz fikirləri var, onlar ətrafdakı insanların fikrini az önəmsəyir, dəb tendensiyalarına da çox riayət etmirlər. Hansı bəzək əşyasını seçməli olduqlarını özləri hər zaman bilir. Bundan əlavə bir çoxları özləri öz bəzək əşyasının ideyasını düşünə, hətta düzəldə bilər. Əksər Dolçaların əl-qabiliyyəti və sənətkarlıq bacarıqları yaxşı inkişaf etmişdir. Bu həm də o deməkdir ki, müəllif işlərini, sənətkarlaarın hazırladıqları zinət əşyasını Dolçalar çox sevəcək və hətta onu illər uzunu taxmağa razı olacaqlar. Dolça xanımların tərzlə bağlı xüsusi meyarları olmur: bu gün onlər rəngli iplərdən toxunmuş bilərzik taxa, növbəti gün isə bahalı bir gümüş dəstə üstünlük verə bilərlər. O biri gün isə siz onlaırn barmağında nənədən qalma, solğun bir üzük görə bilərsiniz. Bəlkə də bu səbəbdən hədiyyə baxımından onları qane etmək asandır, onlar istənilən bir əşyanı öz obrazları ilə uyğunlaşdıra biləcək və ya ona uyğun obraz düşünəcəklər. Əsas meyar qiymət deyil, orijinallıqdır.

Nə seçməli: daşlardan – yarımsəffaf kvars, akuamarin, büllur, ametist. Dəri biləklik, ipə düzülmüş, qranat muncuqlu boyunbağı, səpmə qaşlı bijuteriya, uzun fianit sırğalar

BALIQLAR
Ən sirli zodiak bürcüdür. Böyük xəyal gücünə, inkişaf etmiş intuisiyaya və mistik qabiliyyətlərə sahibdir. Balıqlar arasında yaradıcı sənət sahəsinə meyd edənlər çoxdur. Əgər texniki bir peşə seçiblərsə, gələcəkdə sənətkarlıq və ya incəsənət ilə bağlı bir xobbiləri olacaq. Qeyri adi bəzək əşyaları, orijinal çərçivələr və formalar, həmçinin çox incə işlənmiş qarşıq tərzlər də onlara uyğundur. Zövqsüz və yöndəmsiz əşyalar qəti Balıqlar üçün deyil. Onlar zərgərlik işinə incədən incə yanaşırlar, mütləq obrazılarını bəzək əşyaları ilə tamamlayır, talismanların gücünə inanırlar. Onlara ametist, pələng gözü və lacivərd (lapis lazuli) daşları kömək edir. Xanım Balıqlara mirvari də çox yaraşır.

Nə seçməli: göy və bənövşəyi, dəniz dalğasını xatırladan rənglərdə daşları olan zinət əşyaları, gümüş bazubəndlər və gərdanlıqlar, turmalın qaşlı üzük, simmetrik olmayan sırğalar.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri