Əqrəb və Dolça bürcü uyğunluğu

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 6228
Səs ver:
(səs: 1)
Əqrəb bürcü zəkalı insanların heyranıdır. Həddindən artıq ağıllı olan bir Dolça da Əqrəbi cəlb etməyi bacaracaq. Bu münasibət çox uyğun olmasa da, Əqrəb və Dolça münasibət qura bilər. Həddindən artıq qısqanc bürc olan Əqrəb sevdiyi insanı hər an izləyir və onun özünü qəfəsdə hiss etməsinə səbəb olur. Bu onun insanlara olan inamsızlığından qaynaqlanır. Dolça ağlından istifadə edib Əqrəbin ona etibar etməsini təmin edə bilsə, xoşbəxt bir münasibətləri ola bilər.

Ancaq Əqrəb bürcünün Dolçanın olduqca azad ruhlu bir insan olduğunu unutmaması vacibdir. Bu cütlük qısqanclıq mövzusunda ciddi problemlər yaşaya bilər. Dolçalar məhdudlaşdırılmağı sevmirlər. Əqrəb ona güvənsə, birlikdə xoşbəxt bir münasibət qura bilər. Dolça bürcü həyatının hər dövründə azadlıq üçün çalışır. Təbii ki, bu müddət ərzində ən gözəl sevgiləri yaşamağı da unutmur.

Amma Əqrəb və Dolça bürcünün yola getməsi o qədər də asan olmayacaq. Bu cütlüyün xarakterləri bir-birindən çox fərqlidir. Əqrəb bürcü qısqancdır. Amma Dolça onun himayəsində, onun qəfəsində yaşayacaq səbri göstərməyə bilər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri