Bir insanın dünyaya gəldiyi vaxtda dünyanın şərq hissəsində yüksələn bir bürc olur. Həmin bürc insanın yüksələn bürcü sayılır. Yüksələn bürcü dəqiq bilmək üçün həmin insanın anadan olma saatı və yeri (ölkə) dəqiq bilinməlidir.
Bir insanın yüksələn bürcü həmin insanın öz bürcü qədər xasiyyəti və yaşayacağı hadisələri izah etməyə çalışır. Bəzi astroloqlar yüksələn bürcün insan ömrünün yarısından sonrakı vaxtlarında olduqca effektiv olduğunu düşünürlər. İnsanın həyatında bir müddət sonra xasiyyətlərinin dəyişməsini bəzi astroloqlar bununla əlaqələndirirlər.
Yüksələn bürc reaksiyalarınız, düşüncələriniz, büruzə verdiyiniz duyğular və fiziki görünüşünüzün başlanğıc nöqtəsidir.