Yer və Ay

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 428
Səs ver:
(səs: 4)
Ay - Yer planetinin yeganə təbii peyki. Yer və Ayın mərkəzləri arasındakı məsafə orta hesabla 384 467 km-dir. Ayın Yer ətrafında bir tam dövrü 27 gün 7 saat 44 dəqiqə 2803 saniyədir. Saatda 3679 km yolu qət edir.

Diametri 3476 km

səthinin sahəsi 3,79·107 km²; kütləsi 7,347673·1022 kq.

Orta temperaturu – 23 °S

        minimum – 233 °S
        maksimum – 123 °S

Atmosfer təzyiqi 3·10−13 hPa.

Tərkibi: helium 25% , neon 25% , hidrogen 23% , arqon 20% , qalanı isə karbon qazı vəmetandan ibarətdir.

Aydakı atmosfer o qədər incədir ki müasir həssas müşahidələrdən əvvəlki zamanlarda onu yox sayırdılar. Belə bir atmosfer Ayı meteorlardan qoruya bilmədiyindən Ay səthində çoxlu krater mövcuddur. Kraterlərin forması çox az dəyişilir çünki atmosferin incə olması daimi cərəyanların olmamasına və süxurların çox az aşınmasına səbəb olur. Bu kraterlərin hamısına böyük alimlərin adları verilmişdir. Kopernik, Qaliley, Jül Vern kraterləri bunlara misaldır. Yerdən Ayın ancaq bir yarımkürəsi görünür. Ayın görünməyən tərəfinin fotoşəkli ilk dəfə 1959-cu ildə Sovet kosmik stansiyası tərəfindən çəkilmişdir. Daha sonra1969-cu ildə Apollon proqramı çərçivəsində iki ABŞ astronavtı Ay səthinə enmiş və tədqiqat aparmışdır. Ay kosmik fəzada insanın ayaq basdığı tək fəza cismidir.

Ayın Yer ətrafına fırlanma orbiti tam çevrə deyil. Odur ki, Ay Yerə bəzən yaxınlaşır bəzən isə uzaqlaşır. Ayın Yerə ən yaxınlaşma nöqtəsinə perigey, ən uzaqlaşma nöqtəsinə isə apogey deyilir. Ay apogeydə olarkən onun Yerdən uzaqlığı 405 363 km, perigeydə olarkən 357 448 km olur. Odur ki, onun perigeydə olarkən görünən ölçüləri apogeydə olan ölçülərindən böyük olur. Məsələn, perigeydə Ayın görünən diskinin diametri apogeydə olan diskindən 14%, parlaqlığı isə 30% çox olur. Ay perigeydə olarkən okeanlarda qabarmanın səviyyəsi də yüksək (təqribən 6-15 sm) olur. Ayın bu vəziyyəti insanların əhval–ruhiyyəsinə, psixoloji vəziyyətlərinə də təsir edir. Ay adətən dekabr ayında bu vəziyyətdə olur.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 3 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri