Ən cazibədar bürclər hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 70 596
Səs ver:
(səs: 23)
Qoç
Qoç bürcü sevgiyə son dərəcədə arzuludur. Çox tez zamanda aşiq ola bilir. Cinsi potensialı çox güclü olur. Qoç bürcünün kişiləri gözəl və çarəsiz qadından tez təsirlənir və aşiq olurlar.
Buğa
Buğa bürcü də intim münasibətlərdə yuxarıda dayanır. Onun üçün intim münasibətlər yemək və içmək qədər təbii bir hissdir. Sevgisinə sadiqdir və sevgili dəyişdirməkdən xoşu gəlmir.
Əkizlər
Əkzilər bürcü dəyişkən xarakteri ilə seçilirlər. Buna görə də tez-tez sevgili dəyişdirirlər. Daha yaxşı sevgili axtarışında olduğu üçün bəzən iki insanla eyni vaxtda sevgili olur.
Xərçəng
Xərçəng bürcü həssas olduğu üçün sevgidə də olduqca romantik olur. Sevgisi uğrunda özünü fəda edə bilər. Lakin bu bürcün insanları istəmədikcə münasibətləri bitirmək mümkün deyil.  Çünki sevdiyi zaman sevgisindən imtina etmir və sonuna qədər mübarizə aparır.
Şir
Şir bürcünün sevgisi dillərə düşür… Sevgililərini ərköyün etməkdən zövq alırlar. Tərif eşitməyi sevdikləri üçün hər zaman müsbət tərəflərini sərgiləməyə cəhd edirlər. Münasibətlərdə həmişə idarə edən tərəf olmağı istəyirlər.
Qız
Qız bürcündən olan insanlar hər şeyin mükəmməlini axtarır. Hər şeydə olduğu kimi sevgidə də işin əlverişli və faydalı tərəflərini axtarır. Sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni edir. Münasibətlərdə həyəcanverici və əyləncəli bir tip olmasa da, sadiq olur.
Tərəzi
Son dərəcə diqqət çəkən bürclər olur və hamı tərəfindən bəyənilmək istəyir. Sevgiyə, dostluğa böyük önəm verdikləri üçün səhv hərəkət etməkdən qorxurlar. Buna görə də həqiqi duyğularını göstərməyə çətinlik çəkirlər.  İncə ruhlu olduqları üçün hər şeydə estetik gözəllik axtarırlar. İntim münasibətlərdə romantizim olduqca vacibdir.
Əqrəb
Bütün bürclərin arasında ən cazibədar və ehtiraslı bürcdür. Sevdikləri zaman duyğularını gizlətməyə çalışmır və açıq şəkildə yaşayırlar. Duyğularına qarşılıq almasalar da, onlar üçün heç bir fərqi yoxdur. İstədiklərini əldə etmək üçün ölənə qədər  mübarizə aparırlar. Əqrəb bürcündən olan insanlar hər şeydən şübhələnir. Bu baxımdan onları aldatmaq mümkün deyil. Dərin müşahidə qabiliyyəti sayəsində hər şeyi analiz edə bilirlər.
Oxatan
Oxatan bürcündən olanlar məcara ruhlu insanlar olur. Enerjilərini idmana sərf edirlər. Münasibətlərdə idealist olmağa çalışırlar. Özləri kimi məcaranı sevən insanla gözəl və uğurlu münasibət qura bilərlər.
Oğlaq
Oğlaq bürcü hədəflərində iddialı olur. Bu hədəflər həm sevgiyə, həm də karyeraya aiddir. Lakin sevgilisi də özü kimi bacarıqlı və gözəl karyera sahibi olmalıdır. Oğlaq bürcü sevdiyi insanı hər kəsə təqdim etməyi və onun uğurları ilə fəxr etməkdən zövq alır.
Dolça
Dolçalar çərçivədən kənara çıxırlar. Buna görə də ətrafındakı insanların sevmədiyi və dəstəkləmədiyi insanla birlikdə olmaq cazibəli gəlir. Əslində, onların tək arzusu azadlıqdır.  
Bu azadlıq hissi münasibətlərə də yansıyır. Adətən azadlıqlarını boğmağa çalışmayan insanlarla birlikdə olurlar. Beləcə cəmiyyətin qanunlarına qarşı çıxıb öz qaydaları ilə yaşayırlar.
Balıq
Ən həssas və qəmgin bürc balıqlardır. Balıqlar həmişə xəyal quraraq yaşayır.   Sevgi onun xəyallarını daha da rəngarəng edir. Buna görə də istənilən vaxt aşiq ola bilər. Onları həyəcanlandıra bilən birinə rahatlıqla vurulurlar. Əks cinsin nümayəndələri tərəfindən həmişə təriflənməyi sevirlər.
Lakin xəyal gücləri o qədər güclüdür ki, qarşısındakı insanın mənfi cəhətlərini görə bilmirlər. Bunu ancaq ayrıldıqdan sonra başa düşür və depressiyaya düşə bilərlər.
(səs: 23)
Şərhlər: 6
Baxılıb: 70 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri