Bürcünüzə görə uğurlu günləriniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 12 121
Səs ver:
(səs: 10)
Bürclərin uğurlu günləri hansılardı? Hansı bürc hansı günlər daha ön plana çıxır?

Qoç: Bürcünüzün uğurlu günü çərşənbə axşamıdır. Bu gün hərəkətə keçmək istədiyiniz mövzularda daha cürətli və cəsur ola bilər, gücünüzü başqalarına qəbul etdirə bilərsiniz.

Buğa: Bürcünüzün uğurlu günü cümədir. Bu gün özünüzü zəmanətə almaq istədiyiniz mövzularda daha rahat hərəkət edə bilər və sərmayələriniz mövzusunda daha şanslı ola bilərsiniz.

Əkizlər: Bürcünüz üçün uğurlu qəbul edilən çərşənbə günüdür. Daha sürətli və rahat ünsiyyət qura bilər, öyrənmək istədiyiniz mövzularla əlaqədar çox daha tez nəticə ala bilərsiniz.

Xərçəng: Bürcünüzün uğurlu günü olan bazar ertəsi, eviniz və ailənizlə əlaqədar məsələləri çox daha asan həll edə bilər və etdiyiniz işlərlə özünüzü və ailənizi zəmanətdə hiss edə bilərsiniz.

Şir: Bazar günü şirlər üçün uğurludur. Bazar günləri qabiliyyətlərinizi ortaya çıxarda biləcəyiniz işlər içinə girə bilər və götürəcəyiniz nəticələrlə hər kəsin tərif və təqdirini qazana bilərsiniz.

Qız: Sizin üçün ən müsbət gün qəbul edilən çərşənbə günləri edəcəyiniz diqqət tələb edən ətraflı araşdırmalardan daha rahat nəticələr ala bilər və mükəmməl razılaşmalar edə bilərsiniz.

Tərəzi: Bürcünüz üçün ən uğurlu gün cümə qəbul edilir. Cümə günləri edəcəyiniz içtimai mühitlərdə son dərəcə müvəffəqiyyətli əlaqələr qura bilər və diplomatiya tələb edən mövzularda bacarıqlarınızla çox təsirli ola bilərsiniz.

Əqrəb: Çərşənbə axşamı günü sizin üçün ən müsbət gün qəbul edilir. Çərşənbə axşamı günləri başqalarını təsir və gücünüzü sübut etmək istədiyiniz bütün mövzularda müvəffəqiyyətli işlər edə bilərsiniz.

Oxatan: Sizin uğurlu gününüz cümə axşamıdır. Özünüzü inkişaf etdirmək, inanclarınızı möhkəmləndirmək, araşdırmalarınızı və qaynaqlarınızı böyütmək istədiyiniz hər cür işdə cümə axşamını seçə bilərsiniz.

Oğlaq: Bürcünüzün uğurlu günü olan şənbə günləri, sizi hədəfinizə daşıyacaq işlər edə bilər, güclü bir iradə sərgiləyərək müvəffəqiyyətli nəticələr ala bilərsiniz.

Dolça: Şənbə günü bürcünüzün uğurlu günü olaraq qəbul edilir. Bu günlərdə edəcəyiniz təşkilatlarda və gələcəyinizlə əlaqədar işlərdə müvəffəqiyyətli ola bilərsiniz.

Balıq: Bürcünüzün ən şanslı günü cümə axşamı günüdür. Xəyallarınızı qovuşmaq üçün cümə axşamı günləri hərəkətə keçə bilər və edəcəyiniz işlərdə şansın sizdən yana olduğunu qüvvətlə hiss edə bilərsiniz.
(səs: 10)
Şərhlər: 6
Baxılıb: 12 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri