Əqrəb və Tərəzi bürcü uyğunluğu

Müəllif: Diablo
Şərhlər: 7
Baxılıb: 6051
Səs ver:
(səs: 0)
Ehtirası ilə hamını cəlb edən Əqrəb ailə və evliliyə olan hörməti ilə tanınan Tərəziylə birlikdə möhtəşəm cütlük ola bilər. Əqrəb bütün bürcləri olduğu kimi Tərəzini də təsiri altına salacaqdır. Əqrəblər olduqca qısqanc insanlardır.

Ona görə də azadlığına düşkün bürclər ilə Əqrəb yola getməyə bilər. Ancaq Tərəzi münasibətlərə böyük əhəmiyyət verir. Bu münasibət Əqrəb bürcünün qısqanclıqları ilə bitə bilər.

Tərəzi bürcü çevrəsindəki hər kəsə sevgi göstərir. Buna görə də Tərəzi bürcü Əqrəblə münasibətdə olduğu zaman bunlara diqqət etməlidir. Tərəzi bürcü sevməyə və sevilməyə çox əhəmiyyət verir. O, sevilmək üçün hər kəsə sevgi göstərir. Onun bu vəziyyəti Əqrəb bürcünün çox da xoşuna gəlməyəcək. Çünki Əqrəb bürcü sevgilisini heç kəslə paylaşmaq istəmir. Burada Əqrəb bürcünə böyük iş düşür.

Tərəzi bürcünün ehtiyac duyduğu sevgini ona göstərərsə, Tərəzi də başqa heç kəsə istiqamətlənməz. Həm Tərəzi bürcünün, həm də Əqrəb bürcünün tərs üzü pisdir. Bu halda bu cütlüyün mübahisəsi olduqca alovlu ola bilər. Tərəzi bürcünə mənsub insanların təbiətində daim danışmaq istəyi vardır.

Bu halda da gün ərzində sevgilisinə dəfələrlə zəng vura bilər. Əqrəb isə bu qədər çox sevgidən qorxub qaça bilər. Bu cütlüyün bir az tarazlığa ehtiyacı olacaq. Hər ikisi də ortaq nöqtəni tapa bilsə, bu münasibətin 60% şansı var.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri